Quantcast
Channel: Tarix - Karabakhmedia.Az
Viewing all 66 articles
Browse latest View live

Əfanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

$
0
0
Əfanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİXƏfsanəvi Mixaylonun haqqında çoxumuz bilirik. “Uzaq Sahillərdə” filmində bu qəhrəman barədə ətraflı məlumatlar verilib. Lakin onun öldürülməsi səhnəsi və onun müharibə illərindəki fəaliyyəti Sovet senzurası tərəfindən bilərəkdən gizlədilib. 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən artıq o dünyada yox idi. Bəs qəhrəmana niyə cinayət işi açılmışdı, onun ölümünə Sovet KKB-si niyə fərman vermişdi? Niyə öldürüldü Mixaylo?


“Mehdi Hüseynzadə Stalinqrad uğrunda döyüşlərin birində əsir düşüb. O Avstriyanın Mauthauzen həbsxanasında saxlanırdı və bu həbsxanada əsirlər diri-diri yandırılırdı. Azərbaycan əsirləri həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri, polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski Azərbaycan əsirləri ilə görüşürlər. Onlar Azərbaycan əsirlərini ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyiblər. Mehdi Hüseynzadə də bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir. O, alman və italyan dillərini mükəmməl bildiyinə görə, Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır. Daha sonra Mehdi Hüseynzadə 162-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Sovetlərə qarşı vuruşan Mixaylo döyuşlərin birində partizanlara əsir düşür. Partizanlar onu inandırıb öz tərəflərinə çəkə bilirlər. Əvəzində Bakıya qayıdacağına və üzərindən “xain” adının götürləcəyinə vəd verirlər. Sovet təhlükəsizlik orqanlarının məsul şəxsi onunla görüşmək üçün keçmiş İtaliyaya gəlir. Ona rəsmi bağışlanma kağızı verirlər və Almanlara qarşı partizan hərakatına qoşulmağa cəlb edirlər. Bu işdə isə Anjeli adlı qızdan istifadə edirlər. Mixaylonun ürəyin əla almağı bacaran Anjeli müharibədən sonra Bakıya qayıdacaqlarını və onunla ailə quracağını deyir. Mehdi bir müddət Almanların kabusuna çevrilir. Onun bu uğurlarını görən Sovet KKB-si Mehdiyə yeni tapşırıq verir: “Legioner ordusuna geri qayıtmaq və Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginskini öldürməyi tapşırılar. Sovetlər hesab edirdi ki, əgər bu üç şəxs ölsə Azərbaycanlı legionerlər alman ordusundan pərən düşəcəklər.”

Mixaylo bu əmrə tabe olmayacığını bildirir. O, alman həbsxanasından həyatını xilas edən bu üç şəxsə qarşı heç bir addım atmayacağını deyir. Sovetlər buna qarşı olaraq ona təyziq edirlər. Ona dostları deyir ki, onun ölümünə fətva verilib. Ona da içi italiyan pulları olan çanta verib gizlənməyi tapşırırlar. Onun yaxın dostu Sar (Vesilin) Mehdi ilə gəlib Vitovye kəndində 3 metrin 3 metrə olan anbarda gizlənirlər. Onların yerin partizan yoldaşı Andrey Komeldən başqa heç kim bilmirdi. Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovy kəndinə hücum edib və onlar “Mixaylo”nun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sonrada məlum olur ki, məhz almanlara Mehdinin yerin sovetlər özü deyiblər. Guya almanlar onların danışığından bu yeri biliblər.

Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən “Mixaylo” pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan “Mixaylo” kənddən çıxmağa müvəffəq olsa da, lakin çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. “Mixaylo” elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 4 yaşlı bir qız tapır. Həmin qız Vitovli kəndindəki arxın kənarında cəsədi tapır və “Mixaylo”nu elə oradaca dəfn edirlər. Qız ifadəsində yazır ki, “Yolun kənarında kiçik bir su saxlancı vardı, “Mixaylo”nun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi, yağış yağırdı və «Mixaylo»nun saçının boyasının rəngi çıxmışdı. O, almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayardı”.

Üç gün sonra Cavad Həkimli “Mixaylo”nun cəsədini artıq burada saxlamağın mümkün olmadığını deyir və partizanlara almanların “Mixaylo”nun həlak olmasından xəbər tutduğunu deyir. Onlar “Mixaylo”nun cəsədini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edirlər. Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır. Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də vəfat edib. Onun qəbirüstü abidəsinin üzərinə “Mehdi Mixaylo” sözləri həkk olunub

Nəhayət, “Mixaylo” haqqında Balkan dövlətləri partizan hərakatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev

Balakəndə V-IX əsrlərə aid abidə aşkar edilib

$
0
0
Balakəndə V-IX əsrlərə aid abidə aşkar edilib

Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, abidə institutun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən tapılıb.

Məlumata görə, Tülü türbəsinin Şərq divarlarında aparılmış arxeoloji kəşfiyyat işləri nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və ya nar tekseri olduğu müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr olan Qafqaz Albaniyasına məxsus Alban xristian abidəsi tədqiqata cəlb edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov bildirib ki, tədqiqatlar ilk öncə abidənin kənar divarlarında aparılıb. Onun xarici memarlıq xüsusiyyətləri müəyyən edildikdən sonra isə daxili tədqiqatlara başlanılacaq. Bu maddi-mədəniyyət nümunəsinin döşəmə hissəsi kvadrat formalı, ölçüləri 20x20 metr olan və 4-5 sm məsafə arasında dəyişən kərpiclərdən ibarətdir. Abidə müqəddəs yer sayıldığı üçün burada keramika məmulatlarına az rast gəlinir.

Karabakhmedia.az

"Şah İsmayıl bizim böyüyümüzdür və türk tarixində çox parlaq yerdə durur" - Türkiyəli professor

$
0
0
"Şah İsmayıl bizim böyüyümüzdür və türk tarixində çox parlaq yerdə durur" - Türkiyəli professor  Əsrlərdir Şah İsmayıl və Yavuz Sultan Səlim mövzusu insanlar tərəfindən daim müzakirə və mübahisə predimeti olub. Çaldıran döyüşündən 503 il keçməsinə baxmayaraq, hələ də bəzi elm adamları tərəfindən bu “müharibə” davam edir. Hələ də heç bir nəticəyə gəlinməyib.

İstər Azərbaycanda, istərsə də Türkiyədə bu mövzuya dönə-dönə müraciət olunur. TRT-nin “Gündəm ötəsi” verilişinin qonağı olan Hacettepe Universitetinin professoru, dr. Tufan Gündüz proqramın aparıcısı Pelin Çiftin suallarını cavablandırır. Mövzunun marağını nəzərə alaraq həmin müsahibəni təqdim edirik:

- Yavuz Sultan Səlim tərəfindən 40 min ələvi öldürüldümü? Yeri gəlmişkən, İdrisi Bitlisinin “Səlim şahnamə” adlı əsərində bu barədə məlumatlar var.

- Bunu İdrisi Bitlisi yazıb və ondan sonra gələn araşdırmaçılar da bu qaynağa istinad edirlər. Və beləliklə də bu məlumatlar təkrar-təkrar yazılır. Bir tarixçi olaraq, bizim vəzifəmiz bunun nə qədər doğru olub-olmadığını araşdırmaqdır. Burada diqqət ediləcək məqam rəqəmin 40 min olmasıdır. Bir şəhər işğal edilir və tarixçilər yazırlar ki, məsələn, 50 min, 100 min insan öldürüldü. O şəhərdə 100 min insanın olub-olmadığını kimsə soruşmur. Çünki bu bir müəllifin yazdıqlarıdır. Bu da ona görə yazılır ki, bu rəqəmlər bəzən oxucularda fikirləri yüksəltmək, yaxud qarşı tərəfi aşağılamaq üçündür. Yəni, bu rəqəmləri yazarkən bir hədəflərinin olduğu bəllidir… Məsələn, Kayserinin 7 min, Sivasın7-8 min əhalisi var. Baxın, 40 min rəqəmini deyiriksə, bu, bir neçə böyük şəhərin əhalisinin öldürülməsi deməkdir. Bunu etmək texniki baxımdan mümükün deyil. Sonra da bu qədər insanın öldürülməsi zamanı onlardan bir qisminin qaça bilməməsi və İran tərəfindən olayın heç hiss olunmaması işin qəribə tərəflərindəndir.

- Səfəvi qaynaqlarında bu qətliamdan bəhs olunmurmu?

- Heç bir şəkildə bəhs edilmir və belə məlumat da yoxdur. Bayaq adını çəkdiyiniz İdrisi Bitlisinin əsəri farscadır. Hər bir iranlı bu qaynağı rahatlıqla oxuya bilir. Ancaq ciddiyə almayıblar, daha doğrusu çağdaş qaynaqlarda bu məsələdən söz açılmır… 40 mindən ibarət olan insanlardan qadın, uşaq və qocaları çıxdıqda təxminən 7-8 min döyüşən güc ortaya çıxır. Bu qədər qüvvətli bir gücün Osmanlıların insafına buraxılaraq, qətl edilməsinə qətiyyən imkan verməzdilər. Osmanlının buna gücü yetməz, mümkün də deyil. Adi bir misal deyim, o zaman hansısa bölgənin vergisini yazmağa gəldiklərində bəzi kəndlər adları siyahıya düşüb vergi verməsinlər deyə, dağların arxasına, yaxud başqa yerlərə qaçırlarmış. Bu kimi faktlar Osmanlıda çoxdur. Bir kəndi mühsirəyə alıb, insanlarını tutub öldürəcəksiniz? O zaman belə bir sual yaranır: vergi ala bilmədiyiniz kəndi necə məhv etmək olar?

- Bəzi yazarlar ələvilərin köçəri olduqlarını və o üzdən də onların qeydiyyata alınmadıqlarını yazırlar.

- Bu bilgi çox yanlışdır. Köçərilərin hamısı daha ciddi şəkildə qeydiyyata alınırdılar və onların vergiləri də nəğd şəklində olan vergilər idi…

- Baş verən qırğınlar dövləti bir arada tutmasına görə Sultan Səlimin həmləsi ola bilərmi?

- Osmanlı öz təəbəsini niyə öldürsün ki? Vergisini alır, əsgərliyə çağırır… Çaldıran döyüşündə Osmanlı ordusunda Qızılbaşlar vardı. Sultan Səlimi təhrik edirlər ki, döyüşü tez başlayaq, birdən Qızılbaşlar qarşı tərəfə keçər.

- Şah İsmayıl nə qədər sünnü öldürüb, bunun sayı varmı?

- Şah İsmayıl taxta oturduqdan sonra ilk cümə xütbəsində şiəliyi İranda rəsmi məzhəb olaraq elan etmişdi. Onun özü də Qızılbaşlıqla şiəlik arasında bir yerdə durur. O zaman İranın təxminən 60-65 faizi sünnü idi. Şiəlik rəsmi məzhəb olduqdan sonra Şah İsmayıla deyirlər ki, Təbrizdə 300 minə yaxın insan yaşayır və onlar da sünnüdür. Bu qərar başımıza bəla aça bilər. Şah İsmayıl da deyir ki, mən bu yola baş qoydum, ya qılıncımın dadını alarlar, ya da mən deyənə gələrlər. Bununla da Təbrizdə şiələşdirmə siyasəti aparılır. Namaz vaxtında, yaxud qurplar halında insanları meydanlarda yığaraq şiəliyin əsaslarını başa salırdılar. Tək Təbrizdə yox, digər şəhərlərdə də belə edirdilər. Qaynaqlarda dirənənlərə qarşı qətliamların törədildiyi qeyd edilir. Sünnülərin bəzi mənbələri də qətliam törədildiyini yazırlar. Fəqət, az öncə dediyim ki, mənbələrə münasibət mənim üçün eynidir. Görəsən bu cür qətliamlar qorxutmaq üçünmü yazılıb, yoxsa, gerçəkdən olubdur? Bunun dərinliyinə enib, baxmaq lazımdır.

- Ərdəbil sofuları Anadoluyu qan gölünə çevirdi. Məsələn, Ərzincan, Ərzrum bu hadisədən sonra 20 il xaraba qaldı. Anadolu qan və atəşdə çalxalanılırkən, Şah Təbrizdə minlərlə sünnü alimi də qılıncdan keçirdi.

- Vallah, bunu kim yazıbsa, bilmirəm. Amma orada yazılan kimi deyil. Osmanlıda şahzadələrin taxt uğrunda çəkişmələri olan zaman yerlərdə üsyanlar baş verdi. Üsyançıların məqsədi dövləti yıxıb, İstanbulu ələ keçirmək deyildi. Gəldiyim qənaət budur ki, bunlar Şah İsmayılın xidmətinə girmək üçün İrana getmək istəyirdilər. Üsyanın qaydası da budur ki, harada boşluq gördülərsə, oranı tuturlar. Osmanlı ordusu bunların üstünə gəlidiyində Karaman yaxınlığında Osmanlı ordusunu yenirlər. Düşünməyin ki, Osmanlı 50-100 minlik ordu ilə gəlmişdi, cəmi 5-10 minlik ordu idi. Sonra Ankara ilə Sivas arasında bir yerdə onlar Osmanlı ordusu tərəfindən məğlub edilir və Şahqulu orada öldürülür. Ondan sonra özlərinə yeni bir lider seçərək yollarına davam edirlər. Yəni artıq qaçmaq vaxtı idi. Onsuz da Sivası keçən kimi İran torpaqlarına girirdilər. Yoxsa, “aləmi dağıdıb getdilər” kimi ifadələrə gərək yoxdur. Belə bir şey olmayıb da. Baxın, danışdığımız tarix öz tariximizdi. Öz tariximizi doğru danışmalıyıq. Axı, biz başqasının tarixini müzakirə etmirik. Şah İsmayıl türkdür, Şahqulu da türkdür. Üsyana qalxanlar da, bu üsyanı yatıranlar da türkdür. Təbrizdə qılıncdan keçirildi deyə iddia edilənlər də, qılıncdan keçirənlər də türkdür.

- Bəli, Şah İsmayıl türkdür. Türk tarxini anlatdığımız zaman bu da bizim böyüyümüzdür deməliyikmi?

- Altını cızaraq deyirəm ki, bəli, Şah İsmayıl bizim böyüyümüzdür.

- Yəni, Şah İsmayıl türkdür və türk tarixində də yeri var deyirsiniz?

- Bəli, vardır. Şah İsmayıl sağlam bir türkdür və Türk tarixində də çox parlaq bir yerdə durur. Şah İsmayıl sıradan bir adam deyil. 13 yaşında dövlət qurur…

- Şəxs olaraq, bir çox özəlliklərə sahib ola bilər. Ancaq Osmanlıyı qarışdıran bir insandan bəhs edirik. Osmanlıda taxt uğrunda mübarizə getdiyi bir vaxtda “mənim ən çox rəğbət bəslədiyim bu adamdır”, ona hər cür maaddi-mənəvi dəstəyi verirəm deməyibmi?
"Şah İsmayıl bizim böyüyümüzdür və türk tarixində çox parlaq yerdə durur" - Türkiyəli professor

- Deməyib və Osmanlıyı da qarışdırmayıb…

- Şahzadə Əhmədin oğlu Murad Çələbi həm atasının intiqamını almaq, həm də atasının haqqı olduğuna inandığı Osmanlı taxtını ələ keçirmək üçün Şah İsmayılla ittifaq halındaydı. Şah, Murad Çələbiyi Osmanlı taxtının tək varisi görürdü…


- O məlumat da doğru deyil…

- Bunları deyən və yazanlar tarix sahəsində çalışan elm adamlarıdır. Bu qədər fərqli bilgilərə sahib olmağın özü çox maraqlıdır.

- Şahzadə Əhməd məğlub olandan sonra oğlu Murad İrana sığınmışdı. İsfahana gedəndə də atdan yıxılaraq ölür. Muradın bütün hekayəsi bu qədərdi. Bir şeyə xüsusi diqqət edək. Danışdığımız dövr XVI əsrdir. Bu əsrdə də milliyətçilik yoxdur. Türk dövlətlərində “siz də bizim qardaşımızsınız” kimi anlayış da yox idi. Hər kəs bölgəsinin hakimi idi. Bütün hekayə bundan ibarətdir. İstər Azərbaycanda qurulan bir türk dövləti, istərsə də Anadoluda qurulan türk dövləti olsun. Bunun da adına istər Karamanoğlu, istərsə də Osmanoğlu deyin…

- O zaman məsələ türklük, İslam, məzhəb məsələsi yox, torpaq məsələsidir?

- Torpaq bunun bir hissəsidir…

- Şah İsmayıl zamanında özünü necə tanıdırdı? Məsələn, mən kiməm?..

- Şah İsmayıl özünü Qızılbaşların şahı və İran mülkünün sultanı olaraq tanıdırdı. İran mülkünün sultanı olmaq nə deməkdir, bilirsinizmi? Firdovsinin “Şahnamə”sində məğlub edilən Əfrasiyabın nəvəsi olmaq deməkdir. Əfrasiyab da İranı ələ keçirməyə çalışan türk hökmdarıdır və döyüşlərin sonunda da məğlub edilir. Amma Əfrasiyabın nəvələri İran mülkünə hakim olublar. Bunlar Toğrul bəy, Alparslan, Məlikşahdır, son həlqə də Şah İsmayıldır. Şah İsmayıl İran mülkünə hakim kimi ruhunda olan Qızılbaşlıqdan şiəliyə keçən duyğunu İrana yaymışdır.

Anadoluda da Qutalmışın övladları, Süleyman Şah, Qlıcarslanlar çıxmışdır. Daha sonra Osman Qazi gəldi. Qaramanoğlu Məhəmmədin də, Məmnücək bəyin də, Saltuk bəyin də, Artuk bəyin də, Çobanoğullarının da, Çaka bəyin də bu xəmirdə payı var. Amma tarix Osmanlıların üzünə güldü və Osmanlı xanədanı yüksəldi. Biz tarixə bu yöndən baxmaq məcburiyyətindəyik. Baxın, burada da Karamanoğulları ilə Osmanoğulları mübarizə aparırlar. Arşip Paşaoğlu deyir ki, bunların Bəybazarına etdiyini kafir belə etməzdi. Osmanlılar da Karamanoğullarına qarşı fətva verirlər: “Mən qəza ilə məşğulam, bu da mənə mane olur. O zaman bunula qəza etmək ən böyük qəzadır”.

Təkrar edirəm, o dövrdə “qardaş, ikimiz də türkük” kimi anlayışlar yox idi. Tarixdə Karamanoğullarının şansı gətirsəydi, biz bu gün onları danışacaqdıq. Yəni, tarixə olduğu kimi baxmalıyıq. Şah İsmayılın Türk tarixində yerinə gəlincə; Şah İsmayıl Türk tarixində həm istedadlı şair, həm də qüvvətli Azərbaycan hökmdarı olaraq çox parlaq bir yerdə durur. O Azərbaycan ki, bütün İran mülkünə hakim olan bir sultan yetişdirdi. Buna Türk tarixində yeri yoxdur, deyə bilmərik. Türk tarixində şəxsiyyətlərə yer verib, verməmək nə mənim həddimdir, nə də bir başqasının. Onlar tarixdə yerlərini alıb və hər kəsin də bu məsələlərdə həddini bilərək, tarixi oxmasında fayda var.

- 16 Türk dövlətlərinin içərisində Səfəviləri sayırıqmı?

- Zatən onlar uydurmadır, elə bir şey yoxdur. 16 guşəli ulduz işləyiblər. 1960-cı illərdə biri buna anlam verib, ortaya çıxarıbdır.

- O anlam da qəlblərdəki yerlərin simvoludur hər halda?

- O elə baxıb. Şəxşən mənə yaz desəydilər, Səfəvini başa yazardım.

- Yazardınız?

- Yüz faiz yazardım.

- Bildiyimiz kimi, biz sünnü məzhəbindən olan bir ölkədə yaşayırıq. Əgər Çaldıran döyüşündə Şah İsmayıl qalib gəlsəyidi, bu gün fərqli bir mənzərə olardımı?

- Olmazdı.

- Şiələşmə olmazdı deyirsiniz?

- Bəlkə də çox az.

- Doğrudan da belə düşünürsünüz?

- Bəli, elə düşünürəm.

- Bir də, Şah İsmayıl anasını sünnü olduğuna görə öldürtdüyü iddiaları da var. Belə bir hadisə olubmu?

- Şah İsmayılın anası Uzun Həsənin qızıdır – Aləmşahbəyim. Bəli, məzhəbcə sünnüdür. Şah İsmayılın “Mənim anam sünnüdür” deyə onu öldürməsi tamamən uydurmadır. Bu sadəcə venesiyalı bir səyyah tərəfindən ortaya atılıb. Yeri gəlmişkən, bu səyyahların dediklərinə inanmamaq lazımdır. Onların çoxu uydurmadır. Şah İsmayılın anası hər zaman oğlunun yanında idi.

- Sultan Səlimlə Şah İsmayılın şahmat oynadıqları da deyilir…

- Tamamilə yalandır. Nə Şah İsmayılın, nə də Yavuz Sultan Səlimin buna vaxtları olub. Həm tarixi, həm də coğrafi baxımdan bu mümkün deyildi.

- Çaldıran döyüşündə Şah İsmayılın xanımı Taclıbəyimin Yavuz Sultan Səlimə əsir düşməsi hadisəsi yaşanıbmı?

- Şah İsmayılın döyüşü uduzduğunu görən bəyləri onu əhatələyərək döyüş meydanından çıxarırlar…

- Qadının döyüş meydanında olması da qəribədir…

- Burada qəribə heç nə yoxdur. Türk qadınları döyüşlərdə iştirak ediblər. Azərbaycanda da belə olub. Qadın, uşaq hamısı birlikdə hərəkət edirlər.

Şah İsmayıl döyüş meydanından çıxarıldığında Taclıbəyim savaş meydanında qalır. Tacləbəyimin əsir düşüb, düşməməsi faktı şübhəli məsələdir. Təxminimə görə o, yarım günlük əsirlikdə qalır. Ehtimala görə, üstündə olan daş-qaşlarını verərək əsirlikdən qaçır. Çünki ertəsi gün Xoy yaxınlığında ətrafında da bir neçə atlı ilə tapılaraq, Şah İsmayılın yanına aparılır. Və yenə Şah İsmayılın yanında yaşayır və Şah İsmayılın vəfatından sonra oğulluğu Təhmasibin yanında qalır. Yaşlanana qədər Təbrizdə olur. Və sonralar yaşlı ikən Şiraza göndərildiyi vaxt yolda ölür. Bu məsələni də Osmanlı tarixçiləri cinsəllik üzərindən İrana qarşı bir üstünlük olaraq qeyd ediblər. Baxın, əgər Taclıbəyimin hekayəsi Anadoluda davam etmiş olsaydı, onun İranda hekayəsi olmayacaqdı. Axı, onun İranda olan həyatını günbəgün bilirik. Harda, necə yaşadı, hansı fəaliyyətləri oldu və hansı şəraitdə vəfat etdi. Hamısını bilirik. Yəni, bütün hekayə bu qədərdir.

…Demək istəyirəm ki, tarix intiqam almaq yox, cəsarət almaq sahəsidir. Məsələn, siz Şah İsmayılın Türk tarixində yeri yoxdur deyirsiniz. Bu yandan da “İki dövlət, bir millət” deyirik. Belə şey olarmı? Şah İsmayıl Azərbaycan hökmdarı deyilmi? Baxın, qarşınızda bir Azərbaycan türkü oturduğunda ona Çaldıran savaşında “biz siz yendik” dəyəcəksiniz? Yaxud da bir özbək gəldiyində ona da “siz bizi Ankara döyüşlərində məğlub etdiniz” söyləyəcəksiniz? Tarix bu deyildir. Bunlar ötüb-keçmiş hadisələrdir. Tarix intiqam sahəsi olmadığından “biz”, “siz” deyə yox, ona bütöv bir Türk tarixi olaraq, baxmaq lazımdır.

Hazırladı: Rəşad Sahil

Şimali Qafqazda türk kimliyi - Şeyx Şamil milliyətcə kim olub: türk, yoxsa avar?

$
0
0
Şimali Qafqazda türk kimliyi - Şeyx Şamil milliyətcə kim olub: türk, yoxsa avar?

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Dağıstan və Şimali Qafqazın etnik xəritəsinə həsr olunub. Çoxlu sayda xalqların bir arada yaşadığı bu coğrafiya dil və etnogenez baxımından son dərəcə fərqli olması ilə seçilir. Türk-islam mədəniyyətinin ağırlıq kəsb etdiyi bu bölgənin türk xalqları haqqında verilən məlumatlar “beyin üçün qida” mahiyyəti daşıyır.

Dağıstan və Şimali Qafqazın aborigen türkləri - Kumıklar

Dövlətlər tarix boyu işğal etdikləri ərazilərdə öz etnik mənsubiyyətinə məxsus xalqları yerləşdirməyə cəhd ediblər. Bu gün Qafqazda yaşayan əhalini antropoloji cəhətdən üç hissəyə bölmək olar. Kavfasyon, yəni Şimali Qafqazın mərkəzi hissəsi, Kaspi və oğuz irqi - Şimali Qafqazın şərq hissəsi, eyni zamanda, qəribə olsa da, Bolqarıstan, Volqaboyu və Şimali Qafqazın qərb hissəsində yayılmış Qara dəniz tipləri. Qafqazı antropoloji tiplərdən daha çox, linqvistik bölgü, yəni dil ailələri baxımından təhlil etsək, problemi daha yaxşı anlamaq olar. Şimali Qafqazda yaşayan 52 müxtəlif xalq hansı dil qruplarında təmsil olunublar? Altay dil ailəsinin türk qoluna mənsub olan xalqlar Şimali Qafqazda üstünlük təşkil edir. Şimali Qafqazda yaşayan türk xalqları içərisində əhalinin sayına görə ilk yerdə kumıklardır. Kumıkların xüsusilə, etnogenez baxımından zəngin tarixi var. Onlar bölgənin sözün əsl mənasında aborigen xalqıdır. Kumıklar Dağıstanın şərq hissəsində - Kasavyurd, Buynaks, Mahaçqala və Dərbənddə yaşayırlar, sayları yarım milyondan çoxdur. Onların bu ərazilərdə mövcudluğu hətta Plininin dövründən belə xatırlanır. Bu bölgədə kumıkların dövlət qurumlarının olması barədə məlumat var.

SSRİ dövründə Şimali Qafqazda ən çox təqibə məruz qalan xalqlar - Qaraçay və Balkarlar

Kumıklardan başqa Şimali Qafqazın mərkəzi hissəsində qaraçaylar və balkarlar məskunlaşıb. Qaraçaylar və balkarların dilləri eynidir. İstər çar Rusiyası dövründə, istərsə də sovet hakimiyyəti illərində ən çox təqibə məruz qalan xalqlar məhz qaraçaylar və balkarlar idi. II Dünya müharibəsi illərində eynilə Krım tatarları, Məhsəti türkləri kimi, qaraçaylar və balkarlar da guya işğalçı almanlarla “əməkdaşlıq” etdiyinə görə sürgün edilmişdilər. Onlardan qoparılan ərazilər faktiki qonşu respublikalar arasında bölünmüşdü. Məsələn, bugünkü Gürcüstan Respublikasının tərkibində olan Axmeti rayonu qaraçay və balkarların ərazisi olub. Qalan ərazilərdə isə daha çox osetinlər, eyni zamanda Dağıstanın Qafqaz dillərində danışan xalqları məskunlaşdırılıb.

Dağıstanda Azərbaycan türkləri – Dərbənd qacarları

Şimali Qafqaz və Dağıstanda Azərbaycan türklərinin sayı da çoxdur. Azərbaycan türkləri əsasən, Dərbənd və qismən Mahaçqala ətrafında məskunlaşıblar və müxtəlif adlarla tanınırlar. Onlara daha çox terekemeniç, yəni tərəkəmə deyirlər. Dərbənd şəhərində isə azərbaycanlılar qacar adı ilə tanınırlar. Azərbaycanlıların Dərbəndə gəlmə olduğuna dair iddialar gülüncdür. Buradakı azərbaycanlıların, eləcə də kumıkların soykökündə daha çox oğuzlar, qıpçaqlar dayandığı halda, qaraçay və bulqarlarda substrat etnosla yanaşı, supersnat da iştirak edib. Bu səbəbdən onlar bugünkü qıpçaq dil ailəsinə, yəni türk dil ailəsində qıpçaq qoluna daxil edilirlər.

Unudulmuş türk boyu - truxmenlər

Şimali Qafqazda daha bir unudulmuş xalq var. Yalnız xüsusi etnoqrafik ədəbiyyatda truxmenlərin adı çəkilir. Truxmenlər faktiki türkmənlərdir. Bu gün Kərkük, Suriyada yaşayan türkmənlərə etnik pasport verilmədiyi kimi, truxmenlər də bu halla üzləşib. Onlar əsasən, xalq təsərrüfatı ilə məşğuldurlar. Dəqiq sayı ilə bağlı nə sovet hakimiyyəti illərində, nə də indiki müstəqillik illərində təəssüf ki, məlumat yoxdur.

Suvorovun soyqırımına məruz qalan türklər - Noqaylar

Şimali Qafqazda növbəti türk xalqı noqaylardır. Türk xalqları içərisində ən çox basqıya məruz qalan xalq noqaylardır. Bu xalq daha çox Dağıstanın Tərəkli istiqamətində yaşayır. Vaxtilə Qızıl Orda parçalanandan sonra böyük ərazilərə malik olan, hətta müəyyən dövrdə Krımın bir hissəsində yaşayan noqayların sayı bu gün 105 minə çatıb. Təəssüf ki, rus-sovet tarixşünaslığında bu xalqın etnogenezi yetərincə araşdırılmayıb. Faktiki olaraq, noqayların soyqırımına məruz qalmasının səbəbi bu bölgənin çar Rusiyası tərəfindən işğalıdır. “Məşhur” rus sərkərdəsi Suvorov noqaylara qarşı soyqırımı törətmişdi. Tarix boyu dəfələrlə soyqırımına məruz qalan noqaylar bu gün belə əvvəlki saylarını bərpa edə bilmirlər.

Türk xalqları Şimali Qafqaza nə verib? Şimali Qafqazın türk xalqları bu ərazilərdə yaranmış bir çox imperiyaların, dövlətlərin varisləridir. Bugünkü Şimali Qafqaz türkləri bölgənin qədim əhalisi olan barsillər, savirlər, Böyük Xəzər Xaqanlığının, Türküt Dövlətinin Göytürk dövlətinin qərb qanadının birbaşa varisləridir.

Şimali Qafqazın qafqazdilli xalqları

Qafqazdilli xalqlar ancaq Qafqazda təmsil olunduğuna görə çox vaxt bu cür adlandırılır. Məsələn, türk xalqlarının yayılma arealından fərqli olaraq qafqazdilli xalqların yayılma arealı xeyli məhduddur. Qafqazdilli xalqlar adətən, Dağıstan, Vaynax, Adıq-Abxaz və Kartveli qollarına bölünür. Kartveli qoluna mənsub olan xalqlar əsasən, Qafqazın cənub hissəsində, yəni bugünkü Gürcüstan ərazisində yaşayırlar. Onlar da müxtəlif qollara bölünür: çan, svan, laz, mtiul, xevsur, pşav, kaxetin və s. Şimali Qafqazda isə Kartveli qrupuna mənsub olan xalq yoxdur. Burada yalnız digər 3 qola mənsub xalqlar yaşayırlar. Dağıstan dilli xalqların da özünün bölgüsü var. Avar, Andi, Tsez. Çox təəssüf ki, bəzən həmin Andi və Tsez xalqları ümumi ad altında verilir. Avarlar özlərinə maqdarulal deyirlər. Sovet hakimiyyəti illərindən həmin Andi, Tsez xalqları da süni yolla avarlarla birləşdirilərək avar adını aldılar. Halbuki, dilləri tamamilə fərqlidir. Andi, tsez xalqlarının özlərinin də bölgüləri var. Dağıstan və Şimali Qafqazda xvarşinlər, baquvallar kimi ümumi sayı 1000-1200, 130-150 olan xalqlar da var. Onların dilləri avar dilinə uyğun deyil, ancaq sovet hakimiyyəti illərində süni şəkildə avar adı altında birləşdirilmişdi.

Tabasaranlar, lezgiyarlar, laklar, darginlər, kubaçinlər...

Avar, Andi, Tsez xalqlarından başqa, bu bölgədə tabasaranlar yaşayır. da var. Tabasaranların soykökü ilə bağlı müxtəlif versiyalar var. Bəziləri onların vaxtilə Xosrov Ənuşirəvan tərəfindən köçürülmüş yəhudilərdən törədiyini iddia etsə də, bugünkü tabasaran dilinin lüğət tərkibinin böyük bir hissəsi türk sözlərindən ibarətdir. Bundan başqa, bölgənin ən çoxsaylı xalqı özlərini lezgiyar adlandıran xalqlardır. Bunlara biz ləzgidilli xalqlar da deyə bilərik. Lakin yenə də linqvistik baxımdan Samur, Qonaqkənd, Qayabudaqkənd, Axtı, Fi, Kruş kimi qollar çox zaman ümumi lezgiyar adı altında birləşsələr də, dillərində müəyyən uyğunsuzluq var. Növbəti böyük xalqlardan biri laklardır. Laklar daha çox Dağıstanın mərkəzində yaşayırlar. Lakların etnogenezi sovet hakimiyyəti illərində araşdırılıb. Əvvəllər onların hamısı ümumi şəkildə Dağıstan tatarları adlanırdısa, sonradan məlum oldu ki, laklar daha çox qafqazdilli xalqdır. Laklardan sonra ən çoxsaylı xalq darginlərdir. Darginlər də qollara ayrılır. Onlardan biri kaytaxlardır. Kaytaxlar digər darginlərdən fərqlənsələr də, ümumi adla tanınıblar.

Xırda xalqlar içərisində kubaçinlərin də adını çəkmək olar. Onlar sovet hakimiyyətinin milli siyasəti nəticəsində böyük sovet xalqı yaradılması adı altında süni şəkildə Dağıstanda “titullu” xalqların tərkibinə qatılıb. Dağıstan dilli qrupa daxil olan xalqlardan biri aqullardır. Bunların da dili qonşu xalqlardan hər hansının dili ilə uyğun gəlmir. Parçalanmış 52 xalqdan əksəriyyəti Dağıstan ərazisində məskunlaşıb. Adlarını çəkdiyimiz xalqlar indiki Dağıstanın etnik mənzərəsini özündə əks etdirir.

Vaynaxların türk olmasına dair yanlış iddialar

Şimali Qafqazın mərkəzi hissəsi isə vaynax dil qrupunda təmsil olunur. Bu dil qrupunda danışan xalqlar naxçolar, kxalqaylar, kistinlər və basbilərdir. Naxçolar bu gün çeçen adı ilə, kxalqaylar isə inquş adı ilə tanınır. Kistinlər və basbilər isə çeçen-inquş xalqı deportasiya olunarkən Gürcüstan ərazisinə yerləşmiş və dilləri daha çox inquş dilinə oxşayan xalqlardır və müsəlmandırlar. Bəzən təəssüf ki, yanlış olaraq dil baxımından vaynax xalqına aid edilən naxçoları, yəni çeçenləri türk hesab etmə meylləri var. Bu yanaşma kökündən yanlışdır. Xüsusilə, türk elmi ədəbiyyatlarında bəzən, nəinki, çeçenləri, inquşları, hətta bütün Qafqaz xalqlarını da türk xalqları kimi təqdim etməyə çalışırlar. Bu da yanlışdır. Çünki dil baxımından vaynax xalqları Qafqaz dil ailəsinə daxildir.

Şeyx Şamil milliyətcə kim olub: türk, yoxsa avar?

Şimali Qafqazın bir çox tarixi şəxsiyyətlərinin etnik mənsubiyyəti ilə bağlı fərqli fikirlər var. Məsələn, Şeyx Şamili türk də hesab edənlər var, avar da. Burada söhbət sözün klassik mənasında avarlardan, yəni maqlarulardan gedir. Hətta etnotoponimlər də bir-birinə qarışıb. Bəzən çeçenlərin özlərinə aid etdikləri Bozqurd toteminə görə də onları türk hesab edənlər var. Etnolinqvistik baxımdan isə nə çeçenlər, nə də inquşlar türk deyillər. Sadəcə olaraq, Şimali Qafqaz regionunda rus ağalığına qarşı mübarizə dövründə istər Şeyx Şamilin, istərsə də Hacı Muradın, istərsə də bölgə əhalisinin türkçə danışması tamamilə mümkün idi. Çünki Qərbi Avropa səyahətçiləri də, tarixçiləri də qeyd edirlər ki, Qafqazda türk dili Avropanın fransız dilidir. Bu gün avarla ləzgi öz aralarında anlaşmaq üçün rus dilindən istifadə edirsə, min illər boyu türk imperatorluqlarının tərkibində olan Qafqaz xalqları da bir-biri ilə anlaşmaq üçün türk dilindən istifadə etməli idilər. Bu səbəbdən də o dövr tarixçilərinin Şeyx Şamilin türkçə danışmasını qeyd etməsində qeyri-adi heç nə yoxdur.

Çərkəzlər, adıgeylər və kabardinlər: “Parçala, hökm sür” siyasətinin qurbanları

Qafqaz dil ailəsinə məxsus digər böyük xalqlar qrupunun adı qapqazdır. Çərkəzlər, adıgeylər və kabardinlər özlərinə adıgey desə də, yenə sovet hakimiyyətinin yürütdüyü “milli siyasət” bu xalqları parçalayıb. Sovetlər dönəmində adıqlar ayrı, adıgeylər ayrı, qaraçaylarla çərkəzlər bir, kabardinlərlə balkarlar da ayrı inzibati qurumda təmsil olundular. Bu, faktiki olaraq, qədim Romadan gələn “parçala, hökm sür” siyasətinin sovet hakimiyyəti illərində davamından başqa bir şey deyildi. Vaxtilə azadlıq mübarizəsində iştirak etmiş xalqların hamısı istər çar Rusiyası, istərsə də sovet hakimiyyəti illərində təzyiqə məruz qalmış xalqlardır. O cümlədən, əziyyət çəkən xalqlardan biri adıgey qrupuna məxsus olan xalqlardır. Elə xalqlar var ki, vaxtilə adıgey-abxaz qrupuna daxil olublar, lakin indi tarix səhnəsindən siliniblər. Bunlar içərisində sayları barmaqla ölçüləcək xalqlar da var, məsələn şapsuqlar. Bu xalqı soyqırımı nəticəsində tamamilə məhv ediblər, onların dilində danışan qalmayıb. Əgər Qara dəniz boyu tarixi coğrafiyaya baxsaq, o xalqların verdiyi adlar bu gün də qalır və onların mənasını çox adam başa düşmür. Adıgey, çərkəz və kabardinlərin böyük qismi Qafqaz uğrunda mübarizə gedərkən, xüsusilə Krım müharibəsindən sonra Osmanlı ərazisinə köçürüldü. Onlar çərkəz adı ilə İordaniyada, Türkiyədə və vaxtilə Osmanlı tərkibində olan bir çox ölkələrdə yaşayırlar.

Şimali Qafqazın Hind-Avropa dil ailəsinə daxil olan nümayəndələri - tatlar və osetinlər

Şimali Qafqazda Altay və Qafqaz dili ailəsindən sonra üçüncü dil ailəsi Hind-Avropa dil ailəsidir. Bu ailənin nümayəndələrinə osetinləri aid etmək olar. Hind-Avropa dil ailəsində isə İran qolu təmsil olunur. Bu qolun təmsilçiləri Xəzər dənizi boyunca vaxtilə Sasani şahları tərəfindən köçürülmüş tatlar və Qafqazın mərkəzi hissəsində yaşayan osetinlərdir. Osetinlər özləri də 3 qola ayrılırlar: diqorlar, tualar və ironlular. Onların içərisində diqorlar xüsusilə seçilir. Onlar həm müsəlmandır, həm də dillərində yetərincə türk sözləri var. Bəzi alimlər, məsələn Laypanov, Miziyev diqorları osetin hesab etmir. Köçürülən xalqların əksəriyyətinin ərazisi təəccüblü olsa da, osetinlərə verilib. Bu gün Osetiyanın xəritəsinə fikir versək, adi gözlə görünür ki, osetinləri birləşdirən dar boğaz kimi yer var. Vaxtilə o ərazilər inquşlara aid idi. Hətta inquşlar bəraət alıb qayıtdıqdan sonra, 70-ci illərdə inquşlarla osetinlər arasında milli savaş çıxmışdı. Təəssüf ki, bu hadisə o zamana sovet hakimiyyəti orqanları tərəfindən gizlədilib.

Şimali Qafqazda türk-islam mədəniyyəti və milli köklərə qayıdış

Bu vəziyyətdə yaşayan xalqlar üçün təbii ki, ümumi dil, mədəniyyət lazımdır. Bu xalqların əksəriyyəti mədəniyyət baxımından islam dininə tapındığına görə, burada təbii ki, türk-islam mədəniyyəti ağırlıq təşkil edir. Hətta bu gün yaşlıların əksəriyyəti danışıq dili kimi yenə də türk dilindən istifadə edirlər. Artıq bir çox türk xalqlarında milli köklərə qayıdış, milli ruhun bərpası kimi tədbirlər görülür. Bu fəallığı xüsusilə, kumıklar, noqaylar, qaraçaylar, balkarlar arasında görmək mümkündür.

Dağların yazılmamış qanunları: böyüklərə hörmət, kiçikləri himayə

Mənəvi mədəniyyət baxımından bölgə əhalisinin əksəriyyəti müsəlmandır. Lakin dağların yazılmamış qanunları var. Daima Qafqazı, xüsusilə şimal hissəni tədqiq edən alimləri təəccübləndirən bir məsələ olub. Bu, yerli şivədə adat, yəni adət deyə ifadə olunan sözdür. Qədim türklərdə bu ifadə törə şəklində istifadə olunur. Adatlar yazılmamış qanunlardır: böyüklərə hörmət, kiçiklərə qayğı. Bu, Şimali Qafqaz əhalisi üçün yazılmamış qanundur. Xüsusilə, qocalara hörmət məsələsi. Mənzil inşası zamanı yaşlılara ayrı, uşaqlara ayrı otaq nəzərdə tutulur. Eyni zamanda iqlim şəraitinə uyğun inşa olunmuş qüllə formalı binalar Şimali Qafqaz memarlığının sanki damğasıdır. Xüsusilə, çeçenlər və inquşlarda qüllə tipli tikililər daha geniş yayılıb. Hər bir qüllə qalanı xatırladır. Çünki bölgə hər zaman müstəqilliyi uğrunda mübarizə aparıb. Bu gün də hər hansı dövlətin orada möhkəmlənməsi qəliz məsələdir. Çünki qafqazlıların bir adəti var. Onlar qılıncla gələni qılıncla, duz-çörəklə gələni duz-çörəklə qarşılayan bir xalqlardır.

Gəncədə 3300 il yaşı olan kurqan aşkarlandı

$
0
0
Gəncədə 3300 il yaşı olan kurqan aşkarlandı

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Gəncədə aparılan arxeloji qazıntılar zamanı 3300 il yaşı olan kurqan aşkarlanıb.

AMEA-dan verilən məlumata görə, qeydiyyata alınan 62 kurqandan 4-ü artıq tədqiqata cəlb edilib. Tədqiqatlar zamanı şəhərin Heydər Əliyev parkında kurqanların dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu aşkarlanıb.

3300 il yaşı olan kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb və onların hər birində bir nəfər dəfn edilib. İnsanın sümük qalıqları fizioloji quruluş formasının pozulmuş vəziyyətində və kameraların müxtəlif dərinliklərində müəyyən edilib.

İnstitutun ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə, qazıntılar zamanı, həmçinin müxtəlif formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, tunc düymələr, muncuqlar, ox ucluqları, daş toppuz və digər maddi-mədəniyyət nümunələri tapılıb.

Qeyd edək ki, ərazidə qazıntı və laborator işlər davam etdirilir.

Karabakhmedia.az

Azərbaycanlılarında qəhrəmanlıq göstərdiyi “Vəhşi diviziya” barədə nə bilirik?-VİDEO

$
0
0
Azərbaycanlılarında qəhrəmanlıq göstərdiyi “Vəhşi  diviziya” barədə nə bilirik?-VİDEOAMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb. Filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir.

Qafqaz Yerli Süvari diviziyasında (“Vəhşi diviziya”) azərbaycanlıların xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nuh bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. “Vəhşi diviziya”nın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub. Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.

Qeyd edək ki, tariximizin bu dönəmi çox az araşdırılıb. Təəssüf ki, “Vəhşi diviziya” barədə tarixi araşdırma və sənədli filmlərin hazırlanmasına baxmayaraq azərbaycanlıların bu hərbi qurumda rolu arxa planda qalıb. MEK film vasitəsilə azərbaycanlıların diviziyadakı qəhrəmanlıqlarını ön plana çəkməyə çalışıb. Film gələcəkdə bu mövzuda hazırlanması planlaşdırılan silsilənin birinci hissəsidir.


Karabakhmedia.az

QACARLAR VƏ AZƏRBAYCANLILAR

$
0
0
QACARLAR VƏ AZƏRBAYCANLILAR

Farsların Qacarları etnik baxımdan, yeni azərbaycanlıların sosial baxımdan inkar etmələri sülalənin hakimiyyətdən kənarlaşmasına gətirib çıxardı.
Qacar tayfası Azərbaycan (türk) tayfalarından biri olaraq özünəməxsus yol keçmiş, tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının həyatında mühüm rol oynamışdır. Qacarların etnogenezi və ana yurdu məsələsi mübahisəli olsa da, monqolların, xüsusən də Elxanilərin hakimiyyəti illərində (1256-1336) hakimiyyət sistemində mühüm yer tutmaları bütün Qacar tarixşünasları tərəfindən vurğulanan faktdır. Qacar tayfası və xüsusən Qacar sülaləsinin tarixindən bəhs edən bütün tarixçilər tayfanın tarixinin məhz monqolların hakimiyyəti illərində başlandığını qeyd edirlər.


Tayfa tarixinə xas olan personallaşdırma - tayfa tarixinin başlanğıcını hər hansı bir nüfuz və ya real tarixi şəxsiyyətin nəsli və həmin nəslin tərəfdarları kimi nəzərdən keçirilməsi - Qacar tarixi üçün də səciyyəvidir. Belə ki, Qacar tayfasının meydana gəlməsi və ya başlanması Elxanilərin hakimiyyət strukturunda Atabəy funksiyasını yerinə yetirən Sartaq-noyanın, ondan sonra həmin funksiyanı yerinə yetirmiş oğlu Qacar-noyanın adı ilə bağlanır. Tayfanın Sartaq deyil, Qacar adlanması da türk hakim sülalələrinin şəcərə tarixi ənənəsinə uyğundur. Belə ki, Səlcuq sülaləsi Səlcuqun atası Dokakın, Osmanlı sülaləsi Osmanın atası Ərtoğrulun adı deyil, oğulların adı ilə adlandırılmışdır.

Monqolların süqutundan sonra Qacar tayfası müxtəlif tayfa ittifaqlarının tərkibində müxtəlif ərazilərdə qeyd olunur. Qacarlardan sonuncu dəfə ayrıca bir tayfa kimi onların I Şah Abbas (1587-1629) tərəfindən Azərbaycandan - İrəvan və Gəncə vilayətlərindən Xəzər dənizinin cənub şərqinə - Astrabad (Qorqan) bölgəsinə, zahirən türkmən basqın və yürüşlərinə qarşı durmaq üçün köçürülməsindən sonra daha geniş və intensiv şəkildə danışılır. Həmin vaxtdan Qacar tayfasının tarixinin yeni mərhələsi başlanır. Şah Abbas Qacar tayfasını parçalasa da, obyektiv olaraq onların yenidən daha intensiv şəkildə tayfa kimi konsolidasiya olmasına şərait yaratmışdır. Belə ki, Azərbaycandan fərqli, daha məhdud məkanda və yad mühitdə (həm fiziki-təbii, həm də sosial-mədəni) tayfa daha sıx birləşməyə və tayfa strukturunu bərpa etməyə məcbur idi. Məhz həmin dövrdən başlayaraq, Qacar tayfasının tarixi taleyi ümumazərbaycan tarixi taleyindən ayrılmağa və özünəməxsus keyfiyyətlər kəsb etməyə başlayır. Qacarların məhz şimal-şərqi İranda (indiki Mazandaran və Gülüstan ostanları) məskunlaşmasından sonra onların tayfa-qəbilə strukturu haqqında daha ətraflı məlumat qeyd edilir. Qacarların yenidən vahid tayfa (və ya tayfa ittifaqı) kimi fəaliyyət göstərməyə məcbur olmaları (bizə belə gəlir ki, Azərbaycanda məskunlaşdıqları zaman Qacarların nizamlı tayfa quruluşu artıq dağılmaq üzrə idi) onların konsolidasiya səviyyəsini yüksəltmiş və hakimiyyət uğrunda müstəqil şəkildə mübarizə aparmağa əsas vermişdir.

Qacarlar müstəqil şəkildə hakimiyyət uğrunda mübarizəyə Səfəvilərin faktiki süqutundan (1722) sonra başlasalar da, Nadir xan tərəfindən qısa müddətdən sonra mübarizədən kənarlaşdırılmışlar. Nadir şahın (1736-1747) ölümündən sonra Qacarlar daha mütəşəkkil şəkildə hakimiyyət uğrunda mübarizəyə başlayıb İranın xeyli hissəsini öz hakimiyyətləri altında birləşdirsələr də, irandilli Zənd sülaləsinə məğlub olmuş və mübarizədən çəkilmişlər. Kərim xan Zəndin (1750-1779) ölümündən sonra Ağa Məhəmməd şah Qacarın başçılığı ilə yenidən mərkəzi hakimiyyət uğrunda mübarizəyə başlayan Qacar tayfası 15 ildən (1794) sonra bütün İranı öz hakimiyyəti altında birləşdirməyə nail oldu. Qacar tayfası hakimiyyət uğrunda mübarizəyə Cənubi Azərbaycanın dəstəyi olmadan, tayfanın öz gücü ilə başlamışdır. Qacarlar həm öz aralarında, həm də əsas rəqibləri Zənd sülaləsinə qarşı mübarizə aparırdılar. Həmin mübarizədə Ağa Məhəmməd şahı qardaşlarının (6 nəfər) və buna uyğun olaraq Qacarların bir hissəsi müdafiə etsə də, onun mövqeyi möhkəmləndikcə ilk vaxtlar konyunktur və müvəqqəti xarakter daşısa da, tərəfdarlarının sayı artırdı. Mazandaranı özünə tabe edəndən sonra bir çox mazandaranlı feodallar Ağa Məhəmməd şahı müdafiə etməyə başladılar. Ağa Məhəmməd şah Mərkəzi İrana və ya İraqi-Əcəmə doğru hərəkət edərkən burada məskunlaşmış azərbaycanlılar - bayatlar, şahsevənlər, xələclər və b. bəzən müvəqqəti də olsa, onu müdafiə etmiş, bununla da yeni hakimiyyətin silahlı qüvvələrinin sayı və coğrafiyası böyüməyə başlamışdır. İraqı-Əcəmin xeyli hissəsində möhkəmlənmiş Ağa Məhəmməd şah Azərbaycana hərəkət etmiş, burada mövcud olan yerli hakimlərin bəziləri yeni hakimiyyəti tanıdıqlarını (Qaracadağ, Xoy) izhar etmiş, digərləri müqavimət göstərmişlər (Urmiya, Sarab). Ağa Məhəmməd şah yerli hakimlərin bəzilərini öz vəzifəsində saxlamış, digərlərinin hakimiyyət səlahiyyətlərini məhdudlaşdırmış və ya onları yeni hakimiyyətə sədaqət izhar edən nəslin digər nümayəndələri ilə əvəz etmişdir. Bütövlükdə Ağa Məhəmməd şahın Cənubi Azərbaycanda hakimiyyəti illərində (1791-1797) ölkə dağınıq halda yerli hakim sülalələr tərəfindən idarə olunurdu. Ağa Məhəmməd şah daha çox yerli əhali hesabına öz ordusunun sayını çoxaltmağa əhəmiyyət verirdi. Ağa Məhəmməd şahın hakimiyyət uğrunda mübarizəsində Cənubi azərbaycanlıların iştirakının dərəcəsini müəyyən etmək üçün həmin mübarizədə fəal iştirak etmiş hərbi və mülki şəxslərin etnik mənsubiyyətinə diqqət yetirmək maraqlı nəticəyə gəlməyə imkan verir.

Qacar dövrünün rəsmi tarixçi-salnaməçisi Məhəmməd Tağı Lisan əl-mülk Sepehr özünün «Nasix ət-təvarix» (Tarixi-Qacariyyə) (Tehran, 1377, I-II c.) əsərinin 29-100-cu səhifələrində Ağa Məhəmməd şahın hakimiyyət uğrunda mübarizəsində ona bu və ya digər dərəcədə yardım etmiş 42 şəxsin adını qeyd edir. Bunlardan 21-i Qacar tayfasının üzvü, 7-si qeyri-qacar azərbaycanlı, 12 nəfəri şərti olaraq fars, 2 nəfəri kürd idi.

Qacarların 5 nəfəri şahın qardaşları, bir nəfəri şahın qardaşı oğlu, 5 nəfəri şahın mənsub olduğu Qəvanlu tayfasının, 5 nəfəri şahın əsas müttəfiqi Qacar Dəvəli tayfasının, 3 nəfəri Qacar İzzəddinli tayfasının, 2 nəfəri digər Qacar tayfalarının üzvləri idilər. Qardaşlardan yalnız Cəfərqulu xan axıra qədər Ağa Məhəmməd şahın yanında olmuş, ən mühüm hərbi əməliyyatlara başçılıq etmişdir. Demək olar ki, yeni hakimiyyəti iki qardaş birlikdə təsis etmişlər.

Qeyri-qacar azərbaycanlılardan 5 nəfəri Mərkəzi İranı (Cənubi Azərbaycanın cənub-şərq qurtaracağı və ondan şərqə) təmsil edirdilər, 2 nəfər Cənubi Azərbaycanda yeni hakimiyyəti tanımış yerli hakimlər idi. Farslar ilk vaxtlar mazandaranlılarla təmsil olunurdular. Ağa Məhəmməd şahın ilk vəziri, hərb-əsgəriyyə (ləşgəriyyə) vəziri mazandaranlı idi. İsfahan və xüsusən Şirazın tabe edilməsindən sonra bu bölgələrin nüfuzlu və vəziyyəti «düzgün» qiymətləndirən şəxsləri yeni hakimiyyətin müdafiəçilərinə çevrildilər.

Ağa Məhəmməd şah öz vəliəhdi Fətəli xanı Zənd sülaləsinin dayağı olan Farsa vali təyin etdi (1794). Amma Ağa Məhəmməd şahın öldürülməsindən sonra sülalə üçün ən böyük təhlükə Azərbaycanda meydana gəldi. Ona görə ərazini daha ciddi nəzarətdə saxlamaq tələb olunurdu. Bunu təmin etmək üçün Fətəli şah (1797-1834) oğlu Abbas Mirzəni vəliəhdi elan edib Azərbaycana vali təyin etdi, onu qacar sərkərdələrin başçılığı ilə böyük bir ordu və fars mülki məmurların müşayiəti ilə Təbrizə göndərdi (1798). O, vəliəhdi statusuna uyğun olaraq Azərbaycan vilayətlərindən birinə deyil, bütün məmləkətə vali idi. Bu təyinatın obyektiv nəticəsi Cənubi Azərbaycanın uzun illərdən (ən azı 50 ildən) sonra vahid inzibati-ərazi vahidində birləşdirilməsi oldu. Həmin məsələdə çoxlarının iddia etdikləri kimi, etnik birlik amili deyil, siyasi, hərbi amil aparıcı rol oynadı. Bundan sonra ölkədə faktiki iki mərkəz formalaşmağa başladı. İranın mərkəzi Tehran, Azərbaycanın mərkəzi Təbriz. İran şah, Azərbaycan isə vəliəhd (onun cavanlığı dövründə qacar hərbi, fars mülki məmurlar) tərəfindən idarə olunurdu. Həm şah, həm də vəliəhd idarə etdikləri ərazini demək olar ki, qeyri-qacar azərbaycanlıların iştirakı olmadan idarə edirdilər. Çünki Fətəli şahın və vəliəhd Abbas Mirzənin hakimiyyətdə olduğu illərdə nüfuzlu qeyri-qacar, xüsusən Cənubi azərbaycanlıya rast gəlinmir. Fətəli şahın mərkəzdə mülki məmurları farslar, hərbi məmurları qacarlar, mazandaranlılar və başqaları, yerli hakimləri isə əsasən oğullarından idarət idi. Vəziyyət Təbrizdə böyüyüb başa çatmış Məhəmməd şahın hakimiyyətə gəlişindən 8 ay sonra onun hərəkətlərinə nəzarət edən, bəzən rəyi ilə hesablaşmayan fars sədr-əzəmi kənar edərək, onun yerinə keçmiş müəllimi və mürşidi Cənubi azərbaycanlı Mirzə Abbası - Hacı Ağasını sədr-əzəm təyin etdikdən sonra dəyişməyə başladı. Hacı Ağası Şimali Azərbaycandan İrana mühacirət etmiş nüfuzlu ailələrin nümayəndələrinin, öz vilayətindən - Xoydan (Makıdan) olanların hərbi və mülki vəzifələrə təyin edilməsinə yardım etməklə, Cənubi azərbaycanlıların mərkəzi və xüsusən yerli hakimiyyətdə mövqeyinin möhkəmlənməsinə şərait yaratmışdır. Məhəmməd şahın (1834-1848) ölümündən sonra İranın müxtəlif məntəqələrində Cənubi azərbaycanlı hakimlərə qarşı üsyanların baş verməsi, eyni zamanda gənc Nasirəddin şahın təcrübəli sədr-əzəmi Mirzə Tağı xanın apardığı islahatlar nəticəsində nüfuzunun artması sulalə üçün təhlükə kimi qiymətləndirilərək hakimiyyətdən kənar edilməsi ilə farslarla azərbaycanlılar arasında müəyyən balanslaşdırma siyasəti yürüdülməyə başlandı. Həmin siyasət Müzəffərəddin şahın hakimiyyəti illərində (1896-1907) Cənubi azərbaycanlıların xeyrinə zəif də olsa, dəyişdi. Bu da farslar arasında anti-qacar, anti-azərbaycanlı (türk) əhval-ruhiyyəsinin güclənməsinə səbəb oldu. Cənubi azərbaycanlıların rəhbərliyi ilə baş verən, onların aparıcı qüvvə olduqları Konstitusiya (Məşrutə) inqilabı (1905-1911) qacarların və azərbaycanlıların mərkəzi və xüsusən yerli hakimiyyətdə mövqelərini əhəmiyyətli dərəcədə zəiflətdi və müvafiq olaraq farsların mövqeyini gücləndirdi.

Güclü, lakin azsaylı Qacar tayfası İranda hakim siyasi qüvvəyə çevrildikdən sonra sürətlə cəmiyyətə inteqrasiya olunmağa və mövcud dəyərlər sistemini mənimsəməyə başlayır. Qacar tayfası və sonralar Qacar sülaləsi siyasi, sosial baxımdan hakim dairələri təmsil etsə də, etnik baxımdan heç bir etnik birliyi təmsil etmirdi. Onlar feodal cəmiyyətində mövcud olan siyasi, mədəni və digər ənənələrə əməl edir və onların davam etdirilməsinə, təkamülünə şərait yaradırdılar.

Qacarlar etno-mədəni baxımdan azərbaycanlıları təmsil edə bilmədiklərindən, Cənubi azərbaycanlılara münasibətdə ardıcıl siyasət yeridə bilmədiyindən, ən əsası, mühafizəkar qüvvələri təmsil etdiklərindən azərbaycanlılar, xüsusən formalaşmaqda olan yeni, modernist meylli azərbaycanlı qüvvələr onlara Azərbaycan etnik birliyinin tərkib hissəsi kimi baxa bilmirdilər. Çox güman ki, Qacarların asanlıqla hakimiyyətdən uzaqlaşdırılmasında həmin amilin də mühüm rolu oldu. Milli şüuru güclənməkdə olan farslar Qacarları təbii olaraq yad ünsür hesab edir, etno-milli şüuru zəif olan yeni, mütərəqqi azərbaycanlı qüvvələr də təbii olaraq Qacarları özgə sosial ünsür hesab edirdilər. Farsların Qacarları etnik baxımdan, yeni azərbaycanlıların sosial baxımdan inkar etmələri sülalənin hakimiyyətdən kənarlaşmasına gətirib çıxardı.

Qacarlar etno-mədəni baxımdan Azərbaycan xalqını təmsil etməsə də, sülalə öz hakimiyyətini qorumaq üçün farslar və Cənubi azərbaycanlılar arasında balanslaşdırma siyasəti yeritsə də, Azərbaycan xalqının etno-mədəni inkişafı qarşısında heç bir rəsmi maneə də yaratmamışdı. Sadəcə olaraq, yeni azərbaycanlı qüvvələr siyasi, dövlətçilik, sosial məsələlərə aludə olduqlarından öz etno-mədəni varlığına, onun yeni şəraitdə inkişaf etdirilməsinə biganə qalmışdılar. Məhz buna görə azərbaycanlıların fəal iştirakı ilə Qacar sülaləsini əvəz edən fars Pəhləvi rejimi (1925-1978) geniş və hərtərəfli assimilyasiya siyasəti həyata keçirə bildi.

İslam inqilabından (1978-1979) sonra İranda milli münasibətlər sahəsində Qacarların hakimiyyəti illərində mövcud olmuş vəziyyətə oxşar bir situasiya yarandı. Belə ki, yeni rejim bir tərəfdən vahid icma (millət), vahid yazı və dil prinsipini elan etdi, digər tərəfdən etnik dillərin və mədəniyyətlərin məhdud miqyasda olsa da, inkişafı üçün hüquqi baza və müəyyən real şərait yaratdı. Yəni, yeni rejim də etno-mədəni baxımdan Azərbaycan xalqını təmsil etmir, eyni zamanda onun etno-mədəni inkişafı üçün məhdud da olsa şərait yaradır. Qacarların hakimiyyəti illərində olduğu kimi islam inqilabından sonra da Cənubi azərbaycanlılar müxtəlif intensivliklə mərkəzi və məhdud miqyasda yerli hakimiyyətdə təmsil olunmuşlar.

Təkcə onu demək kifayətdir ki, Müvəqqəti hökumətin (1979-1980) başçısı M.Bazərgan, İranın ilk prezidenti (1980-1981) Ə.Bənisədr, İslam İnqilabı Şurasının bir sıra üzvləri, inqilabın qələbəsindən sonra Ali Məhkəmənin sədri Ayətulla Musəvi Ərdəbili, Baş prokuror Musəvi Xoiniha, 1981-ci ildən 1989-cu ilə qədər həm prezident S.Ə.Xomneyi, həm də baş nazir M.H.Musəvi, 1989-cu ildən 2007-ci ilə qədər «Rəhbər»i seçən Xübrəqan Məclisinin sədri Əli Mişkini, 1989-cu ildən indiyə kimi İran İslam Respublikasının rəhbəri S.Ə.Xamneyi və bir çox nazirlər azərbaycanlı olmuşlar. Amma Qacarlar kimi onlar da Azərbaycan xalqını təmsil etməmişlər, xalqın etno-milli problemlərinin həll edilməsi üçün heç bir təşəbbüs göstərməmişlər. Bu baxımdan Azərbaycan xalqının nüfuzlu şəxsləri, yuxarı dairələri həm Qacar sülaləsinin nümayəndələrindən, həm də həmin dövrdəki qabaqcıl azərbaycanlı qüvvələrdən heç nə ilə fərqlənmirlər. Həm onda, həm də indi hakim dairələrdə təmsil olunan azərbaycanlılar öz milli varlığına, etno-milli problemlərinə tamamilə biganə olmuşlar. Əgər Qacarların hakimiyyətinin ikinci yarısından başlayaraq, Azərbaycan xalqının etno-mədəni inkişafının ləng getməsi yeni ziyalıların öz milli varlığına biganəliyi ilə bağlı idisə, indi, son 30 ildə milli ruhlu ziyalıların, tələbələrin milli şüurunun ən yüksək səviyyəyə çatdığı, geniş dairələrin milli varlığa geniş əhəmiyyət verdiyi bir şəraitdə Azərbaycan xalqının hüquqsuz millət vəziyyətində qalması, hakim fars millətçiliyinin güclənməsi yuxarı dairələrdə təmsil olunmuş azərbaycanlıların öz milli problemlərinə etinasızlığı ilə bağlıdır. Cəmiyyətdə müəyyən, bəzən çox güclü iqtisadi, siyasi, sosial mövqeyi olan azərbaycanlıların himayəsi, yardımı olmadan milli ziyalıların, tələbələrin Azərbaycan xalqının milli bərabərliyi, bərabərhüquqluluğu, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması uğrunda çox gərgin mübarizəsi bir nəticə verə bilməz. Bizə belə gəlir ki, Cənubi azərbaycanlı milli ruhlu qüvvələr qarşısında duran əsas problemlərdən biri yuxarı dairələrdə təmsil olunan azərbaycanlıların etno-milli birliyə qaytarılmasıdır. Xalq, millət bütöv bir varlıq olduğundan onun problemləri ilə bütün xalq, onun ayrı-ayrı təbəqələri öz status və roluna uyğun olaraq məşğul olmalıdır. Bunun üçün bütün azərbaycanlıları birləşdirə biləcək yeganə və əsas məsələ düzgün müəyyən edilməli, bütün digər məsələlər kənara qoyulmalıdır. Həmin birləşdirici amil düzgün müəyyən edilsə, hakim dairələrdə təmsil olunan azərbaycanlılar onu müdafiə etsə, onda Azərbaycan məsələsini həll etmək o qədər də çətin olmaz. Bunun üçün, məncə, farslardan nümunə götürülməlidir. Əgər sosial, demokratik, dövlətçilik dəyərləri naminə fars milli dəyərlərindən imtina etməyə, nəinki öz milli varlığından, hətta hakim millət mövqeyindən imtina etməyə hazır olan bir fars ruhanisinə, sahibkarına, siyasətçisinə, mədəniyyət xadiminə, ziyalısına, tələbəsinə, hətta bazar əhlinə rast gəlinsə, onda azərbaycanlıların eyni sferada məlum milli indifferent davranışları üzürlü sayıla bilər. Amma belə nümunə mövcud olmadığından, azərbaycanlıların öz davranışlarını təshih etmək üçün uzağa getməsinə ehtiyac yoxdur. Azərbaycanlıların indiyə kimi milli varlığa, milli-mədəni inkişafa münasibətdə farslardan nümunə götürməmələri böyük təəccüb doğurur.

Ədalət naminə onu da əlavə etmək lazımdır ki, milli şüuru yüksək səviyyəyə çatmış, milli-siyasi təşkilatlar yaratmağa başlamış Cənubi azərbaycanlıların etno-milli, etno-mədəni inkişafı, demək olar ki, özünün son mərhələsinə qədəm qoymuşdur. Həmin mərhələnin mahiyyəti İran cəmiyyətinin bütün sferalarının yuxarı dairələrində təmsil olunan azərbaycanlıların azərbaycanlılaşması mərhələsidir. Həmin mərhələ başa çatdıqdan sonra milli məsələnin həlli yolunda heç bir daxili maneə qalmayacaq, İnşallah!

V.Kamal

Tac-Mahal da erməni saxtakarlığının hədəfinə çevrilir

$
0
0
Tac-Mahal da erməni saxtakarlığının hədəfinə çevrilirFaiq Ələkbərli: “Sarkisyanın Tac Mahalın tikintisində "ermənilərin rolu" ilə bağlı dedikləri cəfəngiyyatdır”

Həyat Məhərrəmova:
“Hər kəs bilir ki, bu abidə-türbəni türk memarları, ustaları inşa edib”

Ermənilərin oğru və saxtakar bir toplum olması bütün dünyaya məlumdur. Özünün mədəniyyəti, tarixi, dövləti olmayan hayların hətta əlifbaları da özlərinin deyil. Əlifba, mədəniyyət oğrusu olan haylar son dövrlər sanki planlı şəkildə dünya mədəniyyətinin elə incilərinə iddia edirlər ki, adamın nitqi tutulur. Özü də dövlət başçısı səviyyəsində görsənir bu iddialar.

Bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Hindistanda rəsmi səfərdə olarkən Hindistanın Aqra şəhərində yerləşən və dünyanın 7 möcüzəsindən biri sayılan möhtəşəm Tac Mahal memarlıq abidəsini də ziyarət edib. Abidənin gözəlliyindən “vəcdə” gələn Sarkisyan elə oradaca gülməli bir açıqlama verib. O deyib ki, Tac Mahalın inşasında erməni ustalarının da “əməyi” olub. “Memarlıq kompleksinin inşasına erməni ustaları da öz töhfəsini verib” - deyə bildirən S.Sarkisyanın açıqlaması gülməli deyil, bəs nədir?

Ümumiyyətlə, Sarkisyanın dünyanın gözü qarşısında tarixi saxtalaşdırması həm ciddi siyasi səhvdir, həm savadsızlıqdır, həm də hayların əsl xarakterini, niyyətini ortaya qoyan bir ştrixdir.
Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, S.Sarkisyan həmişə sərsəm açıqlamalarla gündəmə gəlir. O qeyd etdi ki, ermənilərə xas olan saxtakarlıq ənənəsini onların prezidentləri də davam etdirib: “Doğrudan da Sarkisyanın Tac Mahalın tikintisində "ermənilərin rolu" ilə bağlı dedikləri cəfəngiyyatdır. Ancaq bu kimi cəfəngiyyatlar dolayısı ilə erməni xalqının metis, yəni bir neçə millətdən törəməsini də ortaya qoyur. Hər halda, Sarkisyan və onun kimiləri erməni xalqını qədimləşdirərkən məcburən digər xalqların, xüsusilə də türklərin əməklərini özününküləşdirirlər. Bu da, dolayısı ilə, indi erməni xalqı adlanan xalqın formalaşmasında türklərin rolunun təsdiqidir. Əgər Tac Mahalın tikintisində türk memarlar iştirak ediblərsə, ancaq Sarkisyan və onun kimilər bunu indiki erməni xalqının adına çıxırlarsa, nəticə etibarilə, ermənilərin etnik mənşə probleminin olması öz təsdiqini tapmış olur. Bir sözlə, az-çox tarixlə, etnoqrafiya ilə məşğul olanlara bəllidir ki, indiki erməni xalqı deyilən xalq bir neçə millətin (türk, fars, rum, yunan və s.) qarışığından ortaya çıxıb. Ona görə də indi erməni xalqının başçılarının, ya da ideoloqlarının həmin xalqlara, o cümlədən türklərə aid torpaqları, abidələri, adət-ənənələri mənimsəmək istəkləri haradasa başadüşüləndir. Ancaq erməni xalqı və onun başçılarl bilmləlidirlər ki, bu cür metis xalqların gələcəyi yoxdur. Bu anlamda erməni xalqı və onun başçıları bu cür cəfəngiyyatlarla ömürlərini uzatmağa çalışsalar da, boş və mənasızıdr. Çox da uzaq olmayan bir zamanda erməni xalqı kimi metis xalqlar tarixin arxivinə atılacaq”.

Tarixçi Həyat Məhərrəmova da həmkarının fikirlərinə şərik oldu. O da bildirdi ki, dünya mədəniyyətinin nadir inciləri sayılan nə varsa, ermənilərin hamısında gözü var. Tac Mahal abidəsinin tikilməsində “erməni usta”larının əməyi olduğunun dilə gətirilməsinin siyasi savadsızlıq və tarixi saxtalaşdırmaq olduğunu deyən H.Məhərrəmovanın sözlərinə görə, bütün dünya bilir ki, dünyanın 7-ci möcüzəsi sayılan Tac Mahalı Təbrizdən gətirilən türk memarları yaradıb və bu tikili dünyanın ən gözəl, ən möhtəşəm türbəsidir: “Sarkisyanın sərsəmləməsinin ardı-arası kəsilmək bilmir. Azərbaycan torpaqlarına, mədəniyyətinə, mənəvi dəyərlərinə iddia etməkdən doymayıb, indi də Tac Mahalın tikintisində erməni ustalarının iştirak etdiyini deyir. Hər kəs bilir ki, bu abidə-türbəni türk memarları, ustaları inşa edib. Buna erməni əli qatmaq gülüncdür. Erməni o dövrdə mədəniyyətin nə olduğunu bilirdi ki, nə isə tikə də?! Məlumdur ki, Cahan şahın arvadı Ərcümənd Banu zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox sevilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı. Cahan şah ona hələ 16 yaşında ikən aşiq olmuş, evlənmək üçün 5 il gözləmişdi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü. Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat etdi. Cahan şah sevimli həyat yoldaşının xatirəsini əbədiləşdirmək üçün Tac Mahalı ucaltdı. Tac Mahalın tikintisinə 1631-ci ildə başlanıb və 1650-ci ildə başa çatdırılıb. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst qatdadır. Qübbənin altında olan bu tabutlarda mərmər oymaçılığının ən gözəl nümunələri görünür. Tabutların olduğu yerdə insan ağzından çıxan hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir.

Tac Mahal haqqında daha ətraflı danışmaq olar, amma hər kəsin məlumatı olduğu bu abidə haqqında çox danışmaq istəmirəm. Bu abidə türk ustalarının yaratdığı incidir və tarixə də belə düşüb. Burada erməni izi yoxdur, ola da bilməz. Ermənilərin cəfəngiyyatı hələ dünyanı onların üstünə çox güldürəcək. Erməni tarixçilərinin özləri bu cəfəngiyyatları onsuz da etiraf edirlər”.
Ermənilərin bitib-tükənməyən cəfəng iddiaları onların özlərini aldatmasından başqa bir şey deyil. Sarkisyan Tac Mahalın inşasında “erməni ustalarının rolu olub” deməklə kifayətlənib, yaxşı ki, “Tac Mahal da ermənilərindir” deməyib...
İradə SARIYEVA

Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi..

$
0
0
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi..1.Yazı


1920-ci ilin aprelin 27-də Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə işğalçı Sovet Rusiyası tərəfindən son qoyuldu. Azərbaycan türk cəmiyyətinin yaddaşında uzun illər unutulmaz iz qoyan bu mənfur hadisədən sonra bir çox vətən övladları, o cümlədən ölkənin ziyalı təbəqəsinin xeyli qismi doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Beləliklə, 1920-1991-ci ilərdə vətəndən kənarda Azərbaycan Türk mühacirlərinin ziyalı təbəqəsi (M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.B.Məmmədzadə və b.) tərəfindən Azərbaycan mühacirət ictimai-siyasi və fəlsəfi ədəbiyyatı yarandı. Azərbaycan Türk ziyalı mühacirləri ictimai-siyasi və fəlsəfi yaradıcılıqlarını isə Türkiyə, Fransa, Almaniya, Polşa, Rumınya və başqa ölkələrdə ortaya qoymuşlar. 

Qeyd edək ki, 1919-cu ildə Paris sülh konfransına getmiş nümayəndə heyətinin üzvləri - Ə.Topçubaşov, M.Mehdiyev, C.Hacıbəyli, M.Məhərrəmov, Ə.Şeyxülislamov, A.Ataməlibəyov Avropada qalmışdılar. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalını beynəlxalq aləmə çatdırmaq üçün əllərindən gələni edən bu vətənpərvər ziyalılar, 1920-ci il sentyabrın 8-də Millətlər Cəmiyyətinə müraciət də etmişlər. Həmin müraciətdə yazılır: «1920-ci ilin aprelində rus bolşevikləri Azərbaycanı istila etdi və qeyri-bərabər hərbdən sonra Qızıl Ordu məmləkəti əsgəri işğal altına aldı. O vaxtdan bəri Azərbaycanda üsyanlar davam edir... Millətlər Cəmiyyəti Ali Məclisinin Azərbaycan millətinə və onun haqlı tələblərinə mənəvi himayə göstərəcəyinə ümid edirik».

Azərbaycan Cümhuriyyətinin liderlərinin biri qrupu – Həsən Ağayev, Fətəli xan Xoyski, Mustafa Vəkilov, Şəfi Rüstəmbəyli, Nağı Şeyxzamanlı və b. isə 1920-ci il aprelin ortalarında Zaqafqaziya Respublikalarını konfransında iştirak etmək üçün Gürcüstana getmişdilər. Vətənə qayıda bilməyən və Azərbaycan Qurtuluş Komitəsini təşkil edən ilk mühacirlərimiz, parlamentin sədr müavini H.Ağayevin imzası ilə işağlçılığa qarşı etiraz bəyannaməsi yaymışdılar. 1920-ci ilin iyununda F.Xoyski, H.Ağayev Tiflisdə, N.Yyusifbəyli Kürdəmirdə ya da başqa bir məkanda erməni-daşnak və rus-bolşevik terrorunun qurbanı oldu. Gürcüstan sovetləşəndən sonra buradakı azərbaycanlı mühacirlər Türkiyəyə üz tutdular və burada məskunlaşdılar. 

1922-ci ilin sonlarında M.Ə.Rəsulzadə Moskva sürgünündən qurtularaq İstanbula gələndə, burada azərbaycanlı mühacirlər arasında bir dağınıqlıq, pərakəndəlik vardı. Hətta mühacirlər arasındakı fikir ayrılığı nəticəsində Azərbaycanın İstanbuldakı konsulluqu bağlanmışdı. Azərbaycanlı mühacirləri bir yerə toplamaq, vahid təşkilat ətrafında birləşdirmək lazım idi. Bu vəzifəni öz üzərinə götürən M.Ə.Rəsulzadə 1923-cü ildə Azərbaycan Milli Mərkəzi təşkil edib, müsavatçı olan-olmayan mühacirləri bu təşkilat ətrafında birləşdirdi. Qısa bir müddətdən sonra, mühacir ziyalıların bütün Sovetlər Birliyini həyəcana gətirən «Yeni Qafqasiya» jurnalı nəşr olundu. Bununla da Türkiyə Azərbaycan türk mühacirlərinin məskunlaşdıqları əsas ölkəyə çevrildi. 

Xüsusilə, qeyd edə bilərik ki, bəzi istisnaları nəzərə almasaq bütün dövrlərdə mühacirətdə olan Azərbaycan ziyalılarının ictimai-siyasi və fəlsəfi yaradıcılıqları üçün ən geniş şərait Türkiyədə yaradılmışdı. Şübhəsiz, buna başlıca səbəb Türkiyə və Azərbaycan türklərinin eyni soykökə, dilə, dinə, mədəniyyətə, adət-ənənələrə və s. sahib olmaları idi. Bu baxımdan mühacir Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılıqlarında Türkiyə önəmli bir yer tutmuşdu.

Yeri gəlmişkən, Azərbaycan türk ziyalılarından bir qismi (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b.) çar Rusiyası dövründə, yəni 1910-cu illərdə Türkiyəyə mühacirət etmiş, burada ictimai-siyasi və fəlsəfi yaradıcılıqla məşğul olmuşlar. Hətta onlardan bəziləri, yəni Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və b. bu dövrdə həm Türkiyədə, həm də Avropanın müxtəlif mərkəzlərində vətənlərinin çar Rusiyası əsarətindən qurtuluşu üçün Qafqazın digər millətləri ilə birlikdə fəaliyyət göstərmişlər. Belə ki, onlar tanınmış ictimai-siyasi xadim, ziyalı Yusif Akçuraoğlu tərəfindən yaradılmış «Rusiya məhkumu türk-tatarların haqqını müdafiə komitəsi»nin üzvləri kimi dünyanın diqqətini bu bölgəyə, o cümlədən Qafqaza yönəltməyə səy göstərmişlər. Bu məsələ ilə bağlı tanınmış mühacir ziyalılarımıdan M.B.Məməmdzadə yazır: «Hüseynzadə Əli bəylə birlikdə Ə.Ağaoğlunun hərbi-ümumidə İsveçrədə Qafqaz türklüyü naminə çalışdığı məlumdur. Bu iki azəri türkü vətənlərinin xilası üçün Avropa dövlətlərinə muxtıralar (ərizələr) verib Qafqaz türklərinin həqiqi vəziyyətini aydınlaşdırmağa çalışırdılar».

Bu baxımdan 27 Aprel işğalından öncə Azərbaycandan mühacirət edənlər artıq Türkiyədə və Avropada Azərbaycan türklərinin ədəbiyyatını, fəlsəfəsini, mədəniyyətini və s. müəyyən şəkildə ifadə etmişdilər. Ancaq 27 Aprel işğalına qədər Türkiyə və başqa dövlətlər Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, fəlsəfəsi və s. ilə bir o qədər yaxından tanış ola bilməmişdilər. Buna səbəb Azərbaycan Cümhuriyyətinin qısa müstəqillik tarixi, yəni özünü dünya dövlətlərinə yenicə tanıtdıran bir ölkənin müstəqilliyinə işğalçı qonşusu-Rusiya tərəfindən son qoyulması olmuşdur. Bununla da dünya dövlətləri, o cümlədən Qərb ölkələri və onların insanları Azərbaycan mədəniyyəti, fəlsəfəsi, tarixi, ədəbiyyatı və s. ilə yetərincə tanış olmaqdan məhrum olmuşlar.

Bu baxımdan 27 Aprel işğalı Azərbaycan mühacir mütəfəkkirlərinin çiyinlərinə ikiqat ağır bir yük qoymuşdur. Onlar bir tərəfdən Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və azadlığı, digər tərəfdən Azərbaycan fəlsəfəsinin, tarixinin, mədəniyyətinin və s. təbliği uğrunda mübarizə aparmışlar. Şübhəsiz, bu iki məsələ bir-birilə son dərəcə də bağlı idi. Azərbaycan türk ziyalılarının bu ölkənin keçmişdə ayrıca bir mədəniyyətə, fəlsəfəyə, tarixə, ədəbiyyata və s. malik olduğunu təbliğ etməkdə başlıca məqsədləri də, Azərbaycan Cümhuriyyətinin müstəqil və azad yaşamasının təbii bir haqqı olduğunu sübuta yetirmək idi. Onlar yaxşı anlayırdılar ki, bu ölkənin tarixini, mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını və s. dünya dövlətlərinə tanıtdırmala Azərbaycan Cümhuriyyətinin müstəqillik inancını bir qədər də möhkəmləndirmiş olarlar. 

Yuxarda da qeyd etdiyimiz kimi, 1920-ci il 27 aprel işğalından sonra, ümumiyyətlə Sovetlər Birliyi dönəmindəki 70 il ərzində Azərbaycan mühacir ziyalılarının ən çox məskunlaşdıqları ölkələrdən biri Türkiyə olmuşdu. Mühacir ziyalılar 1920-1940-cı illərdə Türkiyədə, eləcə də Avopanın bəzi ölkələrində (Almaniya, Fransa, Polşa vəb.) Azərbaycan ədəbiyyatına, tarixinə, fəlsəfəsinə, mədəniyyətinə, siyasətinə və s. dair böyük bir irs qoyub getmişlər. Onların bu irsi çoxşaxəli olduğu qədər də, mürəkkəb xarakter daşıyır. Belə ki, mühacir ziyalıların irsində az qala Azərbaycanın bütün sahələrinə, yəni tarix, ədəbiyyat, fəlsəfə, mədəniyyət, dilçilik, siyasi tarix və s. aid əsərlərə rast gəlmək mümkündür. Buna başlıca səbəb də onların irsinin Azərbaycanın müstəqillik amalı ilə birbaşa bağlı olması idi.

Ümumiyyətlə, Azərbaycan Türk mühacir ziyalılarının fəlsəfi irslərini iki istiqamətdə: 1) Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda apardıqları ictimai-siyasi fəaliyyət; 2) Azərbaycan Türk ədəbiyyatı, tarixi, fəlsəfəsi və mədəniyyətinə  dair ortaya qoyduqları əsərlər əsasında araşdırmaq daha məqsədə uyğun olardı. Yuxarıda da qeyd etdiyimiz kimi, əslində mühacir ziyalıların ədəbiyyat, mədəniyyət, tarix və s. aid ortaya qoyduqları mədəni-fəlsəfi irs, ilk növbədə ictimai-siyasi fəaliyyətin tərkib hissəsi, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizənin ünsürləri olmuşdur. Ancaq bütün hallarda, mühacir ziyalılarımız Azərbaycan mədəniyyətinə, tarixinə, fəlsəfəsinə, ədəbiyyatına və s. böyük töhfələr vermişlər. Bütün bunlar, yəni mühacir ziyalılarımızın fəlsəfi irsi öz əksini Türkiyə, Almaniya, Polşa, Rumıniya və b. ölkələrdə nəşr olunan qəzet-jurnallarda, eyni zamanda həmin mütəfəkkirlərin müəllifləri olduqları ayrı-ayrı əsərlərdə öz əksini tapmışdır. 

1920-ci illərin əvvəllərindən Türkiyədə məskunlaşan mühacir ziyalılarımızdan xeyli bir qismi Məhəmməd Əmin Rəsulzadə, Xəlil Xasməmmədov, Əhməd Cəfəroğlu, Abbasqulu Kazımzadə, Əkbərağa Şeyxülislamov, Mirzə Bala Məmmədzadə, Mustafa Vəkilli, Hüseyn Baykara, Şəfibəy Rüstəmbəyli, Məmməd Sadıq Aran, Nağı Şeyxzamanlı və başqaları ictimai-siyasi və mədəni-fəlsəfi yaradıcılaqlarını əsasən, İstanbulda işıq üzü görən «Yeni Qafqasiya» (1923-1927), «Azəri Türk» (1928-1931), «Odlu yurd» (1929-1931), «Bildiriş» (1930-1931) və s. kimi ictimai-siyasi, elmi-ədəbi və milliyyətçi qəzet-jurnallarda ifadə etmişlər. 

Mühacir ziyalılarımızdan Mirzə Bala Məmmədzadənin rus əsarəti altındakı bütün türklərin xaricdə çıxartdıqları ilk jurnal kimi dəyərləndirdiyi «Yeni Qafqasiya»nın (1923-1927) ana xəttini Azərbaycanın istiqlalı uğrunda mübarizə və Sovet Rusiyasını tənqid edən yazılar təşkil etsə də, burada mədəniyyət, tarix, fəlsəfə və s. dair məqalələrə də rast gəlmək mümkündür. Bu jurnalın əsas banisi M.Ə.Rəsulzadə «Yeni Qafqasiya»nın ilk sayındakı «Atəş çalan Prometey» məqaləsində yazır: «Bəhri-Xəzər sahilindən başlayan ilk mənzərə qüvvətli bir aydınlıq təşkil edirdi. Bu, səmalara doğru yüksələn bir atəş idi. Azərbaycan isminin müsəmməsini təşkil edən atəş, o atəş ki, mədəniyyəti bəşəriyyət ilk əvvəl onun yaxdığı ocaq başında təsis edilmiş. O atəşi müqəddəs ki, «promotey» özünü çalaraq, yer üzünə qaçırdığı üçün hələ əzab çəkməkdə, cəsarət və üsyanının cəzasını görməkdədir». Bu jurnalda çar olunan digər məqalələrdə də yazılırdı ki, «Yeni Qafqasiya» milliyyətçi, türkçüdür, türklərin mədəniyyət tərəflərini, mədəni əlaqələrini, mənəvi vəhdət və istiqlallarını hədəf seçmişdir. Eyni zamanda burada qeyd olunurdu ki, «Yeni Qafqasiya» yalnız azərbaycançılıq, türkçülük və qafqaziyaçılıqla qalmaz; o Şərqdəki milli istiqlal hərəkatını da dəstəkləyir, Şərq ölkələrinin radikal bir şəkildə inkişaf etməsini, müasirləşməsini istəyir. 

«Yeni Qafqasiya»da dərc olunan məqalələrdə 28 May milli istiqlal bayramı, 27 Aprel isə matəm günü kimi qeyd olunurdu. «Yeni Qafqasiya» 28 May istiqlal bayramı ilə bağlı yazır: «Azərbaycanın istiqlalçılığı Rusiya ərazisindəki Türk elləri istiqlalçılığının baryraqdarı idi. Bu etibarilə 28 May yalnız Azərbaycan istiqlalçıları nəzərində deyil, Rusiya əsəratiənə qarşı qiyam edən bütün Türk elləri nəzərində də möhtərəm bir savaş günüdür». Bu jurnalda 27 Aprel işğal günü ilə bağlı yazılır ki, bu tarixdə Azərbaycan milli hökuməti bolşevik Rusiyası tərəfindən süquta uğradılmışı, əvəzində Moskvadan idarə olunan kommunist rejiminin qurulmuşdur: «Rusiya bolşevizmi təbdili hökumət pərdəsi altında Azərbaycan Türk Cümhuriyyətini sözün bütün mənasıyla istila eylədi. Türk dostluğu və istiqlalı şüarının ulduzlu hilal arxasında hər növ hüquq və insaniyyət qanunlarını kirli çəkmələri altında tardalayan bu müstəqil qüvvət məmləkətdə nə milli, nə idari, nə də siyasi heç bir istiqlal buraxmadı. Belə zülmkar və zalım bir müdaxiləyə qarşı müxtəlif yerlərdə baş verən üsyanlar qəddar bir surətdə yatırıldı. Azərbaycan sözün tam mənasıyla qızıl qana boyandı. Bu ölkənin rəhbərləri, alimləri, müəllimləri, əsgəri komandaları, fəhlə və kəndliləri, hətta milli adət və dini müqəddəsliyinə sadiq qalan günahsız insanları belə  al qanlarına boyandı». «Yeni Qafqasiya»da nəşr olunan «Böyük faciə» məqaləsində isə 27 Aprel günü belə qiymətləndirilirdi: «Böyük faciə! İştə türk tarixçisinin bundan tam 7 il əvvəl Bakıda baş verən hadisəyə verəcəyi ən müvafiq bir isim yüz illik bir əsarət, bu dövrdə yaşanan tarixin həyat səhifələri, məhkumiyyət və əsarət!». 


Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

Ənvər paşanın polkovnik rütbəsi verdiyi Dağlı Musa kim olub?-VİDEO

$
0
0
Ənvər paşanın polkovnik rütbəsi verdiyi Dağlı Musa kim olub?-VİDEOAMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmiş (Dağlı) Musa Ələsgərovun məqaləsi yaradılıb.

Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin)əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi. O, başqa qoçular və Bakının imkanlı şəxsləri ilə birgə türk əsirlərini adadan qaçırıb öz vətəninə yola salır.



Karabakhmedia.az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

$
0
0
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısındaŞirməmməd HÜSEYNOV

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

BOLŞEVİK FİRQƏSİNDƏ QRUP QAVĞALARI

Sovet Rusiya, həyatının ən əhəmiyyətli bir dövrünü yaşıyor. Sosyalist cənnətindən doğulan - bir növ komunist adamı deye biləcəgimiz - Trotskinin də dava etdiyi vəchilə, ibtidai cığırından çıxan komunist - bolşevik firqəsini üçündən gəmirən illət artıq ölümcül əsərlərini göstəriyor.

Alma-Atadan, İstanbula atılan Trotski tərəfdarlarının bir çoxu sürülmüş, bir qismi də həbsxanalara qoyulmuşdur.

Günün müzəffər qəhrəmanı Stalindir. Fəqət bu zəfərlə o, həqiqətən də davayı qazanmışmıdır? Rusiyada görülen vəkəələr bu suala, evət, dedirdəcək mahiyətdə degildir.

Trotskizmin bərtərəf edilməsinə rəğmən, sovet mətbuatı, müxalifətə qarşı elan olunan səfərin qəti zəfərini tərif etməklə məşğuldur. Bu dəfə ise atəş sola degil, sağadır. Sağ cərəyanı temsil edən liderlərin komisarlar heyəti rəisi Rıkov ilə, icra heyeti rəisi Kalinin olduqları ötədən bəri mərufdur. Leninden sonra firqənin tanınmış bir nəzəriyyəçisi sayılan Buxarinin də müxaliflər tərəfinə keçdiyi təvatür hökmünü almışdır. Müxtəlif mənbələrdən təyid olunduğuna görə, Buxarinin Stalin əleyhinə gizli bir hərəkəti açılmış və bu üzdən “Pravda”nın baş mühərrirliyindən rəsmən olmasa da, felen istefa etmək məcburiyətində qalmışdır. Bu istefaya isə Buxarini əsəbiyətlə ağladan bir disiplin mühakiməsi təqəddüm etmiş imiş. Buxarinlə bərabər, əmələ sindikaları rəisi Tomskinin də Stalinə qarşı pozisyon aldığı xəbər veriliyor.

Məsələ nədən ibarətdir? “Yoldaşlar” niyə keçinəmiyorlar? Bolşevik oliqarşisini biri-birinə düşürən səbəb nədir?

Eyni ifadənin müxtəlif idarələrini təşkil edən bu suallara cavap verəlim:

Komunist firqəsi Rusiyada ictimai həyatilə yaşamaq haqqına malik biricik üzviyətdir. Bu vəziyətilə o, istər istəməz, məmləkətdə hüsula gələn ictimai yeni qüvvətlərin təsirinə tabedir.

Daima bu təsir altında bulunan və bundan qurtulmaq üçün, zaman-zaman, təmizləmə əməliyəsinə məruz qalan Bolşevik firqəsində ötədən bəri görülən qruplaşmalar başlıca üç istiqamət üzərində davam ediyor: sol, sağ, mərkəz!

Solların müməssili Trotskiydi; kəndisinin də qəzetələrə söylədigi kibi, onunla tərəfdarları komunist prinsiplərinə sadiq qaldıqlarını dava ediyorlar. “Daimi inqilab” (revolusiyon permanan) nəzəriyəsinin mucidi olan Trotski, zatən Leninin əskəri komunizmdən ricət edərək, yeni iqtisadi siyasətə keçmək politikasını bele tərəddüd və şübhə ilə qəbul etmişdi. Onun “səyin əskəriləşdirilməsi” (militarizasion dü travay) haqqındakı projesinə qarşı Leninin mücadile etdiyi dəxi əhlinə məlumdur. O, daxili siyasətdə köylüyə yüklənərək, əmələyi tərcih edərək, tamam bir sürətlə sənayeləşdirmə (indüstrializasiyon) siyasətini yürütmək surətilə “sosyalizasyon” əməliyəsini, heç durmadan, tətbiq etmək istədiyi kibi, xarici siyasətdə də Üçüncü İnternasyonalın daha aktiv surətdə çalışmasını tələb edər; çünki, onunca, yalnız tək bir məmləkətdə sosyalizm qurmaq qətiyyən mümkün degildir. Beynəlmiləl ixtilal mə qsədlərini ihmal ilə, sadə Sovet Rusiyanın keçici və günlük mənfəətlərini hesaba alaraq, hərəkət etmək, onunca, böyük qayəyə bir ihanət və sosyalizmə bir xəyanətdir.

Sağlar isə başqa nöqtədən nəşət edərək, tamamilə müqabil bir hədəfə doğru gəliyorlar. Onlar sözdə olmasa da, iştə Leninin yeni iqtisadi siyasət demek olan “nep” siyasətinə keçdiyini tarixi bir zərurət kibi alıyor və bu zərurəti, kapitalist cahan vəziyətinin getdikcə istiqrar peyda etdiyini təqdirlə, daha ziyadə hiss edərək, “nep”dəki kapitalist ünsürlərə daha çox qiymət və əhəmiyət veriyorlar: Onlarca köylü ile yola getməli, kiçik köylü mülkiyyətilə daha ziyadə hesablaşmalıdır. Eyni zamanda, bunlar Avropa kapitalist dövlətlərlə də qətiyətlə anlaşmayı tərvic ediyorlar. Bunlar da (o qədər sərahətlə olmasa bele) Trotski kibi, tək bir məmləkətdə sosyalizm qurmanın imkan xaricində olduğuna qanedirlər; şu qədər var ki bunların eyni görüşdən çıxardıqları nəticə başqacadır. Trotski Rusiyada sosyalizmin tamamilə vücuda gəlməsi üçün cahan ixtilalının təsirini lazım gördügü halda, bunlar biləks, cahan ixtilalının durduğuna nəzərən, Rusiyada sosyalizmin tətbiqində israr etməyib milli rus ehtiyaclarilə hesablaşmayı daha xeyirli buluyorlar.

Bu cərəyan ictimai məsnət və iqtisadi əsas etibarilə, obyektiv (afaqi) olaraq, daha qüvvətli olduğu halda sübyektiv (enfüsi) olaraq, fərzə, Trotski qədər otorite sahibi və cəsur şəxsiyyətlərə malik degildir.

Stalin tərəfindən təmsil olunan mərkəzi cərəyan isə, beynəlmiləl cahan siyasətinin təqdirində iki tərəfin də təşxis etdiyi vəziyəti qəbul etməklə bərabər, nəticədə onlardan ayrılıyor: o nə Trotskinin bir növ “ya ölüm, ya zəfər” təbiyəsini, nə də sağların köylüçülük siyasətini qəbul ediyor. Stalin “cahan ixtilalı durmuşsa - dursun, sosyalizm tək bir məmləkətdə dəxi qurula bilir” diyor. Bu formul sayəsində o, Trotskinin xitab etdiyi ortodoks komunistlərə qarşı sosyalizasyon ləffazlığını qullandığı kibi, sağların köylüçülüklərindən də istifadə ediyor. Onunca da əsas əmələdir; fəqət əmələ firqəsi, əksəriyəti köylüdən ibarət olan tək bir məmləkətdə, kapitalist dünyadan mücərrəd bir halda, sosyalizm tətbiqatına məcbur olduğundan, təbiətilə köylüyə qarşı müdara siyasətinə məcburdur.

Bu ideoloji ona gah Rusiyadakı siyasi ən real bir qüvvət təşkil edən köylü ünsürləri, gah da bir qismi komunistlər arasında hala cazibəsini qeyb etməyən ortodoks komunizm ləffazlığına qiymət verərək, köylüyə qarşı sərt davranmaq üsulunu təlqin ediyor.

Trotski Leninlə bərabər kəndisini zəfərdən zəfərə götürən əskəri komunizm dövrinə məxsus klassik taktikin davamını təqib etməyi tövsiyə edərkən, inqilabın cazib şüarlarilə kəndi kəndinə hərəkət və üsyan halında olan geniş xalq kütlələrinin şimdiki halda tamamilə əks bir ruhda olduğunu nəzərə almayan yanlış bir yoldadır. Sağların anlayışı daha real olsa da, təəzzüv və cəsarətləri son sözü söyləmək və ona görə hərəkətə keçmək üçün kafi gəlmiyor. Stalin isə mərkəzi işğal ilə gah bu, gah o tərəfi qırbaclıyaraq idareyi-məsləhət yolunu tutmuş gediyor.

Sollarla mücadilədə o, sağlarla bərabər bulunuyordu. Bu mücadilə müəyyən bir nəticəyə gəlincə, sağlarla da arası açılmşdır. Sollar əmələdən bir qisminə, sağlar da köylülərə və sovet idarəsindəki münəvver məmurlarla, “nep” məhsulu siniflərə istinad edərkən, Stalin ictimai zümrələrdən ziyadə, firqə makinasına istinad ediyor. Hali-hazırda sovet komunist firqəsilə sovet müessisələrində yapılan “təmizləmə” əməliyəsinin nəticəsində sovet müəssisələrinin “firqələşməsi” bilxassə təqib olunuyormuş. Şimdiyə qədər əksəriyətlə Rıkov tərəfdarları tərəfindən tutulmuş olan məsuliyətli sovet idarələri Stalinçilər əlinə keçiyor və bu surətlə, zatən katibi ümumi sədaqətkarları tərəfindən işğal olunmuş bulunan firqə aparatı kibi, sovet aparatı da kamilən firqədəki hakim cərəyanın əlinə keçmiş oluyor.

Şu surətlə bütün dizginləri əlinə alan diktator Rusiyayı içində bulunduğu bu günkü böhandan qurtara biləcəkmidir? Digər təbirlə əskəri komunizm dövründə olduğu kibi, kəndisindən tələb olunan “zəhərə fəzləsini” verməkdən imtina edərək, sovet seçkilərində komunist firqəsinə min dürlü müşkülat çıxaran köylülərlə, genə əskəri komunizm zamanlarını xatırladan mənzərələrə şahid olub, zəruri ehtiyaclarını təmin üçün, ərzaq vəsiqələri almaq və saatlarla sıraya durmaq məcburiyətində qalan şəhərliləri tətmin edə biləcəkmidir?

Bir sual ki cavabını bizə yaxın istiqbal verəcək və bir sual ki onun cavabı tarixdə də az degildir!

“Odlu-Yurd”, Nisan 1929, № 2

OTUZ BİR MART...

Yeni Azərbaycan tarixində fəcaətilə tanınan qanlı Bakı hadisəsinin on birinci il dönümü!.. On bir il əvvəl, rus çarlığına təvaris edən Lenin və onun komunist partisilə, başda Stepan Şaumyan, Avakyan, Lalayev, Arakelyan və s. olmaq üzrə Azəri istiqlal hərəkətini öldürmək üçün Bakıda başladıqları vəhşətin on birinci il dönümü!.. Bir il dönümü ki, onu heç bir Azəri unudamıyacaqdır. 1918-ci ildə 31 mart faciəsini təqib edən 28 mayıs elani-istiqlal günü ilə 15 eylül zəfərlərinin böyüklügünü anlamaq və yaşamaq üçün 31 mart faciəsini unutmamalıdır. Milli oyanışımız, çarlığın süqutundan sonra siyasi zəfərlərimiz, müştərək milli diləyimizin “Azərbaycan istiqlalından” ibarət oluşunun arayi-ümumiyə ilə anlaşılması, elani-istiqlal və istiqlal üçün icra edilən qanlı mücadilənin şanlı və parlaq zəfərləri bizə nə kibi qurbanlara mal olmuşdu? Bunu anlamaq üçün “otuz bir mart” kibi sadə bir sözün ifadə etdiyi fəci mənayı qavramaq lazımdır.

31 mart 1918-də, Bakının o möhtəşəm saraylarına, Azəri türkünün elm və ürfan müəssisələrinə, sənət və mədəniyət abidələrinə, cami və məktəblərinə nədən od vurularaq yandırılıyordu?

Əsrlərdən bəri min bir millətin axınına qarşı durmuş olan, Azəriliyə bir çox şairler, alimlər, mütəfəkkirlər verməsilə iftixar etdiyimiz o gözel Şirvan nədən yer ilə yeksan ediliyordu?

Azərbaycan nədən xarabazara döndəriliyordu?

Bu sorğuların cavabları aşikardır: Azəri türkünə qurtarmaq, hürriyət və istiqlal həyatına nail olmaq imkanını verməmək üçün...

Bu məqsədlə idi ki qızıl rus cahangirləri, velikorus siyasətinin daimi aləti olan erməni şovenlərilə bərabər, Azəri milli mövcudiyətini tamamilə aradan qaldırmaq üçün, 31 martda məsum yavruları, südəmər körpələri süngülərə taxıyor, əsir edərək götürdükləri qızların namuslarına qıyıyorlardı. Heç də türk olmayan Kulkanın o günlərə aid xatirələrinə görə:

“Münhəsirən türk və islamlarla məskun məhəllələrə girib əhaliyi öldürüyor, şəmşirlərlə parçalıyor, süngülərlə delik-deşik ediyor, evlərə atəş veriyor, çocuqları bu atəşlərə ataraq yaxıyor, üç-dörd günlük süd əmən çocuqları isə süngülərə taxıyorlardı”.

“Hadisatı mütəaqib toprağa gömülmüş 57 islam ölüsü bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi”.

“Öldürmədikləri qadınların saçlarını yekdigərinə bağlayaraq üryan bir halda soqaqlarda sövq və kəndilərini tüfəng dibciklərilə vuruyorlardı. Kimsəyə rəhm edilmiyordu. Çocuqlara rəhm edilmədigi kibi, ixtiyarlara da aman yoxdu. Səksən yaşlı kadınları da oldürüyor, 20-25 yaşlarında gənc gəlinlərin diri-diri divara çiviləndiyi Bakının bir çox yerlərində görünmüşdür...”

Kulka divara çivilənmiş yavrularla köpəklər tərəfindən gəmirilməkde olan çoluq-çocuqların, çocuğunu əmizdirir bir vəziyətdə yerlərə sərilən zavallı qadın ölülərinin daha bir çox fəci mənzərələr təşkil edən cinayətlərin fotoqraflarla təsbit olunmuş canxüraş vəqələrindən də bəhs ediyor...

Və bütün bunlar istiqlala doğru geden Azəri milli hərəkətindən qorxan və bu hərəkəti daha ibtidasında qanlarda boğmaq üçün qeyri-insani vəhşətlərə müraciət edən qızıl Moskvanın qanlı siyasətini bizə xatırlatmaqdadır. Bir siyasət ki - şu və ya bu şəkildə - şimdi də davam etməkdədir...

Millətimizin və yurdumuzun sinəsində izləri heç bir zaman unudulmayacaq dərin yaralar açan otuz bir mart faciəsini, o faciənin ifadə etdiyi mənayı, o günün qəhrəmanlarını, şəhidlərini, məzlumlarını və qanlı müsəbbiblərini daimən xatırlamalıdır. Onlar daimən xatırlanmalıdır ki, milli mövcudiyətimizin, milli hüriyət və istiqlalımızın tarixi düşmənlərinə qarşı bəslədigimiz kin və intiqam duyğularımız daimi və əbədi olsun!..

M.B.Məmmədzadə
”Odlu-Yurd”, 1929, № 2

ZƏFƏR İMANINDIR

Millətləri, fərdlərin məhdud ömürlərini dolduran əndişələrdə həbs etmək, talelərini fərdlərin müqəddirlərinə nisbətlə mütaliə eləmək ağır bir xətadır. Fərdlər mənsub bulunduqları ictimai heyətlərin arzu və entiyaclarını kəndi dar röyət sahələrindən tədqiq etmək istədikləri təqdirdə böylə bir xətaya düşəcəklərdir. Fərdi mütləq surətdə cəmiyyətin əsiri yapan bir iddianı iltizama məcbur olmaqsızın təbii mövqeində tanımaq mümkün və lazımdır. Millətlərin ədəmi məfhumuna daima yabançı qalan mövcudiyyətlərini fərdi iqtidarların təəllüq edə biləcəkləri imkan zəminlərində təsəvvür eləyənlər tarixdən məna çıxarmayacaqlardır. Dalğaların daimi hərəkətləri dəniz namini verdiyimiz həqiqətin içinə qonulmadıqca izah edilmiş olamaz. Dəniz məfhumundan təcrid edilmiş təməvvüc fikrinin şənində yeri yoxdur. Böyük su kütləsinin təbii səbəblərlə husüla gətirdiyi mütəhəvvil qərarsız mənzərələr mahiyyətini dəyişdirməz. Dəniz sakin olsun-olmasın, kəndi-kəndisinin eynidir. Dalğaların bir anə münhəsir mövcudiyyətləri tarixinin qismətində başlar və xitam bulur, dəniz isə o qısa ömürlü mövcudiyyətlərin zühur və zavalı fövqündə paydar qalır. Bu bədihə məələsəf həyatın bir çox səfhələrində bəzi bədbinlər tərəfindən qolayca inkar olunuyor. Fərdlərin tarixçələrindən çıxarılan qiyməti məşkük qənaətlər millətlərin müqəddəratı düşünülərkən, yəsi haqlı göstərən movciz bir dəlil ki ortaya atılıyor!..

İctimai heyətlərin, hətta fərdlərin iqtidarlarını yapa biləcəkləri işləri təxminə təşəbbüs elədiyimiz zaman qaba bir mexaniki tələqqisindən gələcək təhlükələrə qarşı müstəqiz davranmalıyız. Aləmi mexaniki bir izaha bağlamaq, təkamülün vücuda gətirdiyi əsərləri anlamaq xüsusunda qaidəsi mühəqqəq olan bir üsuli-mümkünat sahəsinə təcavüz etdirməkdir. Hər nə qədər müstəhasələr vaxtı ilə yaşamış heyvanlara aid bəqiyyələr isə də, bu bəqiyyələrin tədqiqində müvəffəqiyyət verən üsulun canlılarını tanımağa tamamilə kafi gələcəyi zənn edilməməlidir. Zəka canlıyı və sürurətini anlamaq iştiyaqını bəsləyənlər üçün naqis bir alətdir. Təkamülün sirrinə irişmək arzusunu duyanlar kəndilərini daha tam bir idraka məzhər edəcək bir hədsə müraciət eləmək məcburiyyətindədirlər. Bu hədsə kəmiyyətləri və əmsalların məntiq ilə təsərrüf ediləməz. Ona ancaq müstəsna bir qabiliyyətdə doğanlar sahib ola bilir. Böyük dühalar vüsta səviyyəni keçəmiyən dəmağların mənfi bir hökm verib duraqladıqları nöqtəyi aşmaq xüsusunda hüququ bir hədsə malikdirlər. Bundan dolayı yəsin məşum yolunu onların hizmələri imkanlara hamilə bulunan istiqbala mütəvəcceh günəşlərini qaraltmaz. Yəs yalnız dar bir röyət sahəsinə qapanan və bu sahənin üfüqlərini imkanın hüdudları kimi tanıyan zehnlərə müsəllət olur.

Fəlsəfənin aldığı son istiqamət məntiq qaidələrinin, həyatın tərkiblərini və sirurətini qavramağa kafi gəlməyəcəyini göstəriyor. Canlı məxluqların talelərini təyin edən həmlə kəndi bünyələrindən fışqırmaqdadır. Həyatın yaradıcı axışını tutmaq ibdaqar həmləsinin vəchəsini sezmək istədiyiniz vaxt həndəsi nisbətlərə sövkənənə qədər təbiətdən qurtulmaq, xüsusi bir görüşə malik bulunmaq iztirabındayız. Zira həyat qüvvətlər kimi təhlillərlə anlaşılamaz. Həyatın fəlsəfəsi, ona ayrı bir məfhum halında təsərrüf edilmədikcə yapılamaz.

Tarix maddəyi həyatın fövqünə keçirənlərin cəzalarını məbzulən qeyd eləməkdədir. Mücadiləçi qüvvətlərin müstəqbəl talelərini kəşf etmək istədiyimiz təqdirdə yaşamaq hərslərini, var olmaq qayəsi uğrunda duyduqları imanlarını unutmamalıyız. Heç bir zaman maddi təfəvvüqlər, zəfərin kafi bir vasitəsi deyildir. Kəmiyyət nisbətləri yanında keyfiyyət məsələsinin ehmallı qeyri-qabil bir mövqei vardır. Həyata iman imkanı vüque-qəlb eləmək üçün sərf olunan cəhdləri artırıcı bir iksirdir. İman məfkurələrə yaradıcı qüdrətlərini verir. Dini, milli məfkurələrin sərgüzəştləri bu həqiqətin parlaq dəlillərini ibraz eləməkdədir!

Silahsız, pərişan, israilliləri əsarət zəncirlərinə yenidən bağlamaq üzrə təqibə qalxan Firovunu və ordusunu Musanın imanı boğdu, Süleymanın möhtəşəm səltənətini yenə Musanın məfkurəsi vücuda gətirdi. Məğrur Roma imperatorluğunun əsərlərli uğultuları ilə sağırlaşdıran inhidamını məzlum İsanın atəşin nəfsi hazırladı. Qılınclarını bellərinə ağac lifindən yapılmış asqılarla taxan çöl süvariləri qədim mədəniyyətlərin inqazi üstündə qurulmuş taxtları Məhəmmədin verdiyi iman sayəsində devirdilər. Ədədləri milyonları aşan əhli-səlibin qızğın dalğaları islamiyyət məfkurəsinin ahənin səddinə çarparaq qırıldı. Müstəbid kralları, ordularının təhdidlərinə rəğmən, ədalət silahlarına çöndərən ixtilallar qüdrətlərini imanlarından aldılar. İmkanları təhəqqüq etdirən həyat həmləsinin sirrinə nüfuz və onun bəxş elədiyi imana hörmət eləmiyənlər hər zaman möcüzə saymaq məcburiyyətində qaldıqları aqibətlərə uğramışlardır.

Anadolu mücahidələrinin başlanğıcında millətlərin müqəddəratını bəsit bir müadilədən ibarət görən incə “ağıllı!”lar tarixi bir cənnətdən bəhs etmişlərdi. Fəqət tarix əsl məcnunların kəndisini yapan həmləyi, bu həmləyə imanı anlamayanların olduğunu pək çabuq isbat etdi. Mustafa Kamalın dühası maddi təfəvvüqlərə aldanan canlı qüvvətlərin əhəmiyyətini hesaba qatmayan siyasiləri xüsrana və xəcalətə uğratdı. Düşməninə nəzərən maddi təfəvvüq vasitələrindən məhrum bir ordu, qasibləri, ancaq dahinin qəhrəman ruhundan məşərin şüuruna keçən iman ilə “vətənin hərim ismətində” boğdu.

Müqəddəs haqların istirdadını istehdaf eləyən bir məfkurənin təhəqqüqünə çalışmış, zəfər pərisinin kəndisini istəməsini bilənlərə gülümsəyəcəyini məsud günə sarsılmaz bir qənaətlə intizar etmək kənarından məzlumların qanı sızan bir cərihənin tədavü ediləcəyinə inanmaq hədəfinə varacaq bir yola girmiş bulunmaqdır. Zira böylə bir iman içi boş bir hüsni-niyyətdən ibarət deyil, həqiqət olan milli bir mövcüdiyyətin qəvanininə, onu tarixin səhnəsinə çıxaracaq həyat həmləsinin qüdrətinə haqlı bir etimaddır. Cəmiyyətlərin müqəddaratını tərsim eləyən tarixi seyr, keyfiyyətin kəmiyyətə, həyatın maddəyə, məfkurənin vaqeəyə, imanın nömidiyə, hurriyyətin zərurətə qələbəsini göstəriyor. İman bir qüvvətdir ki, onunla ən ənud qələlərin, ən şədid müqavimətlərin yıxılması mümkün olmuşdur. Həqq, iştə böylə bir qüvvətindir.

Bu gün 27 nisan iztirabı ilə sızlayan qəlblər istiqbalın parlaq günəşinə inanıyor. Qafqasiyadakı vətən parçasının səmasını qaplayan buludların dağılacağından, mavi, al, yaşıl yavru bayrağın zəfər avazələri üstündə yenə dalğalanacağından qətiyyətən şübhələnmiyor. Heç bir məntiq, məquliyyət pərdəsinə börünən heç bir fikir, həyatın pək çox mücərrəd dəsturləri, hökmləri təkzib eləyən gur səsindən qüvvətli olamaz. Zəfər kəmiyyət təfəvvüqünü güvənənlərdən ziyadə kəndisinə inananları arar. Həqiqi həyat bulacaqlar, həyatın və təkamülün zərurət büllurlarını çatladan, ən sərt maddi kütlələrini parçalayaraq ibdakar axışına davam eləyən həmləsinə inananlar olacaqdır. Bu ilahi həmləyə iman edən, əsarət zəncirlərinin şaqırtısına təhəmmül edəməyərək ruhlarında sönməz bir istiqlal atəşi tutuşduran möminlər üçün əsla xüsran müqəddər deyildir.

Darülfünun fəlsəfə zümrəsi tələbəsindən

Nicati

“Yeni Qafqasiya” məcmuəsi,

27 nisan 1927, №10

Röyət - görüş
Mütəhəvvir - dəyişiklik
Yəs - ümidsizlik
Bəqiyyə - qalıq
Hədsa - ehtimal
Vüsta - orta
Dimaq - beyin
Məşum - uğursuz
Məsəllət - ələ keçirilmiş
İbdakar - yaradanlar
Müstəqbəl - keçmiş
İnhidam - xaraba qoymaq
Ahən - dəmir
Müadilə - tənlik
İstirdad - geri qaytarılmaq
Cərihə - yara

MƏŞUM BİR XATİRƏ “NƏRƏYƏ GEDİYORUZ?!.”

“Qafqasiyada qan olacaq,
Tarixlərə şan olacaq!
Bu yerlərdə Moskov deyil,ğ
Azərbaycan xan olacaq!
Azərbaycan xan olacaq... olacaq!..”

şərqisini tərənnüm edən musiqi bandosunu təqibən “tarap-tarap, tarap...” - deyə müntəzəm addımlarla bir taqım keçiyordu. Bu mənzərəni Qarabağın şirin qəsəbəsi Ağdamın geniş caddəyə nazir bir otelli pəncərəsindən seyr ediyordum. Cavanşir alayına mənsub bu taqımın önündə tanıdığım zabitləri gördüm. Bunlar hərbi-ümumi əsnasında ruslar tərəfindən məşhur Nargin adasına nəf edilmiş ikən, azərilər tərəfindən qaçırılandan sonra Milli Azərbaycan hökumətinin xidmətinə girmiş türkiyəli əliheydər, Mustafa Fəhmi, Saleh, Cəmil və Qədri bəylər idi.

Mənimlə bərabər soqaqdakı qələbələyin çıxardığı qəlğələyi seyr edən arkadaşıma:

- Nə oluyor, yahu?!. - deyə sorduğum zaman, o dərin bir köks keçirərək:

- Fəlakət gəliyor!.. - dedi.

Biz də həmən soqağa fırladıq. Qələbəliyə qarışdıq. Saat on bir idi. Hava bərraq safdı. İlk baharın sabih günəşi üfüqlərə doğru yaşıl zümrüd rəngində uzanıb gedən Qarabağ obasını yaldızlayırdı. Şu yaşıllığı bəyaz bir şərid kimi ikiyə ayıran böyük Qarabağ Şuşasının üzərində bir həftə sonra aldandığının fərqinə vararaq Şimal sürülərini bütün Qarabağdan bir gündə tərd edən şəci əsgərlər sükutla irəliləyir, istifhamkar nəzərlərlə baxışıyorlardı. Arkadaşım irəlilədi, arxadakı sıralara “arş, arş!” - deyə komanda edən əsmər üzlü korbuz çavuşa:

- Qoçağım (arslanım deməkdir), nərəyə gediyorsunuzə.. - deyə sorduğu zaman bu mübhəm vəziyyətdən heç də məmnun olmadığı sərt baxışlarında bildirən çavuş omuzlarını silkərək əli ilə iləridəki ceyran baxışlı Qarabağ atları üzərində gedən türk zabitinə işarətlə:

- Vallahi bilməm ki?!. Anadoluya yardıma gediyorlarmış. Zabitan öylə söylədi. Bizə də əmr etdilər. İstiqbal ediyoruz. Bizim Azərbaycan zabitləri iştirak etmədilər bilməm ki, həpsi də məhzundular. Anlayamiyoram ki, biz əskəriz. Çox şey bilmiyoruz ki... - dedi.

Qəsəbə xaricindəki möhtəşəm məktəb binası önündə kəsif bir toz sisi yapan qafilə ilə qarşılaşdıq. Musiqi:

“Azəri oğluyam, Qafqaz vətənim,
Atəşdən yoğrulmuş xəmirim mənim!..”

marşını çalıyordu.

Səfil sürünün bu marşa müqabilə etməsi şöylə dursun, umrunda belə deyildi. Məktəbin baxçasında yeni çiçəkdən çıxmış əriklərin üzərinə saldırmış, dallarını ac bir manda kimi qıraraq yapraqları ilə bərabər yütüyordu. Sürüyü təşkil edən səfillərin üzərlərində əlbəsə naminə bir şey yox. Paçavrlarla örtülmüş baldırları çıplaq. Silahları qırıq. Rast kəllə düyümlənmiş sicimlərlə şöylə gəlişi gözəl, ön omuzlarına asılmış. Bənizləri uçuq fərsiz gözləri uzun sənələrin aclığından çuxura düşmüş. Şimalın soyuq və vəhşi yuvalarından sırf ac qarınlarını doydurmaq hərsi ilə axıb gələn şu səfalət sürüsü qılıq qiyafətləri və qorxunc simaları ilə xortlaqları andıran bir əcubeyi-xilqət təmsil ediyorlardı.

Şu “Xəlil Paşa ordusunu” seyrə gələn qadınlardan biri üçündən gələn bir küfr ilə:

Yolu yumulmuşlar pis murdar uruslar yenə hardan gəldilər?! Bunların pis üzlərindən ancaq qurtulmuşduq. İlahi, görüm bunlar qara geysinlər! - deyə birdən bir ovuc torpaq götürərək göyə sovurdu.

- Allahımdan dilərəm bunlar məhv olsunlar - dedi.

Səfil qafilənin komandanı skeletə bənzəyən qoca bir Sibir beygiri üzərində doğrularaq yəhudi şiyvəsiylə rusca:

- Tovariş! Biz sizə hürriyyət gətirdik! əsarətdən xilas etdik. Yaşasın Qızıl Ordu! - dedi.

“Parlaq” nitqinin alqışlanacağını ümid etməsinə rəğmən bir çit belə yox. Müstəqbəlin susmuş, heyrətlə yekdigərinin üzünə istefhamkar nəzərlə ətf etməkdə:

Bunlarmı? Anadoluya yardımmı? əcəba?! Nə oluyoruz? Nərəyə gediyoruz?..

İştə hər kəsin ağzından çıxan heyrətli suallar!..

lll

Bir həftə, əvət tam həftəsi belə keçmədən iğfal olunduqlarının fərqinə varan Qarabağ səkənəsi qızıl kəsvəyə bürünərək Anadoluya yardıma deyil, cənnət kimi yaşıl obaları istilaya gələn bu mənfur ruslara qarşı kükrəyərək ayaqlanmış və bunların minlərcə murdar leşlərinin qara topraqlara sərdikdən sonra bəqiyyə-tüsseyfini də bir çaqqal sürüsü kimi Yevlax stansiyasına qədər sıxışdırmış və tərk-silah etdirmişdi.

Nə yazıq ki, mənhus tale burada da tərs üzünü göstərdi. Gəncə üsyanından sonra Qarabağ üsyanı da zahirən basdırıldı. Lakin üçün-üçün alovlanan atəş sönməmiş. Üsyan hala da şu və ya bu şəkillərdə davam etməkdədir.

Azərbaycanda istiqlal fikri, ideal eşqi “Çeka” məzalimlərinin deyil, ən qüvvətli topların belə yıxamayaçağı müstəhkəm qalalardan daha mətindir. 27 nisan fəlakəti Azərbaycanda aslanlar doğurmuşdur. Azərilərin əməl və mütalibi uğrunda şimdiyədək ixtiyar etmiş olduqları və minbədə işbu müqəddəs məfkurələr naminə ixtiyarına amadə bulunduqları fədakarlıqlar əqllərə heyrət verəcək dərəcədə böyükdür. Müddəamızı isbat üçün üsyanları, tokülən qanları bir tərəfə buraxaraq, Sibiriyanın buzlu çöllərində “ah vətən” deyə vərəmləyən gənclərdə deyil, işgəncələrə düçar olan gənc qızları göstərmək kafidir, zənnindəyəm! əvət, möhtərəm qare bu müqəddəs qəzayə bizzat iştirak etmiş aciz bir fərd sifəti ilə hasil etdiyim qənaəti söyləyirəm: bu qəyir mücahidlərin sərih istiqlal davalarının təhqiqinə doğru sövq təbiətlə yürüdükləri yollar onların şəşəə imanı ilə işıqlanmış və bu nur ilə məqsədə doğru mətanətlə irəliləyirlər.

- Yaşasın mücadilə!

Sənan
“Yeni Qafqasiya” məcmuəsi, 27 nisan 1927, №10

Bando - orkestr
Bərraq - işıqlı
İstefhamkar - sorğu-suallı
Dal - budaq
Paçavar - şalvar balaqları
Səkənə - sakin
Bəqiyyə-tüsseyfin - tör-töküntü

(Ardı var)

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

$
0
0
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Azərbaycan Cümhuriyyəti ordusunun Türkiyəyə mühacirət edən zabitləri seriyasından bu dəfəki qəhrəmanımız, 1918 – 1922 – ci illərdə öncə Azərbaycanın, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda savaşaraq, Türkiyənin qurtuluşunda və Türkiyə ordusunun inkişafında böyük xidmətlər göstərmiş bir insan, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd bəy Ağpoladdır.

İstiqlal savaşçısının izi ilə

1920– ci ildə Türkiyəyə mühacirət edərək orada Qurtuluş savaşına qatılan Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri haqqında araşdırma apararkən, Məmməd Ağpoladın adı bir neçə qaynaqda qarşıma çıxmışdı. Lakin onun haqqında əldə edə bildiyim yeganə bilgi “Cümhuriyyət” qəzetinin 28 mart 1951 – ci il tarixdə çıxan sayında Məmməd bəyin oğlu Orxan Ağpoladın Koreya savaşında olduğu zaman atasına yazdığı qısa məzmunlu məktubdan ibarət idi. İnternet üzərindən apardığım axtarış zamanı məlum oldu ki, “Azərbaycan Kültür Dərnəyinin” Türkiyədə çıxardığı “Azərbaycan” dərgisinin 1975 – ci ildə çıxan 213 – cü sayında “Emekli topçu albayı Mehmet Akpolatı kayb ettik” başlıqlı məqalə yazılıb. Dərginin həmin sayını tapmaq üçün tədqiqatçı - jurnalist Dilqəm Əhmədə müraciət etdim. Dilqəm bəy öz arxivindən “Azərbaycan” dərgisinin həmin sayında Məməd Ağpolad haqqında dərc olunan məqalənin surətini çıxararaq mənə göndərdi. Beləliklə Məmməd bəy haqqında geniş bilgilər ələ etmiş olduq. Qalırdı onun ailə üzvlərini tapmaq və əgər varsa onlardan arxiv məlumatlarını əldə etmək. Cümhuriyyət ordusunun zabitlərindən bir neçəsinin ailə üzvlərini tapsam da, Məmməd bəyin ailə üzvləri haqqında ciddi bir bilgi əldə edə bilməmişdim. Türkiyə silahlı Qüvvələrinin generalı Cahangir Bərkər (Novruzov) haqqında araşdırma apararkən, Cahangir bəyin nəvələri Ebru xanım və Bərkər bəydən Məmməd Ağpoladla qohum olduqlarını öyrəndim. Belə ki, Cahangir bəyin qızı Güngör xanım Məmməd bəyin oğlu Orxan bəylə ailə həyatı qurmuş və bu nikahdan Nur adlı qızları dünyaya gəlmişdir. Nur xanım Ebru xanım vasitəsi ilə Məmməd bəyin arxiv sənədlərinin onda olmadığını, Məmməd bəyin digər nəvəsi Murad İmredə ola biləcəyini söylədi. Murad bəyi tapıb onunla danışdım. Böyük bir həvəslə babası haqqında bütün sənədləri və ona aid bütün foto - şəkilləri toplayıb Cümhuriyyət mühacirlərindən İsmayıl Saryalın nəvəsi, prof. dr. Nuri Saryalın qızı Nilgün Saryal vasitəsi ilə mənə çatdırdı. Murad bəyin göndərdiyi çox dəyərli materialların arasında Məmməd bəyin öz əli ilə yazdığı tərcümeyi – halı, vəsiyyətnaməsi, kürəkəni Rıfat İmrənin məktubları, xeyli sayda şəkilləri və başqa müxtəlif sənədlər vardır. Bu şəkillərin arasında Cümhuriyyət ordusunun digər zabitlərindən olan general Səməd Sayqının (Rəfibəyli) , general Cahangir Bərkərin (Novruzov), polkovnik Baba Behbudun, polkovnik Aslan Berkanın, polkovnik Saleh Aksoyun, polkovnik Osman Kazakın və Cümhuriyyət dönəmində Şəki Qəzasının polis rəisi olmuş Əyyub Sayqının (Rəfibəyli) fotoşəkilləri də vardır.

Kimdir Məmməd Ağpolad?!

Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd Ağpolad, Azərbaycan Cümhuriyyəti ordusunun 1 – ci Topçu briqadasının, 1 – ci divizyonunda batareya komandiri leytenant Məmməd Rza oğlu Rzayevdir. Türkiyədə soyad qanunu çıxdıqdan sonra Ağpolad soyadını götürmüşdür. Məmməd bəy 1897– ci ildə Gəncə şəhərinə İmamalı məhəlləsində anadan olmuşdur. Gəncənin sayılıb seçilən nəsillərindən Rzayevlər nəslinə mənsub olan Məmməd bəyin atası Rza bəy, anası Şəkər xanımdır. Yunis, Binnət, Nemət adında qardaşları, Gövhər adında isə bacısı olmuşdur.

Məmməd Ağpolad öz tərcümeyi halında yazır: “1914 – cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil oldum. 1917 – ci ildə son sinifdə oxuyarkən oktyabr inqilabı zamanı çıxan qarışıqlıqlar zamanı, digər vətənsevər gənclərlə birgə könüllü olaraq hərbi xidmətə getdik. 8 ay əsgərlik etdikdən sonra 1918 – ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil oldum. 1918 – ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1 – ci Topçu Tuqayın, 1 – ci divizyonunun, 1 – ci batareyasına təyin edildim.”

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad



Qarabağ və Zəngəzur uğrunda döyüşlər

Məmməd bəy zabit namizədi olaraq hərbi xidmətə başladıqdan sonra Qarabağa göndərilir. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı Abdallar (Laçın) və Xanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edir. Döyüşlərdə göstərdiyi şücaətə görə, 1919– cu ilin mart ayının 22– də kiçik leytenant rütbəsi ilə təltif edilərək tağım komandiri vəzifəsinə təyin olunur. Həmin vaxtlar Cümhuriyyət ordusu yeni qurulmuşdu. Orduda ciddi zabit çatışmazlığı olduğu üçün xidmətdə fərqlənənlərin rütbəsi vaxtından əvvəl yüksəldilirdi. Bununla əlaqədar olaraq Avqust ayında Məmməd bəy Rzayev də, vaxtından əvvəl leytenant rütbəsinə yüksəldilərək batareya komandiri təyin olunur.

1920-ci ilin martın 21-də Novruz bayramı gecəsində erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edib Əsgəran keçidini ələ keçirərək üsyan başladırlar. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində general Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun gənc zabiti Məmməd Rzayev komandiri olduğu topçu batareyası ilə bu döyüşlərdə iştirak edir. Əsgəran bölgəsində başlanan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsiylə yekunlaşır. Əsgəran qalası ilə bərabər Qarabağın digər bölgələri də düşməndən azad edilir. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə aparmasını fürsət bilən, Rusiya hökuməti yüz minlik 11-ci Qızıl ordunu Azərbaycana yeridir. 28 aprel 1920-ci ildə Azərbaycan Qızıl ordu tərəfindən işğal olunandan sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranır. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda Azərbaycan xalqının milli mübarizəsinin əsas mərkəzi olan Gəncə şəhərində üsyan hazırlıqları gedirdi. May ayının 24-dən 25-nə keçən gecə adlarını tariximizə qızıl hərflərlə yazan Cavad bəy Şıxlınskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy Kazımbəylinin və Teymur bəy Novruzovun başçılığı ilə Gəncə üsyanı başlayır.

Məmməd bəy Rzayev əvvəlcə Gəncə üsyanında, daha sonra isə 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığıyla başlayan Qarabağ üsyanında iştirak edir. Hər iki üsyan böyük amansızlıqla yatırılır. Məmməd bəy komandiri olduğu topçu batareyasıyla birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər savaşa – savaşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayından keçib İrana daxil olurlar.

Məmməd bəy başına gələn hadisələri öz tərcümeyi – halında bu cür nəql edir: “İşğalçı bolşevik ordusu ilə aparılan savaşlardan sonra Azərbaycan birliyinin bir qismi ilə bərabər Xudafərin körpüsündən 4 səhra toplu batareyamızla İrana keçdik. Uzun bir dolaşmadan və macəradan sonra Araz çayını təkrar keçərək Naxçıvanın Ordubad qəzasına gəldik. Yol olmadığı üçün 4 səhra topunu İranda tərk etmək məcburiyyətində qaldıq. Lakin topların durbinlərini, nişangahlarını, çaxmaqlarını və bir qisim qoşqu ləvazimatlarını özümüzlə birgə gətirdik. Naxçıvanda bir depoda durbinsiz, nişangahsız, çaxmaqsız iki ədəd top tapdıq. Onları işlək hala gətirərək 11 tümənin Naxçıvanda yerləşən Veysəl bəyin komandanlığında ki, taboru ilə birgə Dəvəli və Şahtaxtıda erməni ordusu ilə savaşdıq”

Şahtaxtıda 11 tümənin 1 taborunun iki bölüyü və Məmməd bəyin komandiri olduğu topçu batareyası 2000 nəfərlik erməni silahlı qüvvələrinin şiddətli hücumuna məruz qalırlar. Qeyri bərabər keçən döyüşlərdə Türk birlikləri savaşa– savaşa geri çəkilərək Araz çayı üzərindən İrana keçmək məcburiyyətində qalırlar. Məmməd bəy öz batareyası ilə Maku üzərindən Türkiyəyə keçərək 12 iyulda Bəyazidə çatır. Özləri ilə gətirdikləri 2 səhra topunu Bəyaziddə 11 topçu alaya təhvil verərək 23 nəfər silahdaşı ilə birgə Ərzuruma doğru hərəkət edirlər. Bir həftə sonra Ərzuruma daxil olub, özləri ilə gətirikləri 18 ingilis ayğırı ilə Soyuq Cermik bölgəsində yerləşən Azərbaycan hərbi birliyinə qatılırlar. Məmməd bəylə birgə Türkiyəyə gedən 23 nəfərdən, bizə yalnız Mir Davud Seyidzadənin adı məlumdur.


Qurtuluş savaşında və Türk ordusunda xidməti

Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir süvari, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunur.
Məmməd bəy Qurtuluş savaşına Cahangir bəy Bərkərin batareyasının tərkibində tağım komandiri olaraq qatılmışdı. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Doğu Hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınması əməliyyatlarında iştirak edərək, Qurtuluş savaşının ilk zəfərlərinin qazanılmasında böyük xidmətlər göstərmişdir. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə düşmən təyyarələrini müharibə meydanından qovanlardan biri olduğu üçün komandirlərinin rəğbətini qazanmış, savaş bitikdən sonra göstərdiyi igidliklərə görə Mustafa Kamal Atatürkün imzası olan təqdirnamə ilə təltif olunmuşdu. Savaşdan sonra 1925-ci ildə “Şeyx Səid” üsyanının, 1926-cı ildə kürd aşirətlərinin başlatdığı 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı üsyanının qarşısının alınmasında iştirak etmişdir.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


1928-ci ilin avqust ayında baş leytenant (üsteğmen) rütbəsi ilə təltif olunur. Təhsilini artırmaq üçün İstanbulda Hərbi məktəbə daxil olur. 1929-cu ildə topçu məktəbindən məzun olduqdan sonra İzmirdə olan Foça Artilleriya qrupunda batareya komandiri vəzifəsinə təyin olunur. 1930 – cu ildə kapitan (yüzbaşı) rütbəsinə yüksəldilir. 1939 – cu ildə Muğlada yerləşən Topçu alayında 6 – cı batareyanın komandiri vəzifəsinə təyin edilir. 1940 – cı ildə mayor (minbaşı) rütbəsi ilə təltif olunduqan sonra Çatalcada 64– cü tümənin topçu alayının II taborunun, 1943– cü ildə 40– cı tümənin topçu alayının, 1945– ci ilin dekabr ayında Qarsda 49 – cu Topçu alayın II taborunun komandiri vəzifələrində çalışır. 1946– cı ilin avqustunda polkovnik – leytenant rütbəsinə (yarbay) yüksəldilərək Əzururmda III ordunun silah anbarının, 1948 – ci ilin iyul ayında Diyarbəkirdə 7– ci Kolordunun motorlu topçu alayının komandir müavini vəzifəsinə təyin olunur. 1949– cu ildə polkovnik (albay) rütbəsinə yüksəldilərək Diyabəkirdə Təftiş Komissiyasının başqanı təyin olunur. 1950 – ci ilin may ayında vəzifə başında olarkən infarkt keçirir. Bir müddət müalicə alıqdan sonra yenidən xidmətə qayıdır. 1950 – ci ildə Əskişəhərdə Təftiş Komissiyasının başqanı vəzifəsinə təyin edilir. Lakin səhhəti imkan vermədiyi üçün 1951 – ci ilin iyul ayında təqaüdə çıxır.


Ağpolad ailəsi

Məmməd bəy Qarsda hərbi xidmətdə olarkən Leyla xanımla tanış olur və onunla ailə həyatı qurur. Bu nikahdan onların Cəmilə və Orxan adlı övladları olur. Orxan da atası kimi hərbçi olur. 1951– ci ildə Koreya müharibəsində məşhur Kunuri döyüşündə qəhrəmanlıq göstərərən Türk tuqayının zabitlərindən biri idi. Koreya müharibəsində yaralanaraq ölkəsinə qazi kimi qayıtmış, sağaldıqdan sonra orduda xidmətini davam etirərək polkovnik rütbəsinə qədər yüksəlmişdir. Orxan bəyin qızı Nur Akpolat əczacı həkimdir, hazırda Ankarada yaşayır. Nur xanımın qızı Duyqu Körpəoğlu Amerikada yaşayır. Məmməd bəyin qızı Cəmilə xanım Rıfat İmrə adlı bir zabitlə ailə həyatı qurmuşdur. Övladları Murad və Münəvvər hazırda Ankara şəhərində yaşayırlar.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Məmməd bəyin oğlu Orxan bəy, qızı Cəmilə xanəm, kürəkəni Rıfat İmrə, həyat yoldaşı Leyla xanım, Məmməd bəy, qudası Pakizə xanım.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Məmməd Ağpoladın oğlu Orxan Ağpolad, həyat yoldaşı Güngör xanım ( Cahangir Bərkərin qızı) və qızı Nur xanımla.

49 illik ayrılıqdan sonra qardaşla bacının qovuşması

Məmməd Ağpolad Təqaüddə olduğu müddətdə Azərbaycan mühacirləri ilə sıx əlaqədə olmuş, Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində də yaxından iştirak etmişdir. Dərnəyin 1958– ci ildə silahdaşı polkovnik Yunis Xəzərlinin başqanlığında keçirilən konfransında digər bir silahdaşı, ehtiyatda olan polkovnik Baba Behbudla birgə nizam– intizam komissiyasının üzvü seçilir. Məmməd bəyin nəvəsi Murad bəy babası ilə bağlı xatirələrini danışarkən, babasının həmyerliləri ilə tez– tez görüşdüyünü, Baba Behbudun, Aslan Berkanın və digər Azərbaycanlı mühacirlərin tez-tez babası gilə qonaq gəldiyini bildirdi. Məmməd bəy belə görüşlərin birində Gəncədən olan mühacirlərdən birinin qohumunun Türkiyəyə qonaq gəldiyini, adının da Gövhər olduğunu öyrənir. Gəncədə olan qohumlarından bir xəbər almaq ümidi ilə onun görüşünə gedir. Görüş zamanı məlum olur ki, Gövhər xanım Məmməd bəyin Gəncədə olan bacısı Gövhər xanımla qonşudurlar. Məmməd bəy qardaşları Yunisin, Nemətin və Binnətin 1937 – ci il repressiyası zamanı öldürülüyü xəbərini alır. Bu xəbərə çox üzülsə də, bacısı Gövhərin sağ– salamat olmasına bir o qədər sevinir. Bacısına məktub yazıb Azərbaycana göndərir. Gövhər xanım üç qardaşını itirmişdi, Məmməd bəyin isə nə ölüsündən xəbər vardı, nə dirisindən. Həmin vaxta qədər Məmməd adlı qadaşının olduğunu gizli saxlamışdı. İllər sonra qardaşından gələn bu məktub Gövhər xanım üçün gözlənilməz olmuşdu. Bir– birini tapmağın sevinci ilə bacı və qardaş uzun illərin həsrətini sevgi sözcükləri ilə vərəqə köçürür, uzaq– uzaq diyarlarda olan doğmalardan xəbər alır, bir– birinə tez – tez məktublar yazırlar. Bir müddət sonra Məmməd bəy bacısının Türkiyəyə gəlməsi üçün Azərbaycana çağırış göndərir.

Məmməd bəyin nəvəsi Murad bəyin bizə vermiş oluğu sənədlərin arasında Gövhər xanımın qardaşına yazdığı məktublar da vardır. Həmin məktubların üzərinə yazılan ünvandan Gövhər xanımın oğlanları Arif və Akifin hazırda Gəncədə yaşayan övladlarını və nəvələrini tapa bildik.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Həmin məktublardan birinə Məmməd bəy Gövhər xanıma yazır:


“Çox sevgili bacım Gövhər və qiymətli yegənim Arif!

12.04.69 və 22.04.69 tarixli məktublarınızı dünən aldım. Bu dəfə məktublar tez gəldi. Alınca çox sevindim, xoşbəxt oldum. Allah sizləri də xoşbəxt etsin. Bura gəlməyin üçün bura aid bütün işlər tamamlandı. Inşallah çox yaxın zamanda görüşəcəyik. Akifin yazısını mən çox yaxşı oxuyuram. Sizdən teleqram gələr – gəlməz mən dərhal qarsa gedib səni sərhəddə qarşılayacam. Ümid edirəm ki, bir – iki ay içində gələ biləcəksən. Qarsdakı qohumlar da sənin yolunu gözləyirlər.

Sevgili Akif oğlum, anan bizə heç bir şey gətirməsin, hələ qramafon valı heç gətirməsin. Gömrükdə rahatsız etməsinlər. Mən ananı sərhəddə qarşılayar, dərhal sənə teleqram göndərərəm.

Ankarada Cəmiləylə çəkdiriyim şəkili göndərirəm. Orxanın şəkilini də, sonra göndərəcəm. Sevgili bacım, sən gələnə qədər biz bu yay heç hara getməyəcəyik. Sənin teleqramını gözləyəcəyik. İnşallah çox yaxın zamanda gələrsən. Bizdən çox – çox salam hamıya, qohum və qonşulara. Gözlərindən öpürəm. Hamınız Allaha əmanət olun."


Uzun müddətlik çək – çevirdən, yoxlamalardan sonra kommunist rejimi axır ki, Gövhər xanıma Türkiyəyə getməsi üçün icazə verir. Bacı və qardaş, nəhayət ki, 49 illik ayrılıqdan sonra 1969– cu ilin oktyabrında, bir payız günü Qars şəhərində, Türkiyə Sovet sərhəddində qovuşa bilirlər. Gövhər xanım Türkiyədə üç ay qalır. Türkiyədən qayıtdıqdan sonra da uzun müddət məktublaşır, bir – birindən hal - əhval tuturlar.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Məmməd bəy və Gövhər xanım Qarsdan İstanbula yola düşərkən, 1969 - cu il.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Məmməd bəy Gövhər xanım digər azərbaycanlı mühacirlərlə


Məmməd bəyin vəfatından sonra Gövhər xanım uzun müddət Məmməd bəyin qızı Cəmilə xanımla məktublaşır. Məktublardan məlum olur ki, Məmməd bəyin ölümünü ondan gizlədirlər. Nəhayət ki, Cəmilə xanım atasının ölümündən 8 il sonra Gövhər xanımı qardaşının ölümündən xəbərdar edir.

Məmməd Ağpolad 7 yanvar 1975– ci ilə vəfat edir. “Bu dünyada kimsə əbədi deyildir. İnsan dünyaya gəlir, bir müdət yaşayır, nəhayət bu dünyadan köç edir. Köç edərkən bəlkə vəsiyyət etməyə zaman qalmaz düşüncəsiylə, bəzi istəklərimi öncədən yazmağa qərar verdim” deyərək vəsiyyətnaməsində belə yazır:

“Məmləkətin hər hansı bir yerində bir səyahət sırasında ölürsəm İstanbula gətirməyə lüzum və səbəb yoxdur, zira məmləkət torpağının hər tərəfi bizimdir. Əcnəbi bir məmləkətdə ölsəm də oradakı İslam məzarlıqlarından birinə dəfn edilməyə razıyam. Çoxlu şatafat istəməm, israfa gərək yoxdur. Dinin və şəriətin əmr etdiyi şəkildə olsun kafidir.”

Doğulub boya– başa çatdığı, ata– baba yurdu olan doğma Gəncəsində dəfn olunmadıqdan sonra, dünyanın harasında olursa olsun dəfn edilməyə razı olan bu cəfakeş insan, 8 yanvar 1975– ci ildə Maltəpə camisində cənazə namazı qılındıqdan sonra, əsgəri mərasimlə böyük hörmət və ehtiramla Ankara şəhərində Cebeci Şəhidlər Xiyabanına dəfn edilmişdir.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Müəllifdən

Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti, Türkün özgürlüyü üçün savaşmış bu fədakar insanı Cümhuriyyətimizin 100 illiyi ərəfəsində, minnət və sayqıyla anır, bu yazını onun əziz ruhuna ithaf edirəm.

Unutmayaq, unutdurmayaq!


Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad










Orxan Cəbrayıl

Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar

$
0
0
Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar
Azərbaycan Cümhuriyyətinin 100 illiyinin yaxınlaşması ilə əlaqədar olaraq, “Azərbaycanca Vikipediya”da cümhuriyyətin bu günə qədər olmayan bəzi tanınmış şəxsiyyətlərinin məqalələri yaradılır və ya yarımçıq qalmış məqalələr redaktə edilir.

Haqqında Vikipediyada məqalə yaradılan belə şəxsiyyətlərdən biri də Azərbaycan Demokratik Respublikası ordusunun hərbçisi, general-mayor Feyzulla mirzə Qovanlı-Qacardır. Elnur Eltürkün Karabakhmedia.az - a verdiyi məlumata görə, onun haqqında “Azərbaycanca Vikipediya"da bir müddət əvvəl yaradılan məqalə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən əsaslı redaktə ilə genişləndirilib.

Qeyd edək ki, Azərbaycanın qəhrəman oğlu Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilib.

1899-cu ilin martın 15 leytenant rütbəsi alıb. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunub. 1903-cü ilin martın 15 qərargah rotmistri rütbəsini alır. Müxtəlif illərdə başqa yerlərdə xidmətini davam etdirən Mirzə Feyzulla Qacar 1918-ci ilin yaz və yayında Azərbaycan korpusunda xidmət edib. Azərbaycan korpusu buraxıldıqdan sonra onun hissələri yeni gəlmiş Türkiyənin 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyaları ilə Nuri Paşanın rəhbərlik etdiyi yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə qatılıb.

General-mayor Mirzə Feyzulla Qacar kavaleriya inspektoru vəzifəsinə təyin edilir. 1918-ci ilin dekabrın 23-ü Azərbaycan Demokratik Respublikasının (ADR) süvari diviziyasının komandiri təyin edilir. 1919-cu ilin yanvarın 9-u ADR-in Hərbiyyə naziri artilleriya genearlı Mehmandarovun əmri ilə Gəncə qarnizonunun komandiri təyin edilib. Məlumatlara görə, Azərbaycanın sovet işğalına uğramasından sonra və Gəncədə baş vermiş antisovet üsyanın yatırılmasından sonra Mirzə Feyzulla Qacar bolşeviklər tərəfindən güllələnib.

Qırmızı terror: cilovsuz qan çanağı

$
0
0
Qırmızı terror: cilovsuz qan çanağı

Milli mətbuatımızın banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1905-ci il dekabrın 28-də “Həyat” qəzetində dərc edilən “Rusiyada əvvəlinci türk qəzeti” sərlövhəli məqaləsində maraqlı bir məqam öz əksini tapıb.

Məqalədə H.Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin yarandığı tarixi şəraitdən, ilk mətbu orqanının nəşri zamanı üzləşdiyi çoxsaylı çətinliklərdən danışır. Bu zaman Minasov familiyalı bir erməni mürəttibini də yaddan çıxarmır. O yazır: “O vaxtda Bakıda iki basmaxana (mətbəə – red.) vardı. Onların birisində ki, Quberniski Pravleniyanın idi, bircə müsəlman hürufatını alayarımçıq düzən Minasov adlı bir erməni var idi. Onu götürdüm danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzən lazım olsa, öyrədib mənim qəzetimdə işlədər. …İyul ayına qəzetin açılmasını salmaqdan muradım o idi ki, zikr olan Minasovdan başqa, türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu gətirib yanında şagird saxladı”.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşrinə mürəttib Minasov familiyalı həmin erməni ilə başlayır və əvvəldə niyyət xoş olsa da, erməni xisləti özünü çox gözlətmir. Yanına şagird götürdüyü bacısı oğlu ilə birgə bu qəzetdən dolanan, Həsən bəydən məvacib alan Minasov “Əkinçi”dən, onun naşirindən Bakı jandarmasına çuğulluq etməyə başlayır.

“…Elə ki Dağıstanda şuluqluq başlandı, “Əkinçi”nin günü dəxi artıq qarə oldu: bir gün Nəcəf bəy Vəzirovun məqaləsi ki Moskvadan göndərmişdi, vermişdim düzməyə – deyə Həsən bəy Zərdabi xatırlayır. – Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm, təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izin vermişdi. Qəzetə çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum ordadır.

Qubernator buyurdu ki, Minasov deyir, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb paylatdı. Çünki nömrə mənim adımdan çıxmışdı, mən təvəqqe elədim ki, dəxi mənim adımdan qəzetə çıxarmasınlar” (H.Zərdabi, “Seçilmiş əsərləri”, Azərbaycan Dövlət Nəşriyyatı, 1960).

Bir çox tədqiqatçıların fikrincə, Həsən bəy Zərdabinin xatırlatdığı bu fakt burjua millətçiliyi ilə zəhərlənmiş Minasovun qəzet barəsində qubernatora yalan məlumat verməsinə işarə kimi yozulur. Əslində isə Minasovun məlum əməli sırf erməni-daşnak xislətindən irəli gəlirdi. Həsən bəy Zərdabini Bakı jandarmasına şeytanlayan Minasovun simasında bu millətçilik zəhəri Azərbaycan düşüncəsində yeni parlamağa başlayan işıqlı ömürləri söndürməyə, ictimai fikrimizi zülmətə bürüməyə can atırdı.

“Rusiyada əvvəlinci türk qəzeti” məqaləsindəki həmin xatırlatmanı böyük Zərdabi bütün dövrlərə ismarıc kimi vermiş və bədnam erməni toplumuna inamın, güvənin mümkünsüzlüyünü, onların təfəkküründə bizə qarşı nifrət zəhərinin hər zaman olduğunu çatdırmışdır.

1905-1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı ardıcıl soyqırımıların törədilməsinə, minlərlə soydaşımızın qətliamına rəvac verən nifrət zəhəri sovet hakimiyyətinin qurulmasından sonra özünə yeni mühit tapdı.

1920-ci ilin 28 aprelindən etibarən Azərbaycanda bütün hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan Xalq Komissarları Sovetinin (XKS) əlinə keçdi. Xalq Komissarları Sovetinə Nəriman Nərimanov başçılıq etsə də və hər iki təsisatın tərkibində azərbaycanlılar təmsil olunsa da, bu, əslində formal xarakter daşıyırdı. Real hakimiyyət hələ 1920-ci ilin fevralında yaradılmış Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının – AK(b)P-nin əlində idi.

AK (b)P Moskvanın göstərişlərini yerinə yetirirdi. Onun fəaliyyətinə, faktiki olaraq, A.İ.Mikoyan rəhbərlik edirdi. Partiyanın rəhbər özəyi də qeyri-millətlərdən, xüsusən ermənilərdən təşkil olunmuşdu.

Cümhuriyyətin hakimiyyət strukturlarını dağıtmaq üçün Azərbaycanın hər yerində İnqilab Komitələri yaradılmışdı. Hər şey xalqın dövlətçilik ənənələrini və milli müstəqillik şüurunu məhv edən qanlı diktaturanın təşəkkülünə yönəldilmişdi. Yeni güc strukturları təşkil edilirdi. Fövqəladə Komissiya (“ÇK” – Çerezvıçaynaə Komissiə) və Ali İnqilabi Tribunal fəaliyyətə başlamışdı.

Fövqəladə Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç bir məhdudiyyət qoyulmayan böyük səlahiyyətləri vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur “əksinqilaba və təxribatçılığa qarşı mübarizə” pərdəsi altında müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan, dövrün öndə gedən ziyalı potensialını məhv edirdi.
Ölkənin hər yerində “qırmızı terror” küləyi əsirdi. Bolşevik rejiminin əleyhinə olan hər kəs “xalq düşməni”, “əksinqilabçı”, “pantürkist”, “millətçi” və ya “təxribatçı” adı ilə “qırmızı terror”un hədəfinə tuş gəlirdi.

Beləliklə, 1918-ci ilin qanlı mart olaylarından sonra faktiki olaraq Azərbaycan xalqına qarşı yeni soyqırımı dalğası başlanmışdı. Fərq bircə onda idi ki, bu dəfə millətin say-seçmə adamları – görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, elm, maarif, incəsənət, mədəniyyət, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər aradan götürülürdü.

Bolşevik-daşnak güruhu bu dəfə bilərəkdən xalqın “düşünən beyinlərini” hədəf seçmişdi. Xalqı başsız qoymağa hesablanmış bu siyasət, əslində, 1918-ci ilin mart soyqırımından daha dəhşətli idi. Azərbaycan xalqının qabaqcıl övladlarına qarşı qanlı qırğınlar bilavasitə Orconikidze, Kirov, Mikoyan, Sarkisyan, Mirzoyan, Lominadze, Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının göstərişi ilə yerinə yetirilirdi. Ölkənin güc strukturlarında özlərinə yer eləmiş ermənilər azərbaycanlıları kütləvi surətdə istintaqsız və mühakiməsiz güllələyirdilər. 1920-ci ilin 28 aprelindən sonra Azərbaycan xalqının minlərlə say-seçmə övladı güllələnmiş, sürgünə göndərilmiş, millət özünün görkəmli simalarından məhrum edilmişdi.
İşğal prosesində və “qırmızı terror” zamanı bolşevik-daşnak cəlladları güllələnənlərin əmlakını da müsadirə edirdilər. Bununla kifayətlənməyərək bütün əhalini, o cümlədən yoxsulları qarət edir, xalqın olan-qalanını, hətta nəsillərdən yadigar saxlanmış zinət və qiymətli əşyalarını da zorla əlindən alırdılar. Azərbaycanlıların boşaldılmış mənzillərinə əsasən ermənilər və qeyri-millətlərin nümayəndələri köçürülürdü.
Bir sözlə, Azərbaycan xalqına divan tutulurdu.

Bolşevik rejimi müstəqil dövlətçilik ənənəsini, milli mənlik ruhunu əhalinin şüurundan çıxarmaq üçün xalqın mənəviyyatına qarşı da hücuma keçmişdi. Cümhuriyyət dövründə dövlət dili olan Azərbaycan dili sıxışdırılırdı. Milli kadrların hazırlanması kəskin surətdə məhdudlaşdırılırdı. Silki, mülki və dini imtiyazlar, rütbələr ləğv edilmişdi. “Bəy”, “xan”, “ağa” sözlərinin, hətta müraciət forması kimi işlənməsi belə qadağan olunmuşdu. Dini ayinlərin icrası və məktəblərdə şəriət dərslərinin keçilməsi yasaq edilmişdi. Qədim memarlıq abidələri olan məscidlər, minarələr uçurdulub dağıdılırdı. Azərbaycan xalqının mənəviyyatına və milli mədəniyyətinə qarşı amansız hücum dövrü başlanmışdı.

Milli kadrların yetişdirilməsinə yaradılan süni maneələrlə bir arada kənardan Azərbaycana rus, erməni, yəhudi və qeyri-millətlərdən olan əhalinin axınına hər cür şərait yaradılır, onlar müvafiq iş və Bakı şəhərinin ən yaxşı yerlərində mənzillərlə təmin olunurdular. Açıq-aşkar ruslaşdırma siyasəti yeridilirdi. Bu siyasət “beynəlmiləl” şəhər kimi təbliğ olunan Bakıda daha sürətlə gedirdi.

Hakim dairələrin həmin illərdə ideoloji məqsədlər naminə tarixin gedişini geriyə çevirmək niyyəti, Azərbaycan xalqına yad ideologiyanı, adətləri zorla qəbul etdirmək cəhdi ermənilər üçün göydəndüşmə bir fürsət idi. Və onlar bu fürsətdən yararlanıb Azərbaycan mədəniyyətini, mənəviyyatını, sözün əsl mənasında, özününküləşdirirdilər.

Azərbaycan xalqının həyat tərzi, məişəti, mədəniyyəti ilə əlaqədar olan hər dəyər bir tərəfdən kommunist ideologiyasının, digər tərəfdən erməni millətçiliyinin təqiblərinə məruz qalırdı. 1920-1930-cu illərdə milli özüllərə, ənənələrə etimadsızlığın əsası qoyuldu.
Amma ən böyük dəhşət hələ qarşıda imiş.

1933-cü ilin əvvəlindən etibarən birbaşa Stalinin göstərişi ilə ölkə daxilində və xaricdə faşizm və müharibə əleyhinə mütəşəkkil təbliğat kampaniyasına start verilmişdi. Qaçılmaz müharibə təhlükəsi Stalini qurduğu rejimi və öz şəxsi hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq üçün kompleks tədbirlərə əl atmağa tələsdirirdi. Bu tədbirlər sırasında “daxili və xarici düşmənlərə” qarşı kütləvi repressiyalar da xüsusi yer tuturdu.

Əgər əvvəlki təmizləmələrin hədəfi yalnız “sosial cəhətdən yad elementlər” və keçmiş müxalifətçilər idilərsə, 1933-cü ilin yanvarından aparılan təmizləmələr zamanı partiya sıralarından kənarlaşdırılacaq şəxslərin ənənəvi kateqoriyaları siyahısına yeniləri – “etibarsızlar” və “məsləkinə dönük çıxmışlar” da əlavə edilmişdi. Xaraktercə ziyalılıq dəyərlərindən çox-çox uzaq olan Stalin ziyalılara nifrət edirdi. O, dövrün reallıqlarını anlayan ziyalıları özünün qeyri-məhdud hakimiyyətinə qarşı ən ciddi təhlükə gözündə görürdü. Bu səbəbdən repressiya dalğası da ilk növbədə “düşünən beyinləri”, “görən gözləri” vururdu.

Leninin və Trotskinin təşəbbüsü ilə bir vaxtlar ölkənin ən sərt iqlimli yerlərində qurulmuş düşərgələrə qısa müddət ərzində on minlərlə “bolşevizmə zidd fikirlərə malik ziyalılar” sürgün olundu. O illərdə xalqımızın taleyini və müqəddəratını həll edən ÇK, QPU kimi dəhşət saçan bolşevik güruhunun əli ilə və müxtəlif uydurma, cəfəng ittihamlar əsasında Azərbaycanın, demək olar ki, ən qabaqcıl ziyalıları məhv edildi. Repressiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Və bu qanlı prosesdən ən çox bəhrələnənlər yenə Azərbaycan xalqına faciələr yaşatmaqdan ötrü ən kiçik fürsəti belə qaçırmayan erməni cəlladları oldu.

L.Beriyanın Bakıya göndərdiyi erməni əlaltılarının – Sumbatovun, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın, Avanesyanın, Sinmanın, Şerin və onlarla başqalarının cəllad fəaliyyəti ilə qısa müddətdə 80 minə qədər ziyalımız güllələndi. Bakıda bütün quldur tribunal iclaslarını Vişinskinin müavini, bəşər övladının qatili Matuleviç öz həmkarları Zaryanov və Jiqurla birgə aparırdılar. Bu qətllərin başında isə L.Beriya dururdu. Məhkəmə iclasları və hökmün oxunması cəmi 15 dəqiqə çəkirdi. İttiham olunan şəxsin güllələnməsi ilə də kifayətlənməyən cəlladlar repressiya olunmuş insanların ailəsinə, yaxınlarına, dostlarına da “xalq düşməni” damğası vurur, onları hər şeydən təcrid edir, minbir acı çəkdirirdilər.

Bu illərdə DTK-nın rəhbərləri Stalinə lazım olan “ölkədə geniş miqyasda yayılmış antisovet” terrorçu və trotskiçi, zinovyevçi, millətçi və başqa buna bənzər təşkilatların mövcud olmasını sübut etməyə çalışırdılar. Azərbaycanda belə millətçi, əksinqilabçı, üsyançı təşkilatlar guya ifşa olunduqdan sonra yerli DTK-nın əsasən ermənilərdən ibarət olan rəhbərləri müəyyən etdilər ki, demə bu təşkilatın başçıları R.Axundov, Ə.Qarayev, B.Çobanzadə, M.D.Hüseynov və başqalarıdır. Bunlar da öz növbəsində respublikada mövcud olan nazirliklərin rəhbərlərini, MK-nın məsul işçilərini, onlara tabe olan müəssisə, zavod və fabrik, mədən və s. müdir və rəhbərlərini həmin ümumrespublika əksinqilabi millətçi təşkilata cəlb edib antisovet üsyanı qaldırmalı, Mir Cəfər Bağırovu öldürməli, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarmalı idilər. Gələcək Azərbaycan burjua-demokratik respublikasının prezidenti Ruhulla Axundov olmalı idi. Minlərlə Azərbaycan övladı bu uydurma ittihamın güdazına getdi, ya güllələndi, ya da ömrünün ən gözəl illərini həbsxanalarda minbir işgəncə içində itirdi. 1936-cı ildən etibarən Stalin rejimi azərbaycanlı ziyalılara qarşı ən ağır, amansız, total hücumunu daha da genişləndirdi. 1937-ci ildə bu proses özünün zirvə nöqtəsinə çatdı və 1938-ci ilə kimi səngimək bilməyən sürətlə davam etdi. Şübhəsiz ki, sonrakı illərdə də kütləvi repressiyalar ara verməyəcəkdi, lakin müharibənin astanada olması vəziyyəti bir qədər dəyişdi…

1936-cı ildə DTK-nın sədri L.Beriyanın rəsmi sərəncamı ilə dustaqlardan istintaqa lazım olan ifadələrin alınması üçün üç nömrəli metodun tətbiqinə icazə verildi. Bu metodun mahiyyəti isə məhbusları döymək, onları istintaq məngənəsinə salıb işgəncələrin müxtəlif üsullarına məruz qoymaq idi. Azərbaycanlılara qarşı soyqırımlarda insan övladına qarşı bəşər tarixinin ən tükürpədici qəddarlıqlarını törədən erməni vəhşiliyi yenə özünə fürsət tapmışdı. Aradan illər keçəndən və repressiya cəlladlarının müəyyən qismi öz layiqli cəzalarına çatandan sonra edilən etiraflar o dövrdə ermənilərin Azərbaycanın layiqli övladlarına necə divan tutduqlarının acı mənzərəsini yaradırdı.

…1936-cı il dekabrın 25-də imzasız məktub əsasında MİK-in, Bakı Sovetinin, Yazıçılar İttifaqının üzvü olan Böyükağa Talıblı “əksinqilabi, millətçi meyillərinə görə” həbs edilir. 16 dəfə müstəntiq Xoren Qriqoryan tərəfindən dindirilir. Altı ay ərzində ondan lazım olan ifadələri ala bilmirlər. Bununla da günlərlə, saatlarla işgəncələr başlanır. Onu əlləri, ayaqları ilə, rezin şlanqlarla amansızcasına döyməyə başlayırlar… Nəhayət, Talıblı sınır. Buna kim dözərdi? Beləliklə də, Qriqoryan, Malyan, Markaryan, Avetisyan, Qalstyan və bu tipli digər müstəntiqlərin uydurduqları, dünyanın minbir mənasız günahlarında Talıblı özünün təqsirkar olduğunu etiraf edir.

Mədinə Qiyasbəyli, Gülarə Qədirbəyova, Xədicə Qayıbova erməni müstəntiqləri Tevosyan, Ozanyan tərəfindən dindirilir, amansız işgəncələrə məruz qalırlar.

…1937-ci il iyulun 15-də keçmiş maarif naziri, ictimai xadim Məmməd Cuvarlinski dindirilir. DTK-nın keçmiş əməkdaşı İ.M.Krotkov öz ifadəsində deyir ki, “bir dəfə Şerin göstərişi ilə Cuvarlinskini beş-altı müstəntiq əhatəyə alıb rezin döyənək və burulmuş nəm döşəkağı ilə döyüb işgəncə verirdilər. Cuvarlinski küt ağrılara dözməyib yıxılır, yenidən təpik və yumruqla onu ayağa qaldırıb vururdular. Bütün bunlar təhqir xarakteri daşıyırdı. Sonra isə bunu əyləncə məqsədilə edirdilər. Verilən işgəncələrin nəticəsində Cuvarlinski tam taqətdən düşürdü, yarışüurlu vəziyyətdə, özünə heç bir hesabat vermədən istənilən sənədə, ifadəyə qol çəkirdi”.

Belə bir amansız münasibət minlərlə azərbaycanlı ziyalının başına gətirilirdi. H.Zeynallı, B.Çobanzadə, Y.V.Çəmənzəminli, B.Həsənbəyov, H.Biləndərli, M.Hüseynov, R.Axundov, A.Tağızadə, T.Salahov, İ.Eminbəyli, Salman Mümtaz, Əli Nəzmi, Əhməd Cavad və başqaları erməni müstəntiqləri tərəfindən ən ağır işgəncələrə məruz qalmışlar.

…Azərbaycan Milli Diviziyasının komandiri olmuş Qambay Vəzirovun işini Azərbaycan XDİK DTİ-nin 5-ci şöbəsinin keçmiş rəisi qatı millətçi Avonesyan aparırdı. Şahidlərin etirafına görə, Qambay Vəzirovu dindirmələr zamanı vəhşicəsinə döyürmüşlər. Onu Avanesyan şəxsən özü şöbə əməkdaşlarının yanında şallaqla zərbələr endirərək tələb edirmiş ki, özünün əksinqilabi millətçi mərkəzində iştirakı haqqında ifadə versin.

…Vaxtilə Teatr Muzeyinin direktoru vəzifəsində çalışan Qasım Vahabzadə də repressiya dövründə erməni vəhşiliyini öz taleyində yaşamış, ömrünün 18 ilini Sibir çöllərində sürgündə keçirmiş dəyərli ziyalılarımızdan idi. Onu Azərbaycan Dövlət Universitetinin professoru Bəkir Çobanzadənin tələbələr arasında guya pantürkist ideyaları yaydığını iddia edən sənədə imza atmadığına görə tutmuşdular. İşi “NKVD”-nin Azərbaycan ziyalılarına qarşı minlərlə repressiya faktında adı keçən Qriqoryan familiyalı əməkdaşı aparırdı. Qasım Vahabzadə yaşının ixtiyar çağlarında xatırlayırdı: “Mən işgəncənin, qəddarlığın, amansız döyülmənin insanın mənliyini, iradəsini almaq qüdrətində olduğunu bəlkə də təsəvvürümə gətirə bilərdim. Amma bu, nəsə başqa idi. …Beynimdə yalnız “imza atmayacağam” sözləri dolaşırdı. Qriqoryan psixoloq idi. Məni diqqətlə süzəndən sonra nə hisslər keçirdiyimi anladı. Sakit buraxdılar məni. Bir neçə saatdan sonra iki nəfər idbar, bədheybət adam gəldi. Erməni idilər. Qriqoryan mənə yaxınlaşıb sakitcə dedi:

– Evdən adam gəlib yanına. Arvadın mənim kabinetimdədir. Gəlib səni evə aparsın. Əvvəl bura qol çək.

Halsız idim. Həmin iki nəfərin yenə məni döyəcəklərini düşündüyümdən beynimdə yenidən eyni sözlər dolanmağa başladı: “Qol çəkməyəcəyəm”.
İmzaların uzun siyahısına baxıb başımı yellədim. Onda Qriqoryan iki nəfəri mənə göstərib gülümsündü. Kameradan çıxdı. Bir neçə dəqiqədən sonra gənc xanımımla qayıtdı. Onunla, tələbə yoldaşımla təzəcə evlənmişdim. İndi görəcəyim həyatımın ən ağır epizodu olacaqdı. Qriqoryan əyilib gözlərimin içinə baxdı. Xeyli baxandan sonra pıçıldadı:

– … Bəlkə qol çəkəsən?
Kağızı yenə gözlərimin qarşısına gətirdi.

Bəkir Çobanzadənin xarici kəşfiyyatla bağlı fəaliyyəti haqqında sənədin altında filologiya fakültəsinin tələbələrinin imzasından ibarət uzun siyahıya mənim də imzam əlavə olundu”.

1953-cü il martın 5-də Stalin vəfat etdi. Onun ölümü faciələrlə zəngin böyük bir mərhələyə son qoydu. M.Bağırov və onun silahdaşları Stalinin ölümündən sonra həbs edildilər. Markaryan, Qriqoryan, Borşev, Yemelyanovun cinayət işi üzrə ittihamnamələrdə deyilirdi: “…1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsi vətənə xəyanət və digər ağır dövlət cinayətləri törətdiklərinə görə Beriya və onun yaratdığı xəyanətkar qrupun üzvləri ən ağır cəzaya – güllələnməyə məhkum edilsinlər”. Günahsız adamların istintaq işinin saxtalaşdırılması, onlara qarşı yalançı əksinqilabi fəaliyyət barədə ittihamın irəli sürülməsi yolu ilə L.Beriyanın sui-qəsdçi qrupu Azərbaycanın bir çox ziyalı nümayəndələrini terrorçuluqla məhv etmişdi. Beriya və onun erməni əlaltıları qorxu, xof yaratmaq, namuslu adamlar arasında şübhə, inamsızlıq toxumu səpmək, milli zəmində düşmənçilik törətmək, onları ifşa edə biləcək insanları aradan götürmək yolu ilə törətdikləri cinayətlərin məsuliyyətindən yaxalarını qurtara bilmədilər. Stalin repressiyaları nəhəng bir ölkənin xalqlarına qarşı yönəlsə də, onun ən ağrılı nəticələrini məhz Azərbaycan öz üzərində hiss etmişdi.

Vaxtilə on minlərlə günahsız insanı vətənə xəyanətdə, sovet dövlətinə qarşı üsyan hazırlamaqda, dövlət çevrilişinə cəhddə, əksinqilabi fəaliyyətdə ittiham edənlər özləri eyni ittihamlarla müttəhimlər kürsüsündə əyləşdilər. Əlbəttə, bunu tarixin ironiyası da adlandırmaq olar, amma bu, daha çox tarixin intiqamına bənzəyirdi. Çünki həmin qatillər öz qanlı əməlləri ilə zamanın təkərini istədikləri istiqamətə döndərməyə, zamanın özünə hökm etməyə çalışırdılar. Ancaq yanılırdılar.

Hökmü zaman verir! Və “yaddaşın məhkəməsi” deyilən bir anlayış da var. Burada Azərbaycan xalqına dəyən zərbələr, keçmişə saxta don geydirənlər, Stalin epoxası ilə bağlı qanlı həqiqətləri törədənlər mühakimə edilir. Bu isə başımıza gətirilən faciələrlə dolu keçmişimizi daha dərindən öyrənmək, səhv və əyintilərdən ibrət götürmək üçün çox lazımdır.

Ulu öndər Heydər Əliyev həmişə deyirdi ki, Azərbaycanın tarixini, əsrlər boyu keçdiyi yolu həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrin elm adamlarına, ziyalılarına, respublikamıza maraq göstərənlərə tanıtmaq borcumuzdur. Tarix elmimizin Heydər Əliyev konsepsiyası ölkəmizin şanlı səhifələrini araşdırmağı və təbliğ etməyi qarşıya məqsəd qoyur, eyni zamanda bu tarixin faciəli tərəflərini də olduğu kimi obyektiv şəkildə tətqiq etməyi vacib sayır. Azərbaycan tarixinin “Stalin repressiyası” dönəmi də bu baxımdan istisna deyil.

İradə ƏLİYEVA,
“Azərbaycan” qəzeti



Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO

$
0
0
Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO

Görkəmli xeyriyyəçi H.Z.Tağıyevin foto-şəkli Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.

Kulis.azın verdiyi xəbərə görə, foto-şəkli muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Məhərrəmov təqdim edib.

Foto-şəklin arxasında “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb və imza atılıb.
Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO

Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO

Karabakhmedia.az

Ucalıq, əyilməzlik rəmzi - Savalan dağı...

$
0
0
Ucalıq, əyilməzlik rəmzi - Savalan dağı...

Zirvəsi "ağ çalmalı" Savalan dağı əzəmətinə və möhtəşəm görünüşünə görə ucalıq, əyilməzlik rəmzinə çevrilib. Hər daşı, hər qayası tarixin canlı şahidi olan bu dağ özündə əsrlərin salnaməsini yaşadır. Onu Tanrıyla bəndə arasında ünsiyyət vasitəsi hesab edirlər. Hədisi-şəriflərdə adı çəkilən müqəddəs dağdır Savalan. O, tarixin özü qədər qoca və müdrik ağsaqqal - Dədə timsalı kimi rəmzləşdirilir.

Türk xalqlarının, eləcə də azərbaycanlıların mifik görüşlərində, folklorunda ulu, müqəddəs dağlaır ən ülvi ibadət yeri hesab olunub. Tanrı mərhəmətindən şəfa tapmaq məqsədilə dağlara, eyni zamanda, Savalan dağına pir kimi baxıblar, ona sitayiş ediblər. Dağın şəfa qüdrətinə "Tanrı ocağı" - deyə inanıblar.

Dünyaca məşhur alimlər Savalanın müqəddəsliyini Zərdüştlə də bağlayırlar. Deyirlər ki, dünyada xeyirxah qüvvələrin başlanğıcı, himayəçisi kimi tanınan Zərdüşt on il Savalanda məskunlaşıb. Burada qeybdən ilahi vəhy almış, peyğəmbərlik məqamına çatmış, təlimini təbliğ etməyə başlamışdır.
Zərdüşt öz təlimində insanları bu dünyada çalışmağa, əkib-becərməyə, faydalı heyvanlar bəsləməyə, quruculuq və abadlıq işləri görməyə, doğruluğa, yaxşılığa, xeyir işlərə, eyni zamanda, pis əməllərlə, şərlə mübarizə aparmağa çağırır. Bu, insanların mənəvi və daxili paklığa, kamilliyə çatması üçün düzgün yol göstərən qanundur. Bəzi mütəxəssislər Savalanın ətəyində yerləşən Ərdəbili də müqəddəs məkan adlandırmış və onun Zərdüşt dövründə bina edilməsi fikrini irəli sürmüşlər.

Savalan milyon-milyon insanın məbədgahı, ziyarət, and yeri, inanc qaynağıdır. Savalanın qayalıqlarında yerləşən qədim ibadətgahlara, təbii sitayiş və etiqad məbədlərinə bu gün də gəlirlər. İlin, həyatın təzələnməsi, nəslin artması, azar-bezarın candan çıxması, arzu və niyyətlərin yerinə yetirilməsi diləyi ilə burada ayinlər, mərasimlər icra edilir, qurbanlar kəsirlər.

Azərbaycanın dahi mütəfəkkir şairi və orta əsr Şərq intibahının "Zöhrə ulduzu" sayılan Xaqani Şirvani (1120-1199) 1151-ci ildə Xorasan ziyarətinə gedərkən Ərdəbildə olmuş, şəhərin yaxınlığındakı Savalan dağı öz təbii gözəlliyi və əzəməti ilə onu heyrətə salmışdır. Müqəddəs dağın məbəd və məskənlərinə, qeyri-adi möhtəşəmliyinə, cazibədar təbii mənzərələrinə məftun olan şair "Savalan dağının tərifi" şeirində Savalanı haqq yolu, səadət, ədalət qibləsi, ən ülvi, ən pak arzular, diləklər məkanı kimi təsvir etmişdir!

Səadət qibləsi Savalan dağı,
Kamalda Kəbə tək qazanıb şöhrət.
Kəbə yaşıl geyinər, ağ bürünər o,
Çünki eyham tutan geyər ağ xələt.
Bir yerdə oxudum fəzilətindən,
Üç ildir çəkirəm görməyə həsrət.
Getdim ki, başına dolanım onun,
Dağlar anasıdır, çünki o afət...


Qədim və orta əsr yazılı qaynaqlarında bu dağın Səvalan, Səhalan, Savalan, Səyəlan, Səbəlan kimi müxtəlif adları mövcuddur. Ona Subolan da deyiblər. Su aydınlıqdır, xoşbəxtlikdir, paklıq və təmizliyə çıxmaqdır, həyat və dirilikdir, müqəddəslikdir.
Savalan dağı Arazın sağ qolunda, Güney Azərbaycanın mərkəzi hissəsində, Ərdəbil şəhəri yaxınlığında təbiətin əvəzsiz abidəsidir. Büzquş silsiləsi ilə birlikdə bu yerlərin əzəmətinin rəmzidir.

Savalan Azərbaycan ərazisində ən yüksək zirvədir. Uzunluğu qərbdən şərqə doğru 130 kilometrdən çoxdur. Savalan silsiləsi cənub-şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Kiəmki-Qaraca silsiləsinə birləşir. Savalan dağı cavan (pleystosen) vulkan lavalarından, vulkan küllərindən, tuflarından təşkil olunmuşdur. Yamacları Acıçay, Balıqçay, Qarasuçay çayları vasitəsilə parçalanmışdır. Burada sıldırım qayalar var, yanları dağ tirələri, dərələr və dərin dağarası çökəkliklər əmələ gətirmişdir. Ətraf dağarası çökəkliklərdən və düzənliklərdən təqribən 5000 metrə qədər ucalan Savalan dağı relyefdə öz vulkan konusu ilə çox qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf yamacların ətəklərinə doğru istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir.

Savalan dağı ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə şöhrət tapmışdır. Ətrafda mis, qalay, qızıl, kükürd, neft yataqları, tikinti üçün yararlı təbii sərvətlər, daş karxanaları mövcuddur. Dağ təmiz suyu, büllur kimi duru bulaqları, şəfa qaynaqları ilə məşhur olan müalicə əhəmiyyətli mədən suları ilə zəngindir. Suyu da biri o birindən soyuq, biri o birindən dadlı, tamlı, dupduru, hərəsi də min bir dərdin dərmanı.

Tarixi qaynaqlardan məlum olur ki, həmişə bu müalicə əhəmiyyətli bulaq sularından bəhrələnib, onların şəfa qüdrətinə pənah aparıblar, ümid ediblər. XII əsr ərəb alimi Əbü Həmid əl-Qərnatinin və XIV əsr Azərbaycan səyyahı və tarixçisi Əbdürrəşid əl-Bakuvinin əsərlərindən məlum olur ki, göylərə yaxın olan ulu Savalan dağında behişt bulaqlar var. Bu dağın ətəklərindən çıxan müalicə əhəmiyyətli isti və soyuq mineral sulardan şəfa tapmaq üçün oraya adamlar gəlirlər. Bu bulaqların suyu neçə-neçə adamı vaxtsız ölümün pəncəsindən alıb, həyat fəaliyyətini, iş qabiliyyətini artırıb.
Ərdəbil və ətraf el-oba camaatı ta qədimdən dağın zirvəsindəki göl suyunu da müqəddəs hesab etmiş, arzu və niyyətlərini, dərdlərini suya söyləmişlər, onu hər cür natəmizlikdən qorumuşlar.

Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş Savalan dağının yamaclarındakı torpaqlar mikroelementlərlə zəngin olduğundan məhsuldarlığı və münbitliyi yüksəkdir.

Yayda havası ürəyəyatımlı və mülayimdir. Uzun gecələrdən ibarət qış aylarında təbiəti sərtdir. Savalan dağı loğman nəfəsliliyi ilə seçilir. Burada yamaclarında seyrək kolluqlar və yarımkof bitkilər geniş sahə tutur. Dağarası çökəkliklərdə və maili düzənliklərdə quru çöl və yarımsəhra bitkiləri üstünlük təşkil edir. Yamacların yuxarı hissələrində subalp və alp çəmənlikləri yayılmışdır. Burada yovşan, dağ nanəsi, xasa, kəklikotu, xəşəmbül, alp pişikquyruğu və s. bitir. Onlardan ədviyyatda, boyaqçılıqda, xalq təbabətində istifadə edirlər.

Savalan dağının təbii zənginlikləri ilk növbədə qədim ovçuların və maldarların diqqətini özünə cəlb etmişdir. Dağın güllü-çiçəkli, şərq, cənub-şərq ətəklərində, Ərdəbil mahalı ilə Qarasu çayı arasındakı ərazilərdə, Acıçay, Balıqçay çayları, həmçinin onların qolları boyunca çoxlu yaşayış məskənləri salınmış, məhsuldar və münbit torpaqlar, zəngin yaylaqlar və qışlaqlar mənimsənilmişdir. Tarixin bütün dövrlərində bu torpaqlar xalqın iqtisadi-mədəni həyatında müstəsna rol oynamış, əkin sahələri bu çayların suyu ilə suvarılmışdır. Ərazinin zəngin torpaqları və su ehtiyatları hələ qədim zamanlardan burada bol əkinçilik və bağçılıq məhsulları yetişdirilməsinə imkan vermişdir.

Ərdəbil mahalı ilə Qarasu çayı arasındakı məhsuldar və münbit torpaqlarda yerləşən kəndlərdə türk mənşəli Şahsevən tayfasının on beşdən artıq qol və tirələri məskən salmışlar.

Tarixdən məlumdur ki, Səfəvilər sülaləsindən olan İran şahı I Şah Abbas (1587-1629) hakimiyyətə gəldikdən sonra ölkədəki dağınıqlığa son qoymaq, vahid mərkəzləşmiş dövlət yaratmaq, güclü tayfa başçılarını mərkəzi dövlətə tabe etmək məqsədi ilə bir sıra islahatlar həyata keçirmişdi.
Deyilənə görə, Səfəvi hökmdarı müxtəlif vilayətlərdə, ayrı-ayrı tayfalar tərkibində yaşayan şah tərəfdarlarını öz ətrafında birləşdirmək və mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə bütün ölkədə "şahın mübarək başını sevənlər şah ətrafında toplaşsınlar" şüarını irəli sürmüşdü. Qısa bir müddətdə onun sayı 100.000-dən çox ailəyə çatdı. Beləliklə, Şah Abbas bəzi tayfaları (Əfşarlar, Qacarlar və b.) öz tərəfinə çəkərək, yeni bir tayfa - Şahsevənlər tayfasının əmələ gəlməsinə səbəb oldu.

Bəzi məlumatlara görə, Şah Abbas qızılbaşların qüdrətini azaltmaq üçün özünə arxa yaratmaq məqsədilə Şahsevənlərin əsas özəyi olan əfşar, qacar, cavanşir və b. türk ellərini Azərbaycanın şimalında (Muğanda) yerləşdirmişdi. Azərbaycanda yaşayan Şahsevənlər yerli əhali ilə qaynayıb qarışmışlar.

Nadir şahın ölümündən (1747) sonra Şahsevənlər tayfasıının başçıları mərkəzi qədim tarixə malik olan Ərdəbil xanlığını yaratdılar və yarımköçəri həyata son qoyaraq Savalan dağının ətəyində daimi və oturaq həyat keçirməyə başladılar. Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən bu ellərin nümayəndələri sonralar Azərbaycanın siyasi həyatında mühüm rol oynamışlar.

Qonaqsevər, mehriban, saf qəlbli olan bu türk mənşəli Şahsevən ellərinin özlərinə məxsus mədəniyyətləri, adət-ənənələri, ayin və mərasimləri, xalq yaradıcılığı nümunələri var. Bütün dövrlərdə Şahsevənlərdə hər nəslin, hər elin sözükeçəni, sayılanı, nurani-pirani ağsaqqalı-ağbirçəyi olur. Dara, çətinə düşənlər ağsaqqala müraciət edir, çıxış yolu diləyirlər. Xeyir-şəri ağsaqqalsız keçirmirlər. Səfərə çıxanlara xeyir-duanı ağsaqqal verir. Ehtiyacı olanlara təmənnasız yardım göstərirlər, arxa dururlar. Bütün əməllərində halallığı uca tuturlar. Allaha, onun peyğəmbərinə (s) və müqəddəs Qurani-Kərimə əsaslanıb ruzi qazanırlar, qismətlərinə də şükr edirlər.

Tədqiqatçıların fikrincə, şahsevənlərin öz xalq mahnıları, rəqsləri olub və bunlar Azərbaycanın ayrı-ayrı bölgələrində də geniş yayılıb. Məsələn, bu rəqslərdən biri Naxçıvanda məşhur olan "Şahsevəni" adlanır. Bu rəqs ağır tempdə, çevik, vüqarlı hərəkətlər düzümündə gedir və yalnız kişilər tərəfindən ifa olunur. Şah pərdə və ya "Misri kökü"ndə ifa olunan "Şahsevən" adlı aşıq havası ("Döşəmə Koroğlu" da deyilir) da onların adı ilə bağlıdır. Bu aşıq havasının poetik mətni gəraylıdır: gümrah xarakterli melodiyasının məqam əsası şurdur, musiqi ölçüsü 3\8, tempi mülayim-tezdir.
Savalan dağının ətəklərindən istər şərqə, istərsə də qərbə doğru aparan mühüm karvan yollarının keçməsi həm Ərdəbilin, həm də dağın yamaclarında yerləşən başqa yaşayış məntəqələrinin möhkəmlənməsinə, ticarət və sənətkarlığın inkişafına müsbət təsir göstərmişdir. Güney Azərbaycanın şimal-qərb hissəsi - Savalan dağının yamacları maldarlıq üçün bol yem ehtiyatı ilə zəngindir. Yamaclarda geniş təbii otlaqlar vardır və burada milyonlarla mal-qara saxlamaq mümkündür. Şahsevənlər xalq seleksiyası yolu ilə yüksək keyfiyyətli yun, süd və ət verən qoyun cinsləri, xüsusi Şahsevən qoyun cinsini yetişdirmişlər. Bu yerləri əzəldən özlərinə yurd seçmiş xallı marallar, dağ keçiləri, cüyür sürüləri, kəkliklər dağların yaraşığı, bəzəyidir.

Qoyun-quzu, mal-qara bu yerlərin camaatının qədim dolanacaq mənbəyidir. Yayda Savalan yaylaqlarında həyat bulaq kimi qaynayır. Naxır, davar örüşdən döndümü, inək-qoyun sağılır, sərniclər, badyalar köpüklənən südlə dolur. Hər tərəfdən süd qoxusu gəlir. Kəndinin ev-eşiyindən ağartı məhsulları - sulux, bulama, ayran, şor, qatıq, qaymaq, süzmə, qurut, yağ, pendir, dələmə, atlama, kətəməz... əskik olmur.

Ətdən müxtəlif xörəklər (bozartma, qovurma, bozbaş, şişlik və s.) bişirməklə yanaşı, qış ehtiyatı üçün qiymə, cızdaq, qaxac, qovurma hazırlayır, dağarcıqlarda, küplərdə, bəzən də yunu çox gödək kəsilmiş motalda saxlayırlar. Şahsevən elində maldarlığın, xüsusilə qoyunçuluğun inkişafı və xammalın bolluğu sənətkarlığın, ilk növbədə xalçaçılığın, toxuculuğun, dəriçiliyin inkişafına səbəb olmuşdur. Yun toxuculuqda başlıca xammal olmaqla yanaşı, yorğan, döşək, mütəkkə, döşəkcə kimi ev ləvazimatının hazırlanmasına sərf olunur.

Savalan dağının zəngin dağ-çəmən bitkiləri bu ərazilərdə ənənəvi təsərrüfat sahəsi olan arıçılığın da inkişafı üçün zəmin yaratmışdır. Savalan balı dadına, keyfiyyətinə və müalicə əhəmiyyətinə görə böyük şöhrət qazanmışdır.

Azərbaycan şairi, maarif xadimi Seyid Əzim Şirvani 1856-cı ilin axırlarında İraqa - Kərbəla və Nəcəf şəhərlərinə səyahət edərkən yenə Ərdəbildə olmuş, şəhərə xüsusi əzəmət və gözəllik verən Savalan dağını vəsf etmişdir:

Var Ərdəbilin xeyli gözəl torpağı,
Tər yoncası, göy səbzəsi, xürrəm bağı.
Hərdən ki, düşər yadıma həsrət çəkərəm,
Bali-Səbalan ilə gomuş qaymağı.

Boyaqçılıq da Savalan dağına sığınan ellərin qədim sənət sahələrindən biridir. Bu ellərdə sarı rəngi tut ağacının yarpağından, qantəpərdən, naz gülündən alırlar. Qırmızı rəngi boyaqkökü, badam ağacı, sumax, qaraağac qabığı və narıncı kolunun oduncağından, qızılıya çalan boyağı palıd qabığından, qara rəngi nar qabığından, qaraya çalan tünd qəhvəyi rəngi qoz qərzəyindən hazırlayırlar. Boyaq rənglərini nar, soğan, qoz ağacının yarpağından, meyvə ağaclarından, hətta zəfərandan da əldə edirlər. Boyanmış qırmızı, bənövşəyi, narıncı, sarı, qara, qəhvəyi, yaşıl və neçə rəngli iplər bir-birinin yanındaca üzü günə sərilib qurudulur. Qərinələr, yüzilliklər keçir, bu rənglər solmur.

Savalan dağı ətəklərində yaşayan ellərdə elə bir ev yoxdur ki, orada nəfis və gözəl xovlu xalı və xalçalar, gəbə, məfrəş, kilim, palaz, cecim, canamaz, çuval, zərif ilməkli, ipək xovlu heybə və xurcunlar, yun corablar toxunmasın. Toxuculuq, xüsusilə geniş çeşiddə yun və ipək parça məmulatı (şal, şahad, tirmə, qanovuz, çarşab, darayı, atlaz və s.) xalq sənətkarlığının aparıcı sahələrindən biri hesab olunur. Bunların içərisində əsas yeri müstəsna rəng ahəngi, mürəkkəb kompozisiya, zəngin naxış örtüyü ilə seçilən "Əfşari" adı ilə məşhur olan Ərdəbil xalçaları tutur.

Şahsevən ellərinin Təbriz və Ərdəbil mahallarının qız-gəlinlərinin, xalça ustalarının barmaqlarının təravətini hələ də özündə saxlamış "Şeyx Səfi" xalısı haqqında çox yazılmışdır. Xalqımızın milli iftixarı, ulu sənətimizin şah əsəri, nadir sənət incilərindən sayılan "Şeyx Səfi" xalısı 1539-cu ildə toxunmuşdur. Xalça Səfəvilər sülaləsinin banisi Şeyx Səfinin Ərdəbildəki türbəsi ətrafında yaranmış dini binalar kompleksindəki məscid üçün toxunulmuşdur. 350 ildən artıq Şeyx Səfi məscid-türbəsini bəzəyən bu xalı 1892/93-cü ildə dünyanın ən iri muzeylərindən olan Londonun "Viktoriya və Albert" muzeyinə satılmışdır.

Savalanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Tarixin bütün çağlarında bu dağ babalarımızın alınmaz-basılmaz yurd-yuvası, sığınacaq, söykənəcək yeri olmuşdur. Dünya mənim deyən ərənlər qayalı-yarğanlı dağlarda istehkam qalaları hörüb, el-obanın ağır günündə, dar günündə namus, qeyrət rəmzi olan bu tərlan oylaqlarında at minib, qılınc oynadıb, qalxan gəzdiriblər, arxa-dayaq olublar bu yerlərə. Yağıyla döş-döşə dayanıblar, yadlara baş əyməyiblər. Əzəmətli Savalan dağına, onun ətrafındakı bolluq-bərəkət diyarına göz dikənlərin həmişə gözlərinə ox batırılıb.

Tarixçi Həmdullah Qəzviniyə görə, Savalan silsiləsinin quşqonmaz qayalı-yarğanlı şimal zirvəsində uyumuş cəngavəri xatırladan Bəzz qalası ucalır. Orta əsr yazılı qaynaqlarından məlum olur ki, Bəzz qalası əvvəlcə Cavidanın, sonra isə Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi idi. Dövrünün qaynaqlarında Bəzz qalasını "Babəkin yurdu" adlandırmışlar. İranın məşhur şərqşünas-ədəbiyyatşünası, tarixçi Səid Nəfisi Savalan dağının şimal hissəsinin Babəkin yaşadığı yer olduğunu və xürrəmilərin əvvəlcə İsfahan nahiyələrində araya çıxdığını, sonralar isə bütünlüklə Savalan dağlarına pənah gətirdiyini göstərir.

Ayrı-ayrı dövrlərin qələm sahiblərinin əlindən çıxan ilk yazılı qaynaqlar, tarixçilər, coğrafiyaşünas-səyyahlar Savalan dağının təbiətindən, qüdrətindən, şöhrətindən maraqlı və qiymətli məlumatlar vermişlər. Bu əsərlərdə onun güllü-çiçəkli, yamyaşıl ətəklərində salınmış yurd yerləri, şəhərlər, buradakı abidələr, qalalar, bürclər, behişt bulaqlar, müalicə əhəmiyyətli şəfa suları, bu yerlərin füsunkar gözəlliyi, əhalisinin həyat və məişəti, qonaqpərvərliyi, hörmətcil və səxavətli olması, ənənəvi təsərrüfat sahələri barədə məlumatlar vardır.

Əl-İstəxri, X yüzilliyin ərəbdilli coğrafiyaşünas-səyyahı: "...Azərbaycanın ən böyük şəhəri Ərdəbildir. Qoşun düşərgəsi və hökmdar evi buradadır... Ətrafında 3 darvazası olan divar (çəkilmişdir)... Şəhərin (torpağı) bərəkətli və münbitdir, ucuzluqdur. Ərdəbilin 2 fərsəxliyində (bir fərsəx təxminən 50 kilometrdir) Səbalan adlanan əzəmətli və yüksək dağ ucalır. Onun zirvəsindən nə qış, nə də yay qar əskik olmur.

Əl-Müqəddəsi, X yüzilliyin ərəb coğrafiyaşünas - səyyahı: "...Buradakı dağın (Savalan dağının) uzunluğu 140 fərsəxdir. Bu yerlər başdan-başa kənd və əkin sahələridir. Deyirlər ki, bu kəndlərdə 60 dildə danışırlar. Burada çoxlu meyvə bağları vardır. Ərdəbilə bir çox şeylər buradan gətirilir".
Əbü Həmid əl-Əndəlusi əl-Qərnati, XII yüzilliyin məşhur ərəb coğrafiyaşünas-səyyahı: "Bu dağda (Savalanda) behişt bulaqlar vardır. Peyğəmbərlərdən birinin qəbri buradadır... Bu dağın ətrafında müalicə əhəmiyyətli isti bulaqlar da var, buraya şəfa tapmaq üçün xəstələr gəlir. Dağın ətəyində çoxlu ağac bitir..."

Yaqut əl-Həməvi (1179-1229), ərəb filoloqu, coğrafiyaşünas və tarixçi: "Savalan Azərbaycan ərazisində Ərdəbil şəhəri üzərində ucalan hündür dağdır. Bu dağda bir neçə kənd, eləcə də bir çox mömin adamlara məxsus qəbirlər var. Dağın başı yay-qış qarla örtülüdür. İnsanlar inanırlar ki, bu, mömin adamların möcüzəsidir. Bu yer ən çox ziyarət edənlərin mübarək yerlərindən hesab olunur".

Fəzlüllah Rəşidəddin (1247-1318), İran alimi, həkim və tarixçi: "Oğuz xanın qoşunları bu vilayətlərin bütün yaylaqlarını, Səbəlan, Aladağ və Ağzıbəri dağlarına qədər bütün dağlıq yerləri tamamən ələ keçirdilər. Deyilənə görə, Aladağ və Savalan adını oğuzlar qoymuşlar. Hər ikisi də bir dağa aiddir". Türk dilində "meydana gələn", "dikələn", "uxalan", "yüksələn" bir şeyə Səbəlan deyilir".

Həmdullah Qəzvini, XIV əsr İran tarixçisi, coğrafiyaşünas: "Səbalan dağı Azərbaycandadır. Bu, məşhur dağlardan biridir. Ərdəbil, Sərab, Mişkin, Anaq, Əscəq və Xiyav şəhərləri onun ətəyində yerləşir. 50 fərsəx uzaqdan görünür, dağın dairəsi isə 30 fərsəxdir. Dağın başı həmişə qarla örtülüdür, şiddətli soyuğun təsirindən onun üstündəki bulaqdan axan su çox vaxt buz bağlayır. Səbalan dağının bulaq suyundan Ərdəbil şəhərinin su təchizatında istifadə edilir.
Səbalan dağından cənub-qərbdə yerləşən iki əyalət şəhəri - Anaq və Əscəq yaşayış yerləri dağdan axan çay suları ilə təchiz olunur. Çayın axarı boyu çoxlu gözəl meyvə bağları var; burada bol üzüm, yemiş və qoz yetişdirilir..."

Əbdürrəşid əl-Bakıvi, XIV-XV yüzilliyin Azərbaycan coğrafiyaşünas-səyyahı, tarixçi: "...Azərbaycan... orada çoxlu şəhərlər, kəndlər, dağlar, çaylar var... Ərdəbil yaxınlığında Savalan dağı ucalır, bu, dünyanın ən böyük dağlarındandır. O dağın zirvəsindən suyu soyuqluğundan donan böyük bir bulaq axır. Peyğəmbərin (Allah ondan razı qalıb onu salamlasın!) adından söyləyirlər ki, Savalan dağı Ərməniyə ilə Azərbaycan arasında yerləşir. Onun zirvəsindən cənnət bulaqlarından biri axır. Bundan başqa, orada peyğəmbərlərdən birinin qəbri var. Yaxınlığında isə üstünə xəstə adamlar gələn qaynar bulaqlar yerləşir. Dağın başı yayda da, qışda da qarla örtülü olur..."

XIV yüzilliyin Səfəvi tarixçisi Təvəkkül ibn Bəzzaz Səfəvilərin əcdadı Şeyx Səfiəddinin həyat və fəaliyyətinə həsr olunmuş "Səfvət üs-Səfa" ("Saflığın saflığı") əsərində Səbalan (Səvalan) dağının Allah məskəni olduğunu, oranın məbədə çevrildiyini və ziyarətçilərin gəldiyini yazır: Tarixçi "türk şeyxi", "türk piri" Səfiəddinin tez-tez Allah adamlarının olması ilə məşhurlaşmış Savalan dağına getməsini və o müqəddəs yerdən təbərrik olaraq su və torpaq götürməsini qələmə alır.

Bədr Şirvani (1387-1450), Azərbaycan şairi, Şirvanşahlar sarayında yazıb-yaratmış, məşhur qəsidələr və qəzəllər müəllifi. Şair şeirlərinin birində "Ərdəbildə Savalan dağı kimi dərd çəkərik" yazmışdır. Bu sətirdə, bu misrada şair öz dərdini, kədərini başı dumandan, çəndən əskik olmayan qəmli-qüssəli Savalana oxşadır.

Yazılı qaynaqlardan görünür ki, görkəmli dövlət xadimi, sərkərdə kimi böyük şöhrət qazanmış, dahi söz ustası Şah İsmayıl Xətai (1487-1524) dünya şöhrəti qazanmış şəfalı dağın - füsünkar Savalanın ətəyində yerləşən Ərdəbildə dünyaya gəlmiş, müqəddəs Savalanın döşündən axan büllur sulu, yarpızlı bulağın gözündən su içmiş, dəfələrlə və günlərlə Savalanın yaylaqlarında, xüsusilə Sorluq, Göytəpə yaylaqlarında dincələrək, yaradıcılıqla da məşğul olmuşdur. Tarixdən o da məlumdur ki, dahi şair Savalanın gədiyində xəstələnib, sonra dünyasını dəyişmişdir.
Evliya Çələbi, XVII yüzillikdə yaşayıb-yaratmış məşhur türk səyyahı və coğrafiyaşünası: "Qədim dövrlərdə Ərdəbil çox böyük bir şəhər olub, bir tərəfi Səhəlan (Savalan) dağına qədər idi... Şəhərdən Səhəlana bir günlük yoldur.

Ərdəbil məhsuldar, geniş bir düzənliyin ortasında yerləşib, bir tərəfində abi-həyatdan nişan verən bir göl vardır. Bu dağın - Savalanın ən yüksək zirvəsində daim qar olur. Ərdəbil şəhərinin bütün suları bu dağdan gəlir. Suyu təmiz və ləzzətlidir... Qışı çox soyuq olsa da, dənli bitkiləri çoxdur. Əldə edilən həmin məhsulun bir hissəsi gələn məhsul ilinə qalır. Bir gilə toxumdan 80 gilə dənli bitki götürürlər. Qışın çox soyuq olması üzündən bağ-bağçası, yemişləri olmaz. Amma çoxlu bostan və gülzarlıqları vardır. Şəhərin bir tərəfində suyu abi-həyat kimi şirin və tamlı göl vardır. Dörd tərəfdən gölə kiçikli-böyüklü 40-a qədər çay axır. Ən böyüyü Səhəlan çayıdır ki, Ərdəbili su ilə təmin etdikdən sonra, yenidən həmin gölə tökülür..."
Alman alimi Adam Oleari (1603-1671), 1635-39-cu illərdə səyahəti zamanı Səvəfilər dövlətində olmuşdur. Səyahətləri haqqında yazdığı xatirələrində iki aya yaxın Ərdəbildə qaldığından, bu yerlərin təbiətindən, məhsuldarlığından, həmişə qarla örtülü olan Savalan dağından, bu dağdakı "kəskin kükürd qoxusu verən müalicə əhəmiyyətli qaynar bulaqlardan", müxtəlif dəri xəstəliklərinin - qotur, sızanaq və s. müalicəsi üçün faydalı olan həmin bulaqların "ab qotur", yəni "qotur suyu" və ya "qotur bulaqları" adlandırılmasından bəhs etmişdir".

Savalan dağı barədə A.A.Bakıxanov, eləcə də digər alim, yazıçı və səyyahların qiymətli və maraqlı qeydləri də vardır. A.A.Bakıxanov Şərqə səyahəti zamanı (1846) bir neçə dəfə Ərdəbildə olmuş, Şeyx Səfi məqbərəsini, Şah İsmayıl Xətainin qəbrini ziyarət etmiş, şəhərin Savalan dağının yaxınlığındakı düzənlikdə, Qarasu çayının qolu üzərində yerləşdiyini yazmışdır. O, bu yerlərin təbii mənzərələrindən, füsunkar gözəlliyi və s. haqqında da maraqlı məlumatlar vermişdir.{nl}

Tofiq BABAYEV,
tarix üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi

Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi

$
0
0
Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi

Azərbaycanın bolşeviklər tərəfindən işğalı əleyhinə müqavimət hərəkatının üsyan dalğası 28 aprel işğalından az sonra bütün Azərbaycanı bürümüşdü.

Mayın 18-də bolşeviklər və qırmızı döyüşçülər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Həmin vaxtlarda Ucar və Bərgüşadda yeni rejimlə razılaşmayan əhali dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi. 1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq aparıldı. Şəhər hərbi qarnizonunun rəisi, 28-ci diviziyanın komandiri Nesterovskinin 1920-ci il mayın 26-da imzaladığı əmrdə göstərilirdi ki, Bakı şəhərində fəhlə və kəndli hökumətinə qarşı üsyanların hazırlanması barədə şayiələr dolaşmaqdadır. Əmrdə daha sonra deyilirdi: “Hansı evdən güllə atılsa, o ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər”.

İkinci cild Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında yazılır ki, yeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı. Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Cümhuriyyət ordusunun əsgər və zabitləri yeni rejimə qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər. Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı.

Qarabağda yaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi. Mayın 21-də Tərtərdə yerli əhali buradakı 11-ci Qırmızı ordu bölmələrinə qarşı hücuma keçdi. Üsyançılar qalib gəldilər. 11-ci Qırmızı ordu hissələri 80 nəfərə qədər itki verdi. Tərtərdəki 11-ci Qırmızı ordu alayının komandiri Naumov öldürüldü. Üsyan Azərbaycanda sovet rejiminə qarşı ilk güclü müqavimət idi. Onun daha da genişlənməsinin qarşısını almaq üçün 11-ci ordu komandanlığı dərhal əməli tədbirlər gördü. Gəncədən Qarabağa süvari bölmələri gətirildi. Ermənilər xəyanət edərək, düşmən tərəfinə keçdilər. Ermənilərdən təşkil edilmiş dəstə 11-ci Qırmızı ordu dəstələri ilə birlikdə üsyanın yatırılmasında fəal iştirak etdi. Bütün bunların nəticəsində Tərtərdə üsyançıları müvəqqəti olaraq sakitləşdirmək mümkün oldu.

Gəncə üsyanı (1920) 11-ci ordu komandanlığını daha ciddi təşvişə saldı. Həm bu üsyanın, həm də digər bölgələrdə baş verən üsyanların qarşısının alınması üçün 11-ci ordu komandanı 1920-ci il mayın 26-da 60 nömrəli direktiv imzaladı. Azərbaycanda baş verən xalq hərəkatı ilə bağlı mayın 28-də Qafqaz cəbhəsi komandanı V.Gittis də xüsusi direktiv imzaladı. Cəbhə komandanı Zaqatala, Gəncə, Şuşa bölgələrində vəziyyətə nəzarət edilməsi üçün həmin yerlərdə lazımi qədər qüvvə saxlanılmasını lazım bildi. O, əsas vəzifə kimi, nəyin bahasına olursa-olsun, Bakıda vəziyyətə nəzarət olunması, neft mədənlərinin və qurğularının qorunması haqqında göstəriş verdi.

Azərbaycanda Moskvanın dayağı olan qüvvələr Bakının xaricdən qorunmasını təmin etməklə bərabər, onun daxilində də işğal rejimini möhkəmləndirmişdilər. Xüsusi şöbənin əməkdaşları şübhələndikləri adamları terrorla aradan götürürdülər. Əhalidə saxlanılan silahlar toplanırdı. Sovet rejiminə qarşı ən adi hərəkətlərə görə amansız tədbirlər görülürdü. Bu baxımdan Bakı şəhər qarnizonu rəisinin iyunun 7-də imzaladığı əmr səciyyəvidir. Əmrin imzalanmasına səbəb kimi Abşeron yarımadasında qırmızı hərbçilərin əhali tərəfındən öldürülməsi, yaralanması, bəzilərinin isə itkin düşməsi göstərilirdi. 11-ci ordu komandanlığı bu hadisələri kütləvi üsyana xəbərdarlıq kimi qəbul edir və əhalinin narazıhğını yerindəcə boğmağa çalışırdı. Ona görə, qarnizon rəisi Bakı kəndlərinin əhalisindən evlərində saxladıqları silahları təhvil verməyi tələb edirdi. Kənd sakinləri isə qarnizon rəhbərliyinin tələblərinin əksinə olaraq, özlərini qorumaq üçün saxladıqları silahları təhvil verməyə meyl göstərmirdilər. Belə olduqda, sakinlərdən 10 nəfər girov götürülmüş və bir neçə gündən sonra güllələnmişdilər. Lakin 11-ci ordu komandanlığının həyata keçirdiyi tədbirlər əhalinin narazılığını daha da artırdı.

Gəncə üsyanından sonra növbəti kütləvi üsyan Qarabağda və Zaqatala bölgəsində baş verdi.

Qarabağdakı üsyanın vüsət aldığı bir vaxtda Azorbaycanın digər ərazilərində də sovet rejiminə qarşı xalq üsyanları baş verdi. Kür və Qanıq (Alazan) çaylarının qovuşacağında sovet hakimiyyətindən narazı olan əhali 800 nəfərlik silahlı dəstə yaratmışdı. Dəstənin sərəncamında 2 top və 8 ədəd pulemyot var idi. Qəbələdə bütün müsəlmanlar işğalçılar əleyhinə müqəddəs müharibəyə (cihada) çağırıldı. Bu çağırışa səs verənlər Şəkidən 50 verst cənub-şərqdə olan Xaçmaz kəndinə toplanırdı. Xalq könüllüləri Şamaxı-Quba yolu ilə şimala doğru hərəkət edib Azərbaycanın Sovet Dağıstanı ilə əlaqələrini kəsməli idi. 3000 nəfərlik başqa bir silahlı dəstə Cavad qəzasında, Saatlıda yaradılmışdı. Dəstə onlara qarşı göndərilmiş 28-ci diviziyanın 2-ci süvari alayına hücum etdi. Toqquşmalar nəticəsində üsyançılar ağır tələfat verdilər.

1920-ci ilin yayında Şəmkirin Müsgürlü kəndində də sovet rejimi əleyhinə üsyan baş verdi. Qırmızı ordu hissələrinə müqavimət göstərmək üçün burada da yerli əhalidən silahlı dəstə təşkil olunmuşdu. Digər bölgələrdə olduğu kimi, 11-ci ordu komandanlığı buradakı üsyanın da yatırılmasına böyük qüvvələr göndərdi. Şəmkirdə sovet qüvvələrinə qarşı qadınlar və uşaqlar da vuruşurdular. Payızda burada alovlanan başqa bir üsyana Namaz adlı bir kəndli rəhbərlik edirdi. Üsyançılar 500 nəfərlik dəstə ilə qəzanın böyük bir hissəsində sovet rejimini ləğv etmişdilər. Qırmızı ordunun çoxsaylı hərbi qüvvələri bu üsyanı da böyük qəddarlıq və amansızlıqla yatıraraq, yerli əhaliyə divan tutdu.

Avqustun 23-də Quba qəzasında Küzün kəndinin əhalisi silahlı üsyan qaldırdı. Onlar kənddə iki nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətsizliklərini bəyan etdilər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərdi. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas oldu. Qubanın hərbi komissan Küzün kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərdi. Avqustun 26-da Küzün kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş oldu. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərdi. Avqustun 29-da Qubanın 4 verstliyində (1 verst = 1,0668 km) sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu - sentyabrın əvvəllərində üsyançıların silahlı dəstəsi tam formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdilər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər.

Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla əfəndi Əfəndizadə rəhbərlik edirdi. Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi.

Sovet hakimiyyətinə qarşı vuruşan böyük üsyançı dəstələrdən biri də Muğanda formalaşmışdı. 1920-ci il avqustun sonundan başlayaraq bu dəstənin fəaliyyəti bölgənin bir çox kəndlərində sovet hakimiyyəti orqanlarının devrilməsi ilə başa çatmışdı. Sovet qüvvələri Qaradonlu (indiki İmişli) ətrafında üsyançı dəstəni məhv etməyə cəhd göstərsə də, bu cəhd nəticəsiz qaldı. Qaradonlu ətrafındakı 7 kənd də üsyançılara qoşuldu. Bu kəndlərin birləşmiş silahlı dəstəsinə Sarıxan rəhbərlik edirdi. Həmin dəstə xeyli gücə malik idi. Cavad qəzası İnqilab Komitəsinin sədri Baxtamov Bakıya göndərdiyi raportlarında israrla əlavə kömək göndərilməsini xahiş edirdi. Sanxanın 4 minlik dəstəsinin qarşısını almaq üçün qəzada kifayət qədər qüvvə yox idi. Üsyançı dəstə yerlərdəki sovet qüvvələrinin müqavimətini qıraraq, sentyabrın 21-də qəzanın daha bir neçə kəndini qırmızılardan təmizlədi. Kəndlərdə olan milislər də üsyançıların tərəfınə keçdilər. Qəza rəisi sentyabrın sonlarına aid raportlarının birində sovet hakimiyyətinin qəzadakı mövqeyinin getdikcə mürəkkəbləşdiyini və yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, Salyana qədər olan ərazilərin üsyançıların nəzarəti altına keçəcəyini bildirirdi. Qəza rəisi sovet hakimiyyətinin möhkəmləndirilməsinin yeganə yolunu 11-ci ordu qüvvələrinin ora göndərilməsində görürdü. Çünki bölgədəki hərbi qüvvənin əsgər və komandirləri xalqla bir olduğundan üsyançılara qarşı çıxış etmirdilər.

Azərbaycanın cənubunda ən kütləvi antisovet üsyanı Lənkəran-Astara bölgəsində baş verdi. Bu bölgədəki üsyanların əsas dalğası 1920-22-ci illərə təsadüf edir. Azərbaycanında sovet hakimiyyətinə qarşı çıxışlar 20-ci əsrin 30-cu illərində və ondan sonra da müxtəlif formalarda davam etmişdir.

Karabakhmedia.az

GƏLMƏ TÜRK TAYFALARI: kimmerlər, skiflər, saklar, onların etnik tərkibi və dili haqqında

$
0
0
GƏLMƏ TÜRK TAYFALARI: kimmerlər, skiflər, saklar, onların etnik tərkibi və dili haqqında

Türkün beşiyi

Azərbaycan xalqının mənşəyinin müəyyənləşdirilməsi, dil tarixinin öyrənilməsi müxtəlif konsepsiyaların toqquşması yolu ilə yaranmış gərgin mübarizə prosesinin nəticəsi kimi meydana çıxır və əslində, yuxarıdan nəzarət olmadığı, olan nəzarət də əks qüvvələrin xeyrinə olduğu üçün bu mübarizə hazırkı dövrdə daha kəskin şəkildə davam etməkdədir.

Dilin və xalqın mənşəyini müəyyənləşdirmək sahəsində bilavasitə imkanlı və ixtiyarlı qüvvələr daim mühafizəkar mövqe tutmuş, Azərbaycan ərazilərində çox qədim dövrlərdən köklü türk tayfalarının mövcudluğu faktlarını inkar etməklə, türk tayfalarının Azərbaycana ilkin gəlişini eramızın III-V əsrləri ilə bağlamış, lakin bu gəlişin də elə bir əhəmiyyətə malik olmadığını, Azərbaycan türk dilinin XI-XIII əsrlərdə səlcuq-oğuzların gəlişi ilə təşəkkül tapdığını israrla sübuta çalışmışlar. Bu qrupun nümayəndələri türklərin Orta Asiyada, Sayan-Altay dağlarının şimal-qərb bölgəsində, Yenisey çayı boyunda yaşayıb artdığını, Avropaya, Asiyanın digər yerlərinə, Xəzərin cənubuna və qərb sahillərinə buradan yayılmağa başladığını, ilkin yayılmanın daha çox miladdan sonra V əsrə təsadüf etdiyini güman və iddia etmişlər.

Dünya elminin arxalandığı arxeoloji materiallar göstərdi ki, türklərin ilkin vətəni Sayan-Altay əraziləri deyil, Ön Asiya olmuş, ilkin miqrasiyalar məhz buradan başlamış, türklər buradan Mərkəzi Asiyaya köç etmiş, min illərlə o yerlərdə artıb-çoxalaraq yeni əlverişli yaşayış sahələri axtarışı ilə yenidən geriyə - öz ilkin yurdlarına dönmüşlər. Ulu dil Ön Asiya və Aralıq dənizi həndəvərində yaranmış və burada protodillərə parçalanmışdır. Pratürk Ön Asiyada təşəkkül tapmış, dialekt parçalanmaları ilə mezolitdən başlayaraq bizim dəqiq bilmədiyimiz dövrlərdə şərqə, qərbə və şimala buradan hərəkət etmişdir. Lakin yerli tayfaların böyük bir qismi və ya tayfa bölümləri öz ilkin vətənini, doğma yurdlarını - Azərbaycan ərazilərini, indiki Azərbaycan, İran və İraq bölgələrini heç vaxt tərk etməmişlər. Bu ərazilər türk tayfalarının daimi məskəni olmuş, onlar bu ərazilərə sonralar gələn irandillilər, qafqazdillilər və samilərlə qonşuluqda yaşamışlar. Mühafizəkar tarixçilərin fikrincə, hansı dildə danışdığı bilinməyən qədim aborigen Azərbaycan etnosları iki dəfə - əvvəlcə Mada imperiyası dövründə və sonra da XI-XII əsrlərdə öz etnik simasını dəyişmiş, birinci dövrdə iranlılaşmış, ikinci dövrdə türkləşmişlər. Lakin tarixə yeni gözlə baxan alimlərin tədqiq və araşdırmaları, eyni zamanda külli miqdarda dil faktları göstərir ki, qədim Azərbaycanın aborigen etnosları türklərdən ibarət olmuş və heç vaxt öz etnik simalarını dəyişməmiş, heç vaxt iranlılaşmaya mə’ruz qalmamışlar. Əksinə, yeni gələn türk tayfaları daim onlara qol-qanad vermiş, onları gücləndirmişdir. hərəkatının nümayəndələri (Y.Yusifov, T.Hacıyev, Q.Qeybullayev, M.İsmayıl, E.Əlibəyzadə, V.Həbiboğlu, Ç.Qaraşarlı və b.) tarixi faktlardan aldıqları təəssürat əsasında daim Azərbaycanı türkün vətəni görmüşlər. Bu yaxın günlərdə Z.H.Həsənov özünün «Çar skifləri» adlı monumental əsəri ilə bu siyahını daha da genişləndirmiş oldu.

Tarixin bizə yaxın dövrlərində türk tayfalarının Azərbaycana üç mərhələdə gəlişi mə’lumdur:

1. E.ə. VIII-VII əsrlərdə kimmer, skif, sak tayfalarının gəlişi;

2. Eramızın birinci minilliyinin əvvəlindən (daha çox I-V əsrlərdə və sonrakı dövrlərdə) hunların gəlişi;

3. XI - XII əsrlərdə səlcuq-oğuzların gəlişi.


Heç şübhəsiz, bunlar zaman-zaman Azərbaycanda türk etnoslarının və türk dilinin mövqeyini gücləndirmiş, yerli türk tayfa dillərinin ümumiləşməsinə, ümumxalq Azərbaycan dilinin təşəkkülünə xüsusi tə’sir göstərmişdir.

Hələlik Azərbaycan ərazisinə türk tayfalarının ilk gəlişi kimmer, skif və sak tayfalarının gəlişi hesab olunur. Bunlar ilk dövrlərdə Azərbaycanda neçə min il əvvəldən məskunlaşmış aborigen türk tayfaları kutilər, lullubilər, sular, turukkilər, kaslar və b. ilə və onların varisləri mannalılar, madalılarla bir müddət qonşuluq münasibətlərində olsalar da, tədricən yerli türk etnosları ilə qaynayıb-qarışmış, e.ə.I minilliyin ortalarından başlayaraq, daha əsaslı şəkildə konsolidasiya prosesi keçirərək Azərbaycan xalqının və dilinin təşəkkülündə bilavasitə iştirak etmişlər.

Qədim türk tayfaları içərisində ilk gələnlər kimmerlər hesab olunur. Herodotun (e.ə.484-425) məlumatına görə, Qara dənizin şimal sahillərində məskunlaşmış olan kimmerlər e.ə. VIII əsrdə şərqdən o yerlərə gələn skiflərlə toqquşmadan çəkinərək Cənubi Qafqaza enmiş, buradan isə Kiçik Asiyaya keçmişlər. Onların bir qismi Kür-Araz vadisinin qərb hissəsində - Azərbaycan-Gürcüstan sərhədi boyu yerləşmişdir. Lakin bu yerlərdə çox dayanmayaraq o vaxtlar Urartu nəzarətində olan indiki Ermənistan ərazisinə keçmişlər. Urartulularla toqquşmalı olmuş, onları məğlub etmişlər (e.ə.715). Mənbələrin məlumatına görə, skiflər (saklar) onları izləməkdə olduqları üçün kimmerlər Kiçik Asiyaya hərəkət edərək oradakı Friqiya dövlətini ləğv etmişlər. O zaman bu dövlətin tabeliyində olan, Hayasa adlı vilayətdə yaşadıqları üçün hay adlanan ermənilərin bir hissəsi öz yurdlarını tərk edərək indiki Ermənistan ərazisinə köçməli olmuşlar. Sonralar kimmerlərin bir hissəsi Manna ərazisinə keçərək burada kök salmış, mannalılar, madalılarla qaynayıb-qarışmış, Azərbaycan xalqının etnik tərkibinə daxil olmuşlar.

Herodotun və Diodorun qeydlərinə əsasən, Mərkəzi Asiyadan Şimali Qara dəniz sahillərinə qədər geniş əraziləri tutan skiflərin Ön Qafqaza gəlişi VIII əsrin ikinci yarısına aid edilir. Onlar «tarixin atası»nın fikrinə görə, kimmerlərin ardınca irəliləyərək Dərbənd keçidi vasitəsilə Ön Asiyaya çatmış, Araz çayından şimalda məskunlaşmışlar. Skiflərin bir qismi kimmerlərin izi ilə Midiya (Azərbaycan) ərazilərinə daxil olmuş, Azərbaycanda Skif çarlığı yaratmışlar.

Skiflər iki bölük olmuşlar. Bir bölüyü Manna ərazisində, digəri Urartunun cənubunda yerləşmişdir. Tarixçilər qeyd edirlər ki, VII əsrin ortalarında bu iki mərkəz birləşərək, kimmerləri də özlərinə qatıb Kimmer-skif-sak padşahlığı yaratmışlar. E.ə. 693-cü il hadisələri ilə əlaqədar Tövrat Urartu və Manna ilə yanaşı, Skif çarlığını da xatırladır. Çarlığın ilk hakimi kimmer başçısı Tuqdamme olmuşdur. O, «Saklar ölkəsinin və Qutiumun çarı» rütbəsini daşımışdır.

VII əsrin son rübünün başlanğıcında (e.ə.625-ci il) Kimmer-skif-sak padşahlığı Mada ilə rəqabətə dözməyərək süqut etmişdir. Bu zaman skiflərin bir hissəsi yenidən Qara dənizin şimal sahillərinə üz tutmuş, bir hissəsi Azərbaycanda - sakların adı ilə Sakasena adlanan ərazidə qalmışlar. «Şübhə yoxdur ki, e.ə.VII əsrin sakları e.ə VI-V əsrlərin ortokoribantlarının və e. ə. IV-I əsrlərin sakasenlərinin özüdür və qaynaqlara görə onlar daha məhdud bir ərazidə - Sakasenada (Şakaşen) yaşamışlar». Beləliklə, Azov dənizinin qərb sahillərində çarlıq yaratmış olan skiflərin bir müddət Cənubi Qafqaz - indiki Azərbaycan ərazilərində də çarlığı olmuşdur. Elmi ədəbiyyatda bunlar «çar skifləri» adlandırılır.

Skiflər müxtəlif tayfaların birliyindən ibarət olmuş, geniş ərazilərdə məskunlaşmışlar. Strabon tarixçi Eforun fikrini yada salaraq göstərir ki, «əgər göyü və yeri dörd hissəyə bölsək, onda şərqi hindlilər, cənub tərəfi həbəşlər, qərb tərəfi keltlər, şimal tərəfi skiflər tutur». O bunu da əlavə edir ki, «Həbəş və skif əraziləri daha böyükdür».

Qədim türk tayfalarından skiflərin, sakların, kimmerlərin Azərbaycan ərazilərinə yürüşləri və müklər, kaspilər, utilər haqqında məlumata Herodotdan əvvəl Assur mənbələrində rast gəlirik. Assur çarı Asarxaddonun (e.ə.681-668) vaxtında akkad dilində tərtib olunmuş gil lövhələrdə kimmerlərin, skiflərin Azərbaycan ərazisində olduğu və madalılarla birlikdə Assuriya üzərinə hücuma hazırlaşdığı barədə rəmmal (orakul) mülahizələri vardır. Hiss olunur ki, assurlar böyük təlaş və həyəcan içərisindədirlər. Kimmerlərin yaratdığı təlaş bu yazılarda aydın hiss olunur: «Səndən soruşuram, Şamaş, böyük hakim, bu gün nə baş verir, bu ilin bu ayar ayının 3-də, aba ayının 11-nə qədər - deyəsən, Kaştariti öz ordusu ilə, deyəsən, kimmerlərin ordusu, deyəsən, mannalıların ordusu, deyəsən, midiyalıların ordusu, deyəsən, düşmən kim olursa-olsun, bu Kişessu şəhərini onlar tutacaqlar, bu Kişessu şəhəri gedəcək, bu Kişessu şəhəri onların əli ilə işğal olunacaq, öz hakimliyin altından çıxacaq».

Həmin dövrdə skiflərin də assurlar üzərinə yeriməkdə olduğunu mənbə qeyd etmişdir: «Şamaş, böyük hakim, o şey haqqında ki, mən səndən soruşuram, düz cavab ver mənə. Bartatua, bu saat Asarxaddona, Assur çarına çapar göndərən Skif çarı, ondan ötrü ki... əgər Asarxaddon, Assur çarı çar qızını öz qaremasından arvadlığa göndərsə... Bartatua, Skif çarı onunla müqavilə bağlar, inamlı və mehriban söhbət olar...»

Skiflər müxtəlif tayfa birliklərindən ibarət olmuşlar. Herodotun mə’lumatından belə nəticə çıxarmaq olur ki, müstəqil skif dili varmış. Eyni zamanda ellin dilində danışan skiflər də varmış. Savromatlar, amazonkalar «pis skif dilində» danışırmışlar. Bir sıra tayfaların isə öz ayrı dilləri varmış və skiflər mərkəzə yığışanda danışığı «yeddi dilmancın köməyi ilə yeddi dildə» aparırmışlar. (Herodot,IV,24; 58; 21) Böyük ordu ilə bağlı məsləhətləşmələr, fikir mübadiləsi zamanı iavr, aqafirs, nevr, androfaq, melanxlen, qelon, budin və savromat çarları yığılarmış.

Beləliklə, qaynaqlardan aydın olur ki, Azərbaycan ərazisinə e.ə. VIII əsrin sonlarında ilk ayaq basan türk tayfaları kimmerlər, skiflər və saklar olmuşlar.

Skif dilinin varisi barədə. Skiflərin daha çox İran, türk və slavyan dillərində danışan tayfalar olduğu daha inandırıcı hesab olunur. Onları yalnız iranmənşəli hesab edənlər də vardır. Bu konsepsiya daha çox V.İ.Abayevin araşdırmalarına əsaslanır. Z.H.Həsənov V.İ.Abayevin tədqiq və araşdırmalarını diqqətlə izləyərək, skifləri yalnız irandilli tayfalar kimi qiymətləndirmək üçün onun müddəalarının heç bir əsas vermədiyini üzə çıxarmışdır. V.İ.Abayev cəmi 650 min nəfərlik əhalinin istifadə etdiyi osetin dilini Qafqaz dilləri substratı əsasında yaranmış İran dillərindən biri kimi əsaslandırmağa çalışmış, bu dili skif dilinin varisi hesab etmişdir.

V.F.Miller, A.A.Sobolevski, N.Y.Marr, K.Müllenqof, F.Yusti, V.Tomaşek, C.Markvart, M.Fasmer, Y.Xarmat və başqaları da eyni fikirdə olmuşlar. Lakin osetinlərin irandilli olması probleminin özü şübhəlidir, bu barədə yekdil fikir yoxdur. Digər tərəfdən, V.İ.Abayevin skif, sarmat, alan dillərindən götürüb osetin dili ilə müqayisə etdiyi 196 sözün seçilməsi prinsipi də düz hesab olunmur. V.İ.Abayev e.ə. Herodot dövrünün skif, eramızın IV-V əsrlərinə aid sarmat sözlərini osetin leksikası ilə müqayisə etmişdir. Bu cür müqayisə elmi obyektivliyə ziddir. V.İ.Abayev özü də həqiqətdən yan keçə bilməmiş, öz şübhələrini gizlətməkdən çəkinmişdir: «...ilk müəlliflərdə, Herodotda biz daha çox terminə, sözə rast gəlirik ki, İran dilləri ilə kafi şəkildə izah olunmur. İranlılaşma sonralar bir sıra mərhələlərdə getmişdir. Onun başlanğıc mərhələlərində iranaqədərki elementlərin xüsusi çəkisi hələ mühüm yer tuturdu». İ.M.Miziyev müəyyənləşdirmişdir ki, V.İ.Abayevin əsaslandığı 196 sözün 48 müxtəlif qədim abidələrdə («Avesta» və s.) işlənsə də, osetin dilində işlənməmişdir; yerdə qalan 148 sözün 101 isə xalis türkmənşəli sözlərdir - V.İ.Abayev onları müxtəlif fonetik dəyişmələrlə İran dillərinə uyğunlaşdırmağa çalışdığı halda, onlar heç bir fonetik əvəzlənməyə ehtiyac olmadan türk dillərində mövcuddur.

Z.Həsənov skiflərin totemləri sayılan qurd və maralın osetinlərlə heç bir əlaqəsi olmadığını da təbii faktlarla sübut etmişdir. Osetinlərdə qurd sözü türkmənşəlidir,-V.İ.Abayev özü də bunu qeyd etmişdir,-xalq öz totemini başqa dilin sözü ilə adlandırmaz və öz totem adını unutmaz. İkinci totemə - maral sözünə gəlincə, bu söz osetin dilində saq şəklində işlənir və Abayevin fikrincə, skiflər özlərini bu sözlə saka adlandırmış, saka etnonimi belə yaranmışdır. Z.Həsənov qeyd edir ki, saq - ‘maral’ sözü osetin dilindən başqa heç bir irandilli əhalinin dilində işlənmir. V.İ.Abayev fikrini əsaslandırmaq üçün XIX-XX əsr osetin folklorundan misal gətirmişdir, lakin türklərdə maral mənasında soq-un sözü XII əsr uyğur yazılarında qeydə alınmışdır. M.Kaşğaridə isə ‘erkək maral’ mənasında sığun sözü vardır. Yakut dilində saka sözü etnonim sayılır və ‘maral’ mənasındadır. Müasir türkmən dilində ‘maral’ sözü sığır, buryat dilində sağaa şəklində işlənməkdədir və s.

Müxtəlif dillərdə danışan skiflərin varisini kiçik bir xalqla məhdudlaşdırmaq olmaz. Skiflərin varisi türklər, irandillilər və slavyanlardır. Skif çarlığının əzəli tayfaları türklərin əcdadlarındandır./uludil.gen.az/

Karabakhmedia.az

Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

$
0
0
Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

Ər­toğ­rul Qa­zi Os­man­lı döv­lə­ti­nin qu­ru­cu­su Os­man Qa­zi­nin ata­sı­dır. Oğuz­la­rın Bo­zok qo­lu­na bağ­lı Ka­yı bo­yun­dan Sü­ley­man şa­hın oğ­lu­dur. Ana­sı Hə­li­mə xa­nım­dır.

Çin­giz xa­nın is­lam məm­lə­kət­lə­ri­ni ta­lan et­di­yi za­man ata­sı Səl­cuq­lu tor­paq­la­rın­da ya­şa­maq üçün qə­bi­lə­si­lə bir­lik­də öl­kə­si­ni tərk edib, Amu-Dər­ya ça­yı­nı keç­mək­lə oğuz­la­rın çox ol­duq­la­rı Ard höv­zə­si­nə, son­ra Xo­ra­sa­nın şi­mal sər­hə­di­nə, ora­dan Qa­ra­qum gö­lü­nün cə­nu­bu­na, ora­dan isə Mərv (in­di­ki Türkmə­nis­tan­dan 30 km şərqdə yer­lə­şən Ma­rı şə­hə­ri) yo­lu ilə Eh­la­ta (gü­ney Ana­do­lu­nun Bit­lis ra­yo­nu­na bağ­lı ki­çik qə­sə­bə) gə­lib. Mon­qol atə­şi­nin Şər­qi Ana­do­lu­nu da sar­ma­sı ilə qə­bi­lə­si­nə da­ha təh­lü­kə­siz bir yer ax­ta­ran Sü­ley­man şah in­di­ki Su­ri­ya əra­zi­si­nə doğ­ru is­ti­qa­mət gö­tü­rür, la­kin Rak­ka ci­va­rın­da Ca­ber qa­la­sı ya­xın­lı­ğın­da Fə­rat ça­yın­dan ke­çər­kən bo­ğu­la­raq ölür.

Ata­sı­nın və­fa­tın­dan son­ra Ər­toğ­rul Qa­zi qə­bi­lə­yə baş­çı se­çi­lir. Bö­yük qar­daş­la­rı Sun­qur Tə­kin və Gün­doğ­du qə­bi­lə­dən öz­lə­ri­nə ta­be olan bir his­sə ilə Eh­la­ta ge­ri dö­nür. Ər­toğ­rul Qa­zi isə qar­da­şı Dün­dar bəy­lə bir­lik­də Qər­bə doğ­ru hə­rə­kət edir. Si­vas ya­xın­lı­ğın­da qo­naq­la­dıq­la­rı za­man Səl­cuq­lu or­du­su ilə bö­yük bir mon­qol bir­li­yi­nin dö­yü­şü­nə şa­hid olur. Səl­cuq­lu­la­rın məğ­lu­biy­yə­tə ya­xın ol­duq­la­rı­nı gö­rən Ər­toğ­rul Qa­zi öz qüv­və­lə­ri­lə on­la­rın yar­dı­mı­na gə­lir və qa­lib gəl­mə­lə­ri­ni tə­min edir. Ər­toğ­rul Qa­zi­nin bu hə­rə­kə­ti­nə min­nət­dar­lı­ğı­nı bil­dir­mək is­tə­yən Səl­cuq­lu döv­lə­ti­nin hökmda­rı Sol­tan Əla­əd­din Key­qu­bad ona il­ti­fat edə­rək xə­lət gön­də­rir və An­ka­ra ya­xın­lı­ğın­da­kı Qa­ra­dağ­lar böl­gə­si­ni ona ve­rir. Ər­toğ­rul bəy bir müd­dət bu­ra­da qal­dıq­dan son­ra Bi­zans sər­həd­lə­ri­nə qə­dər gə­lə­rək Sö­yüd­lü ya­xın­lı­ğın­da olan Aşa­ğı Sa­kar­ya höv­zə­si­nə yer­lə­şir və bu­ra­da Bi­zans sər­həd­lə­rin­də­ki qə­sə­bə və kəndlə­rə axın­lar dü­zən­lə­mə­yə baş­la­yır. Səl­cuq­lu or­du­su ilə İz­nik Rum im­pe­ra­tor­lu­ğu­na bağ­lı qo­şun­lar ara­sın­da baş ve­rən dö­yü­şü Səl­cuq­lu­lar Ər­toğ­rul Qa­zi­nin yar­dı­mı ilə qa­zan­dıq­dan son­ra Əla­əd­din Key­ku­bad mü­ka­fat ola­raq Əs­ki­şə­hər və ət­ra­fı­nı da Ər­toğ­rul Qa­zi­yə ve­rir. Bu qə­lə­bə­dən son­ra Qa­ra­ca­hi­sa­rı ələ ke­çi­rən Ər­toğ­rul qa­zi Sö­yüd­lü üzə­ri­nə yü­rü­yə­rək ora­nı da fəth edir. Sö­yüd­lü­nü yurd ola­raq tu­tan Ər­toğ­rul Qa­zi, Bi­zans sər­həd­lə­ri­nə hü­cum et­di­yi ki­mi, on­lar­la dostluq əla­qə­lə­ri də qu­rub. Sö­yüd­lü­yə yer­lə­şən Ka­yı əşi­rə­ti hər ke­çən gün güc­lə­nə­rək bö­yü­yür.
Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

Os­man­lı sul­tan­la­rı dün­ya­nın ən cən­ga­vər can­gü­dən­lə­ri­nin qo­ru­ma­sın­da hə­rə­kət edib­lər, yan­la­rın­dan nə­in­ki in­san oğ­lu, heç quş da uça bil­mə­yib. Bu, bəl­kə də dün­yə­vi güc­lü­lük, şan-şöh­rət ba­xı­mın­dan çox gö­zəl idi, am­ma nə vaxtsa Ər­toğ­rul Qa­zi və Os­man Qa­zi­nin ət­ra­fı­na yı­ğı­lan ilk axın­çı­lar türkmən öv­lad­la­rı üçün qə­bu­le­dil­məz idi. On­lar üçün baş­çı­la­rı elə öz­lə­ri ki­mi bir türkmən qı­zın­dan do­ğul­muş, nə­nə­si­nin di­zi­nin di­bin­də bö­yü­müş, is­tə­ni­lən vaxt ya­nı­na get­mə­yin və sö­zü­nü de­mə­yin müm­kün ol­du­ğu bi­ri­si ol­ma­lıy­dı. On­la­rın baş­çı­sı dö­yüş­lə­rə ala ça­dır­dan bax­ma­ma­lı, qırx igi­di ilə bir­gə ön cər­gə­də çar­pış­ma­lı idi. Ər­toğ­rul Qa­zi bu is­tək­lə­ri ödə­yir­di. Elə "Qa­zi" ün­va­nı­nı da qon­şu­luq­da olan Bi­zans va­li­lə­ri­nə qar­şı qa­zan­dı­ğı par­laq qə­lə­bə­dən son­ra alıb.

Ər­toğ­rul qa­zi­nin əda­lə­ti, xal­qa qar­şı yax­şı dav­ra­nış və yar­dım­la­rı o qə­dər çox olub ki, xris­ti­an­lar be­lə onu sev­mə­yə baş­la­yıb­lar. Fə­qət Ər­toğ­rul Qa­zi­nin gün­dən-gü­nə güc­lən­mə­si Qa­ra­ca­hi­sar tək­fu­ru­nun xo­şu­na gəl­mə­yib. On­lar Ər­toğ­ru­la qar­şı cəb­hə aç­ma­ğa baş­la­yıb­lar. Be­lə ol­duq­da Ər­toğ­rul Qa­zi Kon­ya­ya ge­də­rək Sul­tan Əla­əd­di­ni bu qa­la­nın fət­hi­nə təş­viq edib və on­lar bə­ra­bər gə­lə­rək Qa­ra­ca­hi­sar qa­la­sı­nı mü­ha­si­rə al­tı­na alıb­lar. Mon­qol­la­rın Kon­ya Ereğ­li­si­ni mü­ha­si­rə al­tı­na al­ma­la­rı ilə Sul­tan Əla­əd­din ge­ri dön­mək məc­bu­riy­yə­tin­də qa­lıb. An­caq Ər­toğ­rul Qa­zi mü­ha­si­rə­yə da­vam edib. Bir müd­dət son­ra qa­la­nı fəth edən Ər­toğ­rul Qa­zi Qa­ra­ca­hi­sar rəh­bə­ri­ni və di­gər əsir­lə­ri qar­da­şı Dün­dar Qa­zi ilə bir­lik­də Kon­ya­ya Sul­tan Əla­əd­di­nin xid­mə­ti­nə gön­də­rib.
Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

Ər­toğ­rul Qa­zi al­tı il bo­yun­ca, Səl­cuq­lu Sul­ta­nı Əla­əd­din Key­qu­ba­dın və­fa­tı­na qə­dər və on­dan son­ra uzun il­lər bo­yun­ca ət­ra­fı­nın fət­hi və Mü­qəd­dəs İs­la­mın ya­yıl­ma­sı üçün bü­tün gü­cü ilə mü­ca­di­lə edib. Sul­tan Əla­əd­di­nin və­fa­tın­dan son­ra Səl­cuq­lu hökmdar­la­rı ara­sın­da baş ve­rən taxt-tac da­va­la­rı­na heç qa­rış­ma­yıb. An­caq Sö­yüd­lü­nün üç böl­gə­sin­də tək­fur­la­ra və ət­ra­fın­da­kı­la­ra qar­şı apar­dı­ğı mü­ba­ri­zə­yə da­vam edib. Oğ­lu Sav­cı bə­yi Kon­ya­ya Sul­tan Əla­əd­din Key­qu­ba­dın xid­mə­ti­nə gön­də­rib. Sul­tan Əla­əd­din də Bur­sa ilə Kü­tah­ya ara­sın­da­kı Do­ma­niç dağ­la­rı­nı yay­laq, Sö­yüd­lü ilə Qa­ra­ca­hi­sa­rı qış­laq ola­raq Ər­toğ­rul Qa­zi­yə ve­rib. Be­lə­cə, Ər­toğ­rul Qa­zi öz tay­fa­sı ilə bə­ra­bər Sö­yüd­lü­yə gə­lib və Do­ma­ni­çə yer­lə­şib, o ci­var­da ya­şa­yan əf­şar və çav­dar tay­fa­la­rı­nın ət­ra­fa ver­di­yi zə­rər­lə­rə ma­ne olub. Os­man­lı döv­lə­ti­nin qu­ru­cu­su Os­man Qa­zi­nin ata­sı Ər­toğ­rul qa­zi 1281-ci il­də təx­mi­nən 92 ya­şın­da Sö­yüd­lü­də və­fat edib və ora­da dəfn edi­lib.

Ər­toğ­rul Qa­zi­nin və­fa­tın­dan son­ra ki­çik oğ­lu Os­man Qa­zi qövm və qə­bi­lə rə­i­si olub. Os­man bə­yin bağ­rın­dan çı­xa­raq də­niz­lə­ri, di­yar­la­rı, qi­tə­lə­ri və öl­kə­lə­ri möh­tə­şəm bu­daq­la­rı ara­sı­na ala­caq olan çi­na­rın kö­kü tor­pa­ğa ya­yıl­ma­ğa baş­la­yıb. Be­lə ki, bu çi­na­rın köl­gə­si al­tın­da bü­tün in­san­lıq Əs­ri-Sə­a­dət­dən son­ra bir da­ha gö­rüb xə­yal edə bil­mə­di­yi bir şə­ra­it­də tam al­tı əsr bo­yun­ca ya­şa­yıb.

Ər­toğ­rul Qa­zi və­fat et­dik­də Os­man­lı bəy­li­yi Qa­ra­ca­dağ, Sö­yüd­lü, Do­ma­niç və ət­ra­fın­da­kı 4800 kv. ki­lo­metrlik bir tor­paq sa­hə­si­nə sa­hib idi. Ər­toğ­ru­lun və­fa­tın­dan son­ra üç böl­gə­də yer­lə­şən Oğuz tay­fa­la­rı­nın it­ti­fa­qı ilə, Ka­yı bo­yun­dan ol­du­ğu üçün Os­man bəy Bö­rü Bu­du­nun kö­mə­yi ilə bü­tün tay­fa­la­rın sa­yə­sin­də Bi­zans im­pe­ri­ya­sı ilə mü­ba­ri­zə­yə baş­la­yıb. Be­lə­cə, Səl­cuq­lu Sul­ta­nı­nın gön­dər­di­yi ha­ki­miy­yət rəmzlə­ri­ni alan Os­man Qa­zi bəy­li­yin və ya­xın­lıq­da yer­lə­şən əra­zi­lə­rin əha­li­si­ni Bi­zans və di­gər bəy­lik­lə­rin hü­cu­mun­dan, iş­ğa­lın­dan qo­ru­maq­la və­zi­fə­lən­di­rib. O, Sam­sa Ça­vuş, Ak­ça­ko­ca, Ay­kut Alp, Əb­dür­rəh­man Qa­zi ki­mi tay­fa bəy­lə­ri ilə bir­lik­də fəthlə­rə baş­la­yıb. Qı­sa müd­dət­də İnö­nü, Əs­ki­şə­hər, Qa­ra­ca­hi­sar, Yar­hi­sar, İne­göl və Bi­le­cik ki­mi əra­zi­lə­ri zəbt edib. Sul­tan III Əla­əd­din Key­qu­bad isə mon­qol­la­ra qar­şı baş­la­yan uğur­suz Sü­le­miş üs­ya­nın­dan da­ha son­ra qaç­ma­ğa məc­bur olub. Səl­cuq­lu döv­lə­ti baş­sız qal­dı­ğı üçün Os­man Qa­zi müs­tə­qil­li­yi­ni elan edib.

Ər­toğ­rul bəy­dən oğ­lu Os­ma­na mi­ras qa­lan 4800 kv. ki­lo­metrlik bəy­lik 43 il ər­zin­də üç də­fə bö­yü­yə­rək 16 min kv. ki­lo­metrlik bir əra­zi­yə çev­ri­lib. Os­ma­nın oğ­lu Or­xan Qa­zi­nin ha­ki­miy­yə­ti il­lə­rin­də döv­lə­tin əra­zi­si 95 min kv. ki­lo­metr olub. Mu­rad Xu­da­vən­di­ga­rın ha­ki­miy­yə­ti döv­rün­də döv­lə­tin əra­zi­si 500 min kv. ki­lo­met­rə yük­sə­lib. Ar­tıq tay­fa bir­li­yin­dən bəy­lik bir­li­yi­nə qə­dəm qo­yan Os­man­lı döv­lə­ti im­pe­ri­ya ol­maq üçün ha­zır idi. Bi­zanslı­lar­la sa­va­şa­raq öz əra­zi­lə­ri­ni ge­niş­lən­di­rən Ər­toğ­rul Qa­zi­nin və­fa­tın­dan son­ra ye­ri­nə ke­çən oğ­lu Os­man Qa­zi 43 il­lik ha­ki­miy­yə­ti döv­rün­də əra­zi­lə­ri­ni ge­niş­lən­di­rə­rək bö­yük bir döv­lət ha­lı­na gə­ti­rib və onu oğ­lu Or­xan Qa­zi­yə təs­lim edib.
Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

Türklə­rin dün­ya­ya ya­yıl­ma­sı­nın müx­tə­lif sə­bəb­lə­ri olub. Bun­lar­dan ən baş­lı­ca­sı türklə­rin "Ca­han ha­ki­miy­yə­ti" ide­a­lı­dır. Bi­lin­mə­yən üfüq­lə­rə doğ­ru yü­rüş et­mək, hər an qar­şı­ya çı­xa bi­lə­cək təh­lü­kə­lə­ri göz önü­nə al­maq və ölüm-di­rim mü­ca­di­lə­si ver­mək hər han­sı bir mil­lə­tin risq edə­cə­yi bir iş de­yil. Türklə­rə nə­sib olan bu ru­hi dav­ra­nış, ira­də, cə­sa­rət əz­mi son­da on­lar­da bir fa­teh­lik fəl­sə­fə­si for­ma­laş­dı­rıb, əda­lə­tə da­ya­nan bir "Ca­han ha­ki­miy­yə­ti" ide­ya­sı­nı do­ğu­rub.

Ər­toğ­rul Qa­zi si­ya­si və hər­bi cə­sa­rə­ti, igid­li­yi və zə­ka­sı­nın nə­ti­cə­si ola­raq XII əs­rin or­ta­la­rın­da Ana­do­lu­nun bö­yük bir bö­lü­mü­nü fəth et­di. Səl­cuk­lu Sul­ta­nı Əla­əd­din Key­qu­ba­dın bu fəthlər nə­ti­cə­sin­də mü­ka­fat ola­raq Do­ma­ni­çi, Sö­yüd­lu və ət­ra­fı­nı ona yurd-mülk ola­raq ver­mə­si­lə yaz ay­la­rı­nı Do­ma­niç yay­la­rın­da, qış ay­la­rı­nı Sö­yüd­lü­də ke­çi­rən Ər­toğ­rul qa­zi Səl­cuk­lu döv­lə­ti­nin şi­mal-qərb sər­həd­lə­ri­ni qo­ru­yub, asa­yi­şi tə­min edib. Do­ma­niç, Sö­yüd­lü və ət­ra­fı­na ha­kim ol­duq­dan son­ra Bi­zan­sın sər­həd boy­la­rın­da olan di­gər üç bəy­lə­ri ilə bir­lik­də ci­had­la məş­ğul ol­ma­ğa da­vam edib.

Ər­toğ­rul Qa­zi rəh­bər­li­yi dö­nə­min­də təd­bir­li və eh­ti­yat­lı bir si­ya­sət iz­lə­yib. Ət­ra­fın­da olan türkmən bəy­lik­lə­ri və Bi­zans rəh­bər­lə­ri ilə da­im yax­şı ke­çi­nib, on­la­rın və­ziy­yət­lə­ri­ni və si­ya­si şərtlə­ri yax­şı də­yər­lən­di­rə­rək rəh­bər­lik et­di­yi əşi­rə­ti­ni və ida­rə­si al­tın­da olan­la­rı sülh və sa­kit­lik için­də ya­şa­dıb. Ər­toğ­rul Qa­zi əm­ri al­tın­da­kı tor­paq­lar­da ya­şa­yan xalq tə­rə­fin­dən çox se­vi­lən və hör­mət edi­lən bir rəh­bər olub. Sö­yüd­lü­də­ki xris­ti­an­lar da Ər­toğ­rul Qa­zi­ni ürək­dən is­tə­yib və ona hör­mət edib­lər. Ər­toğ­rul Qa­zi tut­du­ğu böl­gə­lər­də hü­zur və gü­vən tə­min edib.

Hər bir mil­lə­tin ta­ri­xi bir mis­si­ya­sı var. Türklə­rin ta­ri­xi mis­si­ya­sı dün­ya­ya bir dü­zən, bir əda­lət gə­tir­mək­dir. Dün­ya ta­ri­xi­nin hər sə­hi­fə­sin­də bu və ya di­gər də­rə­cə­də ye­ri olan türklə­rin ha­ki­miy­yə­ti dö­nə­min­də kö­lə­lik ol­ma­yıb. Ək­si­nə, türklər ha­ki­miy­yət­lə­ri al­tı­na al­dıq­la­rı xalqla­ra föv­qə­la­də par­laq dövrlər ya­şa­dıb­lar. On­lar yal­nız ay­rı-ay­rı xalqla­rı öz ha­ki­miy­yə­ti al­tın­da sax­la­maq­la ki­fa­yət­lə­nib, on­la­rın nor­mal hə­yat tərzlə­ri­nə, adət-ənə­nə­lə­ri­nə, din­lə­ri­nə hör­mət­lə ya­na­şıb­lar. Uca Tan­rı­nın qır­man­cı Atil­la­nın: "Tək ata­ya və ir­qə da­ya­nan bir mil­lət zə­if­dir. Bi­zə qa­tıl­maq is­tə­yən bü­tün ya­ban­çı­la­ra qu­caq aç­maq, on­la­ra say­qı gös­tər­mək, di­li­mi­zi, adət-ənə­nə­mi­zi öy­rət­mək bi­zim və­zi­fə­miz­dir" söz­lə­ri­nə bü­tün ta­rix bo­yu əməl edi­lib.

Ər­toğ­rul Qa­zi ət­ra­fın­da olan bəy­lik­lər­dən döv­lət­lə­rin və­ziy­yət­lə­ri­ni və si­ya­si şərtlə­ri­ni yax­şı də­yər­lən­di­rib. Qon­şu­la­rı ilə da­im yax­şı ke­çi­nə­rək tay­fa və ya­xın­la­rı­nı güc­lü bir və­ziy­yət­də, əmi­na­man­lıq və ra­hat­lıq içə­ri­sin­də ya­şa­dıb. Çox co­mərd olan Ər­toğ­rul bəy ka­sıb­la­ra da­im yar­dım edər­di. Ya­rım əsr əda­lət­lə ida­rə et­di­yi böl­gə­də is­la­miy­yə­ti xris­ti­an­la­ra da sev­di­rib.
Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

Ər­toğ­rul Qa­zi oğ­lu Os­man Qa­zi­yə ki­çik bir bəy­lik, təc­rü­bə­li ko­man­dan­lar və fət­hə la­yiq bir zə­min ya­rat­mış­dı. Ər­toğ­rul Qa­zi hə­qi­qi bir türkmən əsil­za­də­si olub, hə­ya­tı­nı mil­lə­ti­nə həsr et­miş bö­yük bir inanc ada­mı idi. Onun hə­ya­tı əşi­rə­tin ida­rə­si­ni əli­nə al­dı­ğı gün­dən bə­ri da­im mü­ca­di­lə için­də ke­çib. Ər­toğ­rul Qa­zi co­mərd, şəf­qət­li, fə­da­kar, adil, mər­hə­mət­li, açıq ürək­li, sə­mi­mi, səbrli və fə­zi­lət­li bir in­san idi. O, xe­yir­se­vər­li­yi ilə ya­na­şı, gö­zəl əx­laq nü­mu­nə­si, qüd­rət­li, prin­sip­li və dü­rüst ida­rə an­la­yı­şı, irə­li gö­rüş­lü­yü və tə­sir­li döv­lət adam­lı­ğı ki­mi xü­su­siy­yət­lə­ri­lə özün­dən son­ra­kı döv­lət rəh­bər­lə­ri­nə nü­mu­nə olub. Oğ­lu Os­man Qa­zi­yə et­di­yi və­siy­yə­ti ilə al­tı əsr bo­yun­ca ayaq­da qa­la­caq bir döv­lə­tə ida­rə­çi­lik ru­hu­nun tə­mə­li­ni atıb.

Bu ta­ri­xi türk öv­la­dı­nı rəh­mət­lə yad edi­rik.

Ru­hu şad ol­sun!

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor


Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymur

$
0
0
Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymur

Turan əmiri Teymur - gələcəyin böyük cahangiri!

Avropa tarixşünaslığında çox yanlış bir formada türklərlə moğolları qarışdırmaq ənənəsi olub. Və ənənə təbii ki, böyük türk cahangiri Əmir Teymurdan da yan keçmədi. Mənbələrin verdiyi məlumata görə, Əmir Teymur Barlas tayfasındandır. Hətta rus-sovet akademik tarix elminin nümayəndələrindən olan Bartold özü də etiraf edirdi ki, artıq Teymurun dövründə Barlas tayfaları cığatayca, yəni türkcə danışırdılar. Mənbənin verdiyi məlumata görə, Teymurun özü Barlas tayfasının Börüçiqin qolundan idi. Və burada biz türkcə “börü” sözünün tam formada işləndiyini görürük. “Börü” qədim türk dilində qurd mənasını verir. Börü adı ilə bizim bir çox yaşayış məskənlərimiz var. O yaşayış məskənlərindən biri bu gün də qalır. Borçalı – börü çala qurd çalası anlamını verir. Eyni zamanda, indiki Rusiya düzənliklərində də Torçinsk, Turçinsk və digər formalarda işlənməkdə davam edir. İndiki dilimizdə dəmir mənasını verən Teymur hicri tarixi ilə 25 Şaban 736-cı ildə, milad tarixi ilə hesabladıqda, aprelin 8-dən 9-a keçən gecə 1336- cı ildə doğulub. Çingiz xan haqqında moğolların gizli tarixində yazıldığı kimi, “həmin gün göydə quyruqlu ulduz göründü və uşaq doğulandan sonra ovcunda qan ləkəsi vardı. Teymurun dayəsi isə bunu qeyd edir ki, bu insan gələcəkdə cahangir deyə böyüyəcək, cahangir olacaq. Teymurun doğulduğu və böyüdüyü yer Mavərünnəhr, yəni Səmərqəndin Kiş vilayətidir. Adını isə dediyimiz kimi, Teymur, yəni dəmir qoymuşdular. Lakin sonrakı dönəmdə Teymurun adının ön hissəsinə Əmir, arxa hissəsinə isə Gürgan əlavə edilir. Bu nə ilə bağlı idi? Teymur özünü şah elan etməyib. Rəsmi olaraq mənbələrdə Teymurun adı Turan əmiri deyə keçir. Hətta onu Əmir elan etdilər, faktiki hakimiyyətə sahib olsa da, nominal şəkildə Çingizin nəslindən olan Sürqatmış adlı bir nəfər taxtda idi. Sürqatmış öləndən sonra isə Teymur özünü yenə Çingiz nəslindən olan Mahmud xan adlı başqa bir adamın əmiri elan etmişdi.

"Teymur düzəni" əmiri sevməyən mənbələrə qarşı

Teymurun həyatı və fəaliyyətli haqqında çox ziddiyyətli məlumatlar var. Nədir bu ziddiyyətlər? Teymura nifrəti ilə seçilən mənbələr var. Bu mənbələrin içərisində birinci növbədə, İbn Ərəbşahı qeyd etmək lazımdı. İbn Ərəbşah Teymuru oğru, quldur, qaniçən, insanları diri-diri divara hörən, kəllələrdən piramida düzəldən kimi təqdim etməyə çalışır. Lakin özünün saray tarixçiləri məsələn, Hindistana yürüş zamanı onunla olan Qiyasəddin adlı tarixçisi Əmirin həyatını çox gözəl qələmə alıb. Bundan başqa, Nizaməddin “Şərəfnamə” əsərində Əmir Teymurun həyatını çox gözəl təsvir edib. Ən mühüm olan mənbə isə onun birbaşa öz dilindən çıxanların yazıldığı “Tüzüki Teymur”, yəni “Teymur düzəni” deyilən mənbədir. Mənbə bizim dilimizə cağatay, yəni türk dilində gəlib çıxıb. Sonradan onu bir bukinist Osmanlı paşası Cəfər paşanın fondundan götürərək fars dilinə tərcümə edib. Sonradan isə ərəb dilinə tərcümə olunub. Yəni, “Tüzüki Teymur”da təsvir olunan Əmir Teymurla İbn Ərəb şahın təsvir etdiyi Teymur tamam fərqli insanlardır.

Axsaq, topal, ləng... Teymur niyə axsayırdı?

İlk olaraq axsaqlıq məsələsinə toxunaq. İbn Ərəbşah qeyd edir ki, Teymur guya gecə ikən qoyun oğurlamağa gedibmiş. Gecə çiynində qoyun qaçarkən çoban bunu hiss edir və arxadan bir ox kürəyindən, bir ox da ayağından vurur. Guya Teymur bundan sonra axsamağa başlayır. Rus mənbələrində Teymurun adı “aksak Teymur” şəklində keçir. Farslar isə ona Teymurləng deyirlər. Sonradan isə bu Avropa dillərinə Tamerlan şəklində daxil olub. Bəs həqiqət necədir? Avropa tarixçiləri Lanqle və Vamberi deyirlər ki, Əmir Teymur müttəfiqi Əmir Hüseynlə birgə (o həm də Əmir Teymurun qaynı idi) Məlik Fəxrəddinin dəvəti ilə Mavarünnəhrə köməyə gedirlər. Geri qayıdanda palçıqlı bir yerdə sistanlılarla üz-üzə gəlirlər. Tarixi ədəbiyyatda ona bəzən “palçıqlı döyüş” də deyilir. Həmin döyüşdə Teymur iki yara alır. Bir əlindən iki barmağını itirir və diz almasına ox batır. Nəticədə Əmir Teymur sonradan axsaq qalır. Bu fikirləri antropologiya elmi tam şəkildə təsdiqləyir. 1941-ci ildə iyunun 21-də Əmir Teymurun qəbri açıldı. Qəbir açılanda Gerasimov təsdiqlədi ki, Teymurun diz alması qarşıdan atılan oxdan zədələnib və bu, barmağın kəsilməsi ilə eyni gündə baş verib. Niyə? Çünki sümüyün nə zaman amputasiya olunmasını hazırda müəyyən etmək çox asandır.

Teymurun qələbəsi və “Turanın əmiri” titulu

Əmir Teymurun birinci həyat yoldaşı Əmir Hüseynin bacısı Olay Türkan idi. Onun ən sevimli oğullarından biri Cahangir həmin qadından olmuşdu. 1370-ci ildə yeznə-qayın arasında vəziyyət gərginləşir. Əmir Hüseyn Teymurun mülklərinə əl uzatmaq istəyirdi. Digər tərəfdən, o, Əmir Teymurun Toxtamışla (Qızıl Orda xanı Nasırəddin Toxtamış xan) yaxınlaşmasını istəmirdi. Çünki Toxtamış o zaman faktiki olaraq, Çingizlərin, yəni Cuçilərin davamçısı olduqlarından istəmirdi ki, bunlar yaxınlaşsınlar. Nəticədə Teymurla qaynı və keçmiş müttəfiqi arasında qələbə üzərində qələbə qazanır. Və ondan sonra toplanan qurultayda onu “Turanın əmiri” elan edirlər. Turan sözü uydurma söz, mif deyil. Bu, tam gerçəklikdir.

Əmir Teymurla Toxtamışın Azərbaycan savaşı

Yaxın və Uzaq Şərqin bir çox cahangirləri kimi Əmir Teymurun da Azərbaycanla çox böyük bağlılığı olub. Əmir Teymurun Azərbaycan ilk gəlişi 1385-ci ilin yazına təsadüf edir. Buna bəzən kəşfiyyat yürüşü də deyirlər. Əmir Teymur eşidəndə ki, birbaşa onun vasitəsilə taxta çıxmış Toxtamış Mavərünnəhrə hücum edib, geri dönməli olur. Azərbaycan uğrunda Əmir Teymurla Toxtamış arasında bir rəqabət vardı. İndiki böyük Azərbaycan ərazisində Toxtamışla Əmir Teymurun təkcə iddiaları yox, eyni zamanda dörd dövlət qurumu var idi. Bunların ikisi bəylik formasında fəaliyyət göstərirdi - Bayandurlular və Baharlılar. Bəzən biz bunlara Ağqoyunlu, Qaraqoyunlu da deyirik. Bundan başqa Şirvanşahlar və paytaxtı Bağdad olan Cəlairilər də vardı. Dörd dövlət Azərbaycanın öz ərazisində olduğu halda, eyni zamanda bura Toxtamışla Əmir Teymurun iddiaları var idi. Əmir Teymur buradan gedən kimi Toxtamış şimaldan gəlirdi və yaxud Toxtamış geri çəkilən kimi Əmir Teymur hücum edirdi. Bu durum sonradan nə ilə nəticələndi? Məsələn, Əmir Teymurun Azərbaycan ərazilərinə planlı şəkildə hücumu 1386-cı ilə təsadüf edir. Orada bir epizod var. Özbək tarixçiləri öz əsərlərində qeyd edirlər ki, Əmir Teymuru Toxtamışa düşmən edən ən mühüm səbəblərdən biri Əmir Teymurun Toxtamışa yazdığı məktubdadır: “Sən Turanın üzüyünün qaşı olan Azərbaycana qəsd etdin və onu taladın”. Həqiqətən, tarixi mənbələr göstərir ki, Toxtamış Təbrizi tutarkən hiylə yolu ilə buradan 100 minlərlə insanı sürgün eləmişdi və çoxlu sayda insanı qırdırmışdı. Teymur Toxtamışa yazırdı ki, sən bu əməlinin cəzasını alacaqsan. 1391-1395- ci illərdə Toxtamışla olan savaşlar birbaşa Azərbaycanla bağlı idi.

Əmir Teymurun atını oğurladan Qara Yusif

Əmir Teymurun ilk məğlubiyyəti də Azərbaycanla bağlıdır. 1387-ci ilə qədər böyük şəhərləri – İsfahan, Kaşğar, Mavərünnəhri ələ keçirmiş bir fateh 1387-ci ildə Çapakçur döyüşündə Baharlılar sülaləsinin əsasını qoymuş Qaraqoyunlular tərəfindən darmadağın edildi. Qara Məhəmməd bu qələbədən sonra hətta qonşu ölkələrə fətihnamə də göndərmişdi. Sonradan onu hakimiyyətdə oğlu Qara Yusif əvəz etdi. Qara Yusifin də Teymurla münasibətləri o qədər yaxşı olmayıb. Məsələn, “Səmərqəndin ulduzları” adlı əsərdə qeyd edilir ki, hətta Qara Yusif türklər üçün ən böyük təhqirlərdən biri sayılan hərəkətə yol vermiş, Teymurun atını oğurlatmışdı. At oğurlatmaq o zaman türkün namusuna sataşmaq demək idi. Türk üçün müqəddəs olan 3 şey var idi – papaq, at və arvad. At oğurluğundan sonra bunlar arasında təbii ki, ixtilaf başlayır. Təəssüf ki, ərazisində dörd dövlət olan Azərbaycan o dövrdə birləşə bilmədi. Qaraqoyunlularla Cəlairilər bir blokda çıxış edirdilər, Şirvanşahlarla Ağqoyunlular başqa blokda. Sivasda hakimiyyətdə olan Qazi Bürhanəddin - bizim poeziyamızın çox böyük şəxsiyyətlərindən biridir - Əmir Teymura qarşı təşkil edilən koalisiyaya rəhbərlik edirdi. Osmanlı, Misir-Məmlük sultanları, Cəlairilər isə Qaraqoyunlularla bir ittifaq təşkil etmişdi. Əmir Teymurun tərəfində isə Şirvanşah İbrahim və Ağqoyunlu bəyləri dayanırdılar.

Əmir Teymur və özünə qul deyən İbrahim Dərbəndi

Burada bir məsələyə aydınlıq gətirmək lazımdır. Bəzən tariximizdə İbrahim Dərbəndi mahir diplomat, uzaqgörən siyasi xadim kimi təqdim edilir. Hətta Teymurun düşərgəsinə gedərkən hər şeydən 9 dənə aparıb, quldan 8 dənə aparması və Teymurun bunun səbəbini soruşanda “9-cu qul özüməm” deməsi, özünü bu səviyyədə alçaltması ön plana çəkilir. Bəlkə də siyasətlə məşğul olanlar bunu daha yaxşı bilərlər, amma bu siyasətbaz əvvəl özünə “qulunam” dedi, heç üstündən 10 il də keçmədi ki, Əmir Teymurun ölüm xəbərini eşidən kimi “qulunam” dediyi adamın nəvəsinin üzərinə xaincəsinə ordu yeritdi. Bu kimi əməllər tarixdə hökmdarlara o qədər də baş ucalığı gətirmir.

Əmir Teymur İsfahan və Dəməşq əhlini niyə qılıncdan keçirib?

Əmir Teymurun kütləvi qırğınlar törətməsi ilə bağlı iki epizodu xüsusi qeyd edirlər. Bunlardan biri İsfahan əhalisinin, digəri isə Dəməşq əhalisinin tamamilə məhv edilməsidir. Lakin bu iddialar şişirtmədir. Hazırda arxeologiya, antropologiya kimi elmlər var. İstər İngiltərə, istər Fransa, istərsə də Almaniya arxeoloqları qeyd edir ki, o şəhərlərdə arxeoloji qazıntılar aparılan zaman kütləvi şəkildə kəsilmiş başlardan ibarət nə piramida tapılıb, nə də kütləvi şəkildə qırılmış insan cəsədləri. Bu da onu göstərir ki, İbn Ərəbşah qoyun oğurluğu məsələsində olduğu kimi, bu məsələdə də yanlış danışır. Teymur sadəcə olaraq, o şəhərlərin əhalisini cəzalandırıb. İsfahanı niyə cəzalandırdı Əmir Teymur? İsfahan əvvəlcə könüllü təslim olub və Əmir Teymur oradan gələn alimlərlə görüşür, onlarla söhbət edir. Sonradan onun iki əsgərini qətlə yetirirlər. Təbii ki, Teymur bunun qisasını almalı idi. Dəməşq üzərinə yürüş zamanı isə, mənbənin yazdığına görə, İmam Hüseynin qətlində səbəbkar olan Müaviyə törəmələrini cəzalandırmaq üçün Dəməşq əhalisini qılıncdan keçirir. Təbii ki, bu kütləvi qırğın ola bilərdi. Lakin kütləvi şəkildə bütün şəhər əhalisinin məhv edilməsi yalandan başqa bir şey deyil. Eyni zamanda, o dövrün demoqrafiyasını araşdıranlar var. Əmir Teymurun yürüşündən sonra Azərbaycan ərazisində əhali demoqrafiyasının azalmasını iddia etmək mümkün deyil, çünki azalmayıb. Azalmayıbsa, o zaman hansı qırğınlardan danışmaq olar?

Gürcü hökmdarlarını islam dininə gətirən Teymur

Əmir Teymurun Azərbaycana yürüşü 1386-cı ildə daha kütləvi xarakter alır. Məsələn, gürcü tarixçiləri özləri də bilmədən gürcü patriarxı ilə Əmir Teymurun üz-üzə söhbətini etiraf edirlər. Əmir Teymurun ən müsbət məziyyətlərindən biri odur ki, alimlərlə söhbət etməyə üstünlük verərdi. “Əmir Teymurun düzəni” dediyimiz qaydada insanlar 12 kateqoriyaya bölünmüşdü. Ən yüksək pilləyə Peyğəmbər və peyğəmbər nəslindən olanları aid edirdi, ikinci pilləyə isə, özünü, hökmdarları yox, alimləri aid edirdi. Əmir Teymur tutduğu istənilən şəhərdə məktəblərə, mədrəsələrə, şəfaxanalara, kitabxanalara və din mərkəzlərinə - istər kilsə, istər məscid, istərsə də sinaqoq olsun, toxunmazdı. Həmin gürcü patriarxı İppakratla bir günlük elmi diskussiyadan sonra gürcü mənbələri etiraf edir ki, İppakrat islam dinini qəbul edib. İppakratın ardınca Kartli hakimi Baqrat da İslam dinini qəbul edir. Əmir Teymurdan başlayaraq Nadir şahın hakimiyyətinə qədər yəni ən azı 400 ilə yaxın bir dövr ərzində Kartlini idarə edən bütün hökmdarlar müsəlman idilər və İslam adlarını qəbul etmişdilər.

Əmir Teymur İldırım Bəyazidi qəfəsdə gəzdirməyib

Əmir Teymur özü Əhli-beyt aşiqi olub. O zaman Azərbaycanda xüsusi hörməti olan Şeyx Səfi ocağına gəlir. Əmir Teymur deyirmiş ki, “mən gedəndə məni necə qarşılayacaqlar?”. Teymur yaltaqlığı sevmirdi, ona yaltaqlanan adamlara inanmırdı. Hətta xəyanət edərək onun yanına keçmiş Toxtamış vəzirlərini də edam etdirib ki, “siz öz ağanıza sadiq olmadınızsa, mənə heç cür sadiq ola bilməzsiniz”. Teymurla bağlı bir məqamı qeyd etmək yerinə düşər. Fuma Metsoplufoma var, erməni, yəni hay tarixçisidir. O da, Bartold da yazır ki, Ankara döyüşündən sonra Teymur İldırım Bəyazidi əsir tutdu və onu qəfəsdə gəzdirdi. Kökündən yanlış fikirdir. Bayaq adını çəkdiyim, Lanqle adlı tarixçi qeyd edir ki, Əmir Teymur əsir tutduğu Bəyazidin çadırına daxil olur və çadırına daxil olanda Bəyazidin sifətini ilk dəfə görür və qəşş edir. Güləndə İldırım Bəyazid deyir ki, “mənim üzərimdəki qələbəndənmi xoşnud olub güldün?”. Teymur deyir ki, “yox, gör, dünyanın işinə bax, dünyanı iki çirkin insan idarə edir”. Görünür, xarici görünüş baxımından Əmir Teymur da o qədər gözəl olmayıb, İldırım Bəyazid də. Sonra çadırda hər iki hökmdar şahmat oynayıblar. Əmir Teymur ömür boyu Bəyazidi hər vasitə ilə təmin etmişdi. Hətta gündə ən azı bir dəfə onunla görüşər ki, Bəyazid darıxmasın. Əslində, İldırım Bəyazidin edə bilmədiyini Əmir Teymur bacardı. Rodos adasını ələ keçirdi, xaçlılardan təmizlədi və Osmanlı şahzadələrinə verdi. Anadolundan çıxarkən xeyli əsir götürmüşdü və Osmanlının məhv etdiyi Saruxan, Məntəşə, Aydın bəyliklərini, Qaraman əmirliyini yenidən bərpa etdi.

Osmanlı əsirlərini Şah İsmayılın babasının xahişi ilə azad edən Teymur

Ankara döyüşündən sonra əsirlərlə geri qayıdan zaman Ərdəbil şəhərini ziyarətə gəlir, Şeyx Səfiəddinin türbəsinə. Şeyx Səfiəddinin özü ilə bağlı mənbələrin yazdığına görə, müəllimi Şeyx Zahid Gilani Şeyx Səfiəddin haqqında danışarkən ona “türkzadəm” deyirdi, yəni “türküm”, “türkün oğlu”. O zaman türbədə Səfiəddinin varisi Əlaəddin Xoca Əli idi. Teymur demişdi ki, “bu adam mənə yaltaqlıq eləsə, mən bu türbəni ocaq kimi tanımayacağam”. Üstəlik əlavə etmişdi ki, “mənə şan-şərəfli yemək də verməsin”. Üçüncü tapşırığı isə belə idi – Xoca Əliyə zəhər verin, əgər ölməsə, deməli, doğrudan da din adamıdır”. Bəlkə bu məqam şişirtmədir. Ancaq mənbələrdə bu var ki, Əmir Teymur türbəyə daxil olur, bunlar görüşürlər, sonra Əmir Teymur acdığını bildirir. Bu zaman Xacə Əli deyir ki, “dağın döşündəki keçiləri sağın, gətirin, hökmdara südlü aş bişirək. Əmir Teymur südlü aşın içinə zəhər qatır. Deyir ki, sən də mənimlə ye və zəhərli qabı Xoca Əliyə verir. Xoca Əli yeməyi yeyəndən sonra – o zaman ağ əba geyərdilər - namaz qılır və zikr edərkən onun bədənindəki zəhər çıxır və xirqəsi yaşıl rəng alır. Burada təbii ki, bir simvolika da var. Amma gerçək olan budur ki, Xoca Əli Əmir Teymurdan Ankara döyüşündə əsir götürdüyü insanları buraxmağı xahiş edib. Və Əmir Teymur da özü ilə Anadoludan gətirdiyi əsirləri azadlığa buraxır. Əmir Teymur necə qəddar, dağıdıcı hökmdar idi ki, adamın üzüyünün qaşına “güc ədalətdədir” sözü yazılmışdı? O cür adam ədalətsiz davrana bilməzdi. Üstəlik, Əmir Teymurun ədalətinə, kimliyinə şübhə edənlər “Tüzüki Teymur” əsərini oxusunlar. Belə bir əsər yazan adam, o cür dövlətin idarəçiliyi, dövlət strukturları formalaşdıran adam qaniçən, cəllad ola bilməz.

Beyləqan şəhərini salan Əmir Teymur

Adına gəlincə, niyə ona Gürgan da deyirdilər? Əmir Teymur Çingiz nəslindən deyildi. O zaman bir legitimlik qaydası vardı, yəni hakimiyyətdə mütləq Çingiz nəslin bağlı adam olmalı idi. Əmir Teymur da Cığatay nəslindən olan Qazan xanın qızı Saray Sultanla evlənir və o nəsillə qohum olur. Öz oğlunu da Çingiz nəslindən olan qadınla evləndirmişdi.

Əmir Teymur Azərbaycanda eyni zamanda abadlıq işləri aparmışdı. Məsələn, vaxtilə dağıdılmış Beyləqan şəhərini Əmir Teymur inşa etdirir. O deyirdi ki, mən əsgərimi oğlumdan da çox istəyirəm. Amma o əsgərlərini qamış komalarda yaşamağa və o şəhəri salmağa məcbur eləmişdi. Təbii ki, hər bir hökmdar dağıda da bilər, sərt də ola bilər. Lakin bunu o səviyyədə demək ki, Əmir Teymur qaniçən, quldur idi, bu, təbii ki, düzgün deyil.

Göydə Allah, Turanda hökmdar bir olmalıdır

Əmir Teymur eyni zamanda bir türk cahangiri idi. Turan sevdalısı idi. Bəzən Əmir Teymurdan soruşanda ki, ölkələri fəth etməkdə məqsədin nədir? Fikir vermisinizsə, Əmir Teymurun yürüş etdiyi ölkələrin əksəriyyətini türklər idarə edirdi. Əmir Teymur cavab olaraq demişdi ki, “göydə Allah bir olduğu kimi, Turanda da hökmdar bir olmalıdır”. Tarixdə sonra necə oldu, bu təbii ki, Teymurun günahı deyildi. Teymur Dehli sultanlığını özündən asılı vəziyyətə salmışdı, Bağdadı fəth etmişdi, bircə Misir-Məmlük sultanlığını fəth edə bilmədi. Yalnız Dəməşqi ələ keçirə bilmişdi.

Böyük türk cahangirinin ölümü

Qəribədir ki, Teymurun ölümü də mifoloji xarakter daşıyır. Əmir Teymurun əsas hədəfi Çini tutmaq idi. Çin üzərində yürüş məqsədilə 1405-ci ildə Otrar istiqamətinə hərəkət edir. Sanki bu böyük hökmdar öləcəyini bildiyinə görə, Otrara getməmişdən əvvəl yaxınlarına və həyat yoldaşına geri qayıtmağı əmr edir və onları Səmərqəndə qaytarır. Özü isə Otrar üzərinə yürüş zamanı sətəlcəm olur. Şaban ayında doğulan Əmir Teymur hicri tarixlə 18 şaban 805-ci ildə, miladi təqvimi ilə 18 fevral 1405-ci ildə vəfat edib. Onu Səmərqənddə dəfn edirlər. Teymur vəsiyyət etmişdi ki, qəbrini açmasınlar. Çox təəssüf ki, Teymurun bu vəsiyyətinə sovet dövründə əməl etmədilər. 1941-ci ilin iyunun 20-dən başlayaraq, məqbərədə qazıntılar aparıldı. Teymurun basdırıldığı yerin üstü çox qalın mərmər təbəqə ilə örtülmüşdü.

Antropoloq Gerasimov: Əmir Teymur avropoid irqinə məxsus, mavi gözlü kişi olub

Qazıntı işlərinə arxeoloqlarla yanaşı, antropoloq Gerasimov da dəvət edilmişdi. Ötən il Gerasimovun qazıntılar zamanı yazdığı qeydləri əldə etdim. O qeydlərə əsasən, Teymur haqda başqa mifləri də dağıtmaq mümkündür. Məsələn, Teymurun xarici görünüş məsələsini. Əmir Teymuru çox zaman necə təsvir edirlər? Monqol gözlü, enli sifətli. Lakin Əmir Teymurun skeletini bərpa edən Gerasimov özü etiraf edir ki, bu belə deyil. Kəllə sümüyünü bərpa edərkən – antropologiyada belə bir qayda var ki, əvvəlcə sifətin bir hissəsi təmir edilir, sonra o biri hissə digərinə simmetrik olaraq düzəldilir, mumla işlənir. Əmir Teymurun sifəti hazır formaya gələndə Gerasimov özü də heyrətlənir ki, bu, avropoid irqinə, ağ irqə aiddir. Bu isə bir daha sübut edir ki, nəinki, Əmir Teymur, eləcə də ondan əvvəlki qədim türklərin əksəriyyəti, iddia edildiyi kimi, monqoloid irqinə məxsus olmayıblar. Hətta Gerasimov İbn Ərəbşahın bir yalanını da üzə çıxarır. Guya Əmir Teymur qanı sevdiyinə görə, sifətinə qırmızı xınadan qan qoyurmuş. Lakin benakulyar tədqiqat zamanı, yəni tükün tədqiqatı zamanı Gerasimov deyir ki, burada heç bir rəngdən istifadə olunmayıb, bu, Teymurun öz sifətidir. Əmir Teymurun saqqalı ilə yanaşı, uzun, yanlara sallanan bığları olub. Hansı ki, sonradan bu formaya “qızılbaş bığları” deyilib. Gözləri isə mavi rəngdə olub. Amma çox təəssüf ki, Əmir Teymuru çox zaman belə təsvir etmirlər.

Əmir Teymurun məzarı və II dünya müharibəsi arasında əlaqə varmı?

Bəs qazıntının nəticəsi nə oldu? İyunun 20-də başlayan qazıntılardan 2 gün sonra bütün dünyanı lərzəyə salan II dünya müharibəsi başladı. Stalin materialist olmasına baxmayaraq, inandığı bəzi şeylər var idi. Hətta Nasırovun qeydinə görə, Volqoqradın mühasirəsi zamanı Əmir Teymurun sümükləri yığılmış təyyarə şəhər üzərində 3 dəfə fırlanmış, təzədən gətirib dəfn etmişdilər. Ondan sonra Əmir Teymurun qəbri bir daha açılmayıb. Niyə? Çünki adam vəsiyyət etmişdi ki, mənim qəbrimi açsanız, böyük savaş başlana bilər. Və türk dünyasının böyük əmiri hazırda Səmərqənd şəhərində onun adına olan Gorəmirin məqbərəsində uyumaqdadır. Allah rəhmət eləsin!

Kərəm Məmmədli ,
BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti

Viewing all 66 articles
Browse latest View live